10 Noyabr 2020 14:05
2 567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan, Azərbaycan və Rusiya liderlərinin Dağlıq Qarabağla bağlı birgə bəyanatının qaçqınların öz evlərinə qayıtmasını nəzərdə tutan yeddinci bəndinin vacibliyini qeyd edib.

Teleqraf.com xəbər verir ki, Dmitri Peskov jurnalistlərə açıqlamasında bunu bildirib.

O deyib: “Məsələn, yeddinci bənd də vacibdir. Burada qeyd olunur ki, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara geri qayıdır. Bu proses BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında həyata keçiriləcək. Hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçiriləcək”.


Müəllif: Səxavət

Oxşar xəbərlər