17 Avqust 2022 13:47
3 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın müstəqilliyi sual altına düşüb”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan “Hraparak”a müsahibəsində deyib.

Eks-baş nazir ölkəsinin müstəqilliyinin ikinci plana atıldığını, cəmiyyətin də buna etinasız yanaşdığını iddia edib: “Ermənistan ətrafında yaranmış vəziyyət bizim üçün o qədər də xoşagələn deyil”.

Laçın şəhəri və Zabux kəndinin Azərbaycana təhvil verilməsi ilə bağlı jurnalistin sualına cavabda Arutyunyan bundan Baş nazir Nikol Paşinyan və ona səs verənlərin “məsuliyyət” daşıdığını söyləyib:

“2021-ci ilin iyununda keçirilən seçkilərdə cəmiyyətin önəmli hissəsi Paşinyana səs verdi, yəni ona haqq qazandırdı. Bu faktdır. İndi nə etməliyik?”

Jurnalist Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərin də tədricən Azərbaycana təhvil verildiyini bildirib və bununla bağlı sabiq baş nazirin fikrini soruşub, o isə belə cavab verib:

“Bu sualı mənə verməməlisən. Bu sualı 2021-ci ildə Nikol Paşinyana səs verən vətəndaşlara verin. Mən bu sualın ünvanı deyiləm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər