29 Sentyabr 2021 20:59
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynadan olan bir qrup media nümayəndəsi Ağdam rayonunun işğaldan azad olunmuş hissəsinə səfər edib.

Teleqraf.com xəbər verir ki, ukraynalı jurnalistlər Ağdam şəhərində İmarət kompleksini, Cümə məscidini, Qiyaslı məscidini ziyarət edib, Çörək muzeyinin və Dram Teatrının qalıqlarına baxıblar.

Qonaqlara ermənilərin 30 ilə yaxın işğal müddətində Ağdam şəhərinə vurduqları ziyan barədə məlumat verilib. Ağdamda törədilən dağıntıların şahidi olan media nümayəndələri yaxın gələcəkdə şəhərdə aparılacaq yenidənqurma və bərpa işləri haqqında da məlumatlandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər