19 Noyabr 2020 16:13
6 591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 14-dən indiyədək üç mindən çox qaçqın Dağlıq Qarabağa qayıdıb.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Mariya Zaxarovanın sözlərinə görə, qaçqınların Dağlıq Qarabağa qayıtması davam edir: “Noyabrın 14-dən bu yana 3054 nəfər Dağlıq Qarabağa qayıdıb”.

Eyni zamanda, o, Kəlbəcər rayonundan əhalinin Ermənistan ərazisinə kütləvi şəkildə gəldiyini qeyd edib. Mariya Zaxarova bildirib ki, Rusiyanın səyləri Dağlıq Qarabağdakı böhranın uzunmüddətli həlli üçün imkanlar yaradır.

Mariya Zaxarova 17-19 noyabr tarixlərində ATƏT-in Minsk qrupu həmsədrlərinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada səfərdə olduğunu söyləyib. Onlar Rusiya Xarici İşlər Nazirliyində məsləhətləşmələr aparıb, həmçinin, Rusiya Müdafiə Nazirliyinin nümayəndələri ilə görüşüblər: “Həmsədrlər atəşkəsdən sonra Qarabağ probleminin həllinə nail olmaq üçün “üçlüy”ün qarşılıqlı fəaliyyətinə dair saatlarını sinxronlaşdırıblar”.

Diplomat, həmçinin, qeyd edib ki, noyabrın 18-də Federasiya Şurası Rusiya Prezidenti Vladimir Putinin Dağlıq Qarabağa Rusiya sülhməramlı kontingentinin göndərilməsinə dair müraciətinə yekdilliklə razılıq verib: “Ümumiyyətlə, görülən tədbirlər böhranın dost erməni və Azərbaycan xalqlarının mənafeləri baxımından ədalətli əsasda uzunmüddətli və tamformatlı həlli üçün əsaslar yaradır”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər