17 Yanvar 2021 12:50
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ), Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndə heyəti işğaldan azad olunan Ağdam rayonuna səfər edib.

Teleqraf.com xəbər verir ki, qonaqlar erməni millətçilərinin yerlə-yeksan etdikləri Ağdamın küçələri ilə piyada gəzərək şəhərin xarabalıqlarına baxıblar. Ağdam şəhər məscidində, dram teatrının və çörək muzeyinin binalarında da olan nümayəndə heyəti Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan Cavanşirin imarətini və türbəsini ziyarət edib.

Nümayəndə heyəti TDƏŞ-in baş katibi Bağdat Amreyev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TDƏŞ baş katibinin müavini Qismət Gözəlov, Xarici İşlər Nazirliyinin İkinci Avropa idarəsinin rəis müavini Zamin Əliyev, TDƏŞ-in layihə direktorları Fərrux Cumayev, Bobur Taqayev, TÜRKSOY-un əməkdaşı Elçin Qafarlı, Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Afət Kazımbəyli və digər şəxslərdən ibarətdir.

Heyət Ağdamdan sonra Füzuli rayonuna səfər edəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər