Qarabağdakı separatçı rejimin hərbi birləşməsinin 120-dən çox hərbçisi Ermənistan silahlı qüvvələri baş qərargah rəisi Onik Qasparyanı dəstəkləyən bəyanat yayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni nəşri “Aravot” məlumat yayıb.
Qasparyana dəstək bəyanatı separatçı qüvvələrin 124 zabiti imzalayıb. Onlar Qasparyanın vəzifəsində qalmasını istədiklərini dilə gətiriblər.
Qeyd edək ki, Baş nazir Nikol Paşinyan onun istefasını tələb edən Qasparyanın vəzifəsindən uzaqlaşdırılması üçün qərar imzalayıb. Prezident Armen Sərkisyan isə onun istefası haqqında fərmanı imzalamaqdan imtina edib. Lakin baş nazir Qasparyanın avtomatik istefasını nəzərdə tutan fərman layihəsini hələ Konstitusiya Məhkəməsinə göndərməyib.
Qanuna görə, qeyri-iş günləri nəzərə alınmaqla, bu işdə Qasparyanın səlahiyyət müddəti sabah başa çatır.