18 iyun tarixində Qarakilsə yaxınlığında qəzaya uğrayan qarabağlılarla bağlı yeni detallar məlum olub.
Teleqraf.com xəbər verir ki, erməni mediası bu şəxslərin İrəvanda Köçəryanın mitinqinə qatılmaq üçün getdiklərini bildirib.
Bu gün qəzaya düşənlərdən biri – 44 yaşlı Samvel Manqasaryanın xəstəxanada öldüyü açıqlanıb.
Qeyd edək ki, 18 iyunda Qarabağdan İrəvana gedən avtobus Zəngəzur (Sünik) mahalının Qarakilsə (Sisyan) rayonunun Saybalı (Sarnakunk) kəndi ərazisində qəzaya uğramış, 5 nəfər ağır yaralanmışdı.