Azərbaycanın əbədi və əzəli torpaqlarında özlərinə yurd salmış ermənilər ərazini tərk edən zaman yaşadıqları evləri yandırmaqda davam edirlər.
Teleqraf.com xəbər verir ki, bu dəfə Şurnuxdan çıxarılan ermənilərdən biri evini yandırıb. Onun bu əməli kənarda olan şəxslər tərəfindən lentə alınıb
Xatırladaq ki, Ermənistanın Sünik rayonunun Şurnux kəndində (Zəngəzur - red.) 12 evdən ibarət olan ərazi Azərbaycana qaytarılıb. Bu ərazilər Qubadlı rayonun inzibati ərazisinə daxildir. İşğal dövründə ermənilər mövqelərini genişləndirmək məqsədi ilə Qubadlı rayonunun ərazisini zəbt ediblər.
Sözügedən videonu təqdim edirik