Bu gün Ağdam şəhərinin Abdal-Gülablı kəndinin erməni silahlı qüvvələri tərəfindən işğal olunduğu gündür.
Teleqraf.com xəbər verir ki, Abdal-Gülablı kəndi Əsgəran və Ağdərə bölgələri arasında yerləşirdi və bu səbəbdən də kənd separatçılar üçün xüsusi əhəmiyyətə malik idi.
1992-ci ilin may-iyun aylarında ermənilərin kəndə bir neçə uğursuz hücumu baş vermişdi. Nəhayətdə həmin ilin sentyabrında Abdal-Gülablı Ermənistan ordusu tərəfindən işğal olundu.
Amma Azərbaycan Ordusunun 2020-ci ilin 27 sentyabrında başlatdığı əks-hücum əməliyyatları nəticəsində həmin ərazilər azad olundu. .
2020-ci ilin noyabrın 9-da Abdal-Gülablı kəndində mövqe tutan separatçı qüvvələr və Ermənistan ordusu oradan qovuldu. Beləcə Azərbaycanın ən tarixi kəndlərindən biri olan Abdal-Gülablı işğaldan azad edildi.