21 May 2021 12:33
2 595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağda və ətraf rayonlarda mədəni-tarixi irsin qorunması məsələsi Rusiyanın həm rəsmi Bakı, həm də rəsmi Yerevanla təmaslarında müntəzəm müzakirə olunur.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, bu məsələ xarici işlər naziri Sergey Lavrovun Ermənistana və Azərbaycana səfəri zamanı da müzakirə edilib:

"Biz UNESCO-nun regiona missiyasının tezliklə təşkil olunmasının tərəfdarıyıq. Həmsədrlərin bu il aprelin 13-də verdiyi bəyanatda vurğulanır: dini-mədəni irsin mühafizəsi və qorunması Azərbaycan və Ermənistandan əlavə səylər tələb edən məsələlər sırasındadır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər