9 Dekabr 2020 11:28
4 995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin deputatı Taquhi Tovmasyan Sünik (Zəngəzur) bölgəsindəki Aravus icmasının sakinlərinin problemlə qarşılaşdıqlarını iddia edib.

Teleqraf.com xəbər verir ki, bir qrup kənd sakini millət vəkilinə müraciət edərək, azərbaycanlıların Gorus-Xankəndi magistral yolunun sağ tərəfindəki “icmanın ehtiyat fonduna daxil olan torpaqlar”ı əllərindən aldıqlarını söyləyib.

“İnsanlar problemləri ilə tək qalırlar, səlahiyyətli nümayəndə tələb edirlər”, - millət vəkili deyib.

Bölgə qubernatorunun müavini Zəngəzura məxsus olan ərazilərin erməni tərəfdən verilmədiyini bildirib. Millət vəkili aidiyyəti qurumların məsələ ilə əlaqədar təkzib vermədiyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər