Qarabağın dağlıq hissəsindəki separatçıların “təhlükəsizlik şurasının rəhbəri” Vitali Balasanyanın təşəbbüsü ilə fevral-may aylarında atəş hazırlığı üzrə təlimlər keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Təlimlərdə məqsədin qondarma respublikanın sakinlərinin (separatçıların - red.) hərbi bacarıqlarını təkmilləşdirmək olduğu bildirilib.
Təlimlərin separatçı birləşmələrin maddi-texniki təminatı əsasında həyata keçiriləcəyi deyilib.
Vitali Balasanyan azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımının müəlliflərindən biridir.