25 Dekabr 2020 22:13
421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropanın media platforması olan “Modern Diplomacy” Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başa çatması ilə regionda yaranan yeni enerji əməkdaşlığı imkanından bəhs edən məqalə yayıb.

Teleqraf.com xəbər verir ki, məqalədə noyabr ayında əldə olunan və dünyanın ən uzun müddət davam etmiş münaqişələrindən birinə son qoyan razılaşmanın bütövlükdə Qafqaz regionuna sabitlik gətirəcəyi bildirilir.

Qeyd olunur ki, münaqişənin başa çatması ilə regionda çox böyük yeni enerji əməkdaşlığı imkanı yaranıb. Bu yeni əməkdaşlıqdan nəinki bütün region, dünya faydalanacaq. Hətta Ermənistan da bu əməkdaşlıqdan ən çox faydalanan tərəf ola bilər. Belə ki, blokada vəziyyətində olan bu ölkə üçün enerji təchizatı böyük problemdir. Ermənistan sovet dövrünün qalığı və dünyanın ən təhlükəli atom elektrik stansiyalarından biri olan Metsamordan istifadə etməyə məcburdur. Çernobıl kimi Metsamor stansiyası da köhnə və təhlükəli üsulla idarə olunur.

Həmçinin Fukuşima kimi dünyanın ən seysmik zonalarından birində yerləşməsi bu təhlükəni daha da artırır. 1988-ci il zəlzələsindən sonra stansiya fəaliyyətini dayandırıb və enerji ehtiyaclarına görə 1995-ci ildə yenidən işə salınıb. 2004-cü ildə Avropa İttifaqı Metsamor stansiyasının bütün bölgə üçün təhlükə törətdiyini bildirib. 2011-ci ildə “National Geographic” Metsamoru dünyanın ən təhlükəli atom elektrik stansiyası adlandırıb. Bu gün Ermənistanın ümumi elektrik enerjisinin 30 faizindən çoxu nüvə bombası kimi təhlükəli olan bu stansiyadan asılıdır.

Məqalədə Azərbaycanda bərpa olunan enerji stansiyalarının tikilməsi yüksək qiymətləndirilir.

Qeyd olunur ki, son illər Azərbaycanda çoxlu su elektrik stansiyaları, külək stansiyaları və günəş elektrik stansiyaları tikilib. Bu stansiyalar sayəsində 2030-cu ilə qədər ölkədə istehsal olunan enerjinin 30 faizi bərpa olunan enerjidən əldə ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər