Azərbaycan tərəfi Ermənistana daha bir erməni hərbçisinin cəsədini verib.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Xankəndidəki separatçı Unan Tadevosyan bildirib ki, sürücülük vəsiqəsi sayəsində cəsədin 1993-cü il təvəllüdlü Aşot Levonoviç olduğu müəyyənləşib.
Qeyd olunub ki, Cəbrayıl rayonu istiqamətində aparılan axtarış zamanı da üç erməni cəsədi tapılıb.
Erməni tərəfi bu gün axtarışları Hadrut istiqamətində aparacağını bildirib.