12 Avqust 2022 14:12
1 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Xankəndində avtomobil qəzası baş verib, 4 nəfər hadisə yerində ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlum olub ki, səhər saatlarında Xankəndidə Rusiya sülhməramlılarının 1992-ci il təvəllüdlü sürücüsü İ.Y.-nin idarə etdiyi avtomobil 1996-cı il təvəllüdlü E.Q.-nin idarə etdiyi VAZ-2107 markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “VAZ-2107”-nin sürücüsü xəstəxanaya yerləşdirilib. Həmin vaxt avtomobildə olan dörd qadın hadisə yerində həyatını itirib.

Sürücünün vəziyyəti ağırdır.


Müəllif: Mənsur Rəğbətoğlu