22 Aprel 2021 13:26
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Zəngəzurda (Sünik) səfərdə olub.

Teleqraf.com erməni KİV-nə istinadla xəbər verir ki, məlumatı diplomatik nümayəndəlik yayıb.

Linn Treysi vilayətin başçısı Melikset Poqosyan, Mehri, Gorus və Sisian şəhərlərinin başçıları ilə görüşüb.

Məlumatda qeyd olunub ki, vilayətin vəziyyəti diplomatın diqqətinə çatdırılıb. Həmçinin ABŞ-ın bölgəyə humanitar yardım göstərməsi məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər