Ermənilər Şuşadan oğurladıqları xalçaların sərgisini keçirmək istəyirlər. Fevralın 20-də İrəvandakı Aleksandr Tamanyan adına Milli memarlıq muzey-institutunda Şuşa Xalça Muzeyinin sərgisi açılacaq.
Millət vəkili Musa Qasımlı məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verib.
Onun sözlərinə görə, Ermənilərin belə "uğurlu" hərəkəti ilk dəfə baş vermir:
"Ümumiyyətlə, digər xalqlardan maddi və mənəvi mədəniyyət abidələrini oğurlamaq ermənilərə daim xas olub. Qarabağdan oğurlanan Azərbaycan xalçalarının guya ermənilərə məxsus olmasının heç bir əsası yoxdur. Ümumiyyətlə, xalçaçılıq erməni həyatına xas deyil. Çünki ermənilər əsasən donuzçuluqla məşğul olublar. Donuzçuluqla məşğul olanlarda xalça sənəti heç vaxt yüksək inkişaf edə bilməz. Buna görə də ermənilərin o xalçalara iddia etməsi əsassızdır".
"Hesab edirəm ki, məsələ ilə bağlı olaraq müvafiq qurumlarımız YUNESKO-ya müraciət etməlidirlər. Azərbaycan xalçalarını tanımaq, fərqləndirmək o qədər də çətin deyil. YUNESKO belə ididalara düşənləri yerində oturtmalıdır" - deyə Musa Qasımlı qeyd edib.