14 Sentyabr 2022 15:10
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ordusunun şəhid olan hərbi qulluqçusu Şəkidə dəfn edilib.

Teleqraf.com xəbər verir ki, Ermənistan tərəfinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi təxribatların qarşısını alarkən şəhid olan əsgər, 2003-cü il təvəllüdlü Nihat Mehman oğlu Qasımovun nəşi doğulub boya-başa çatdığı Kiçik Dəhnə kəndinə gətirilərək ailəsinə təhvil verilib. Şəhid kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin ruhuna hörmət olaraq fəxri qarovul düzülüb və yaylım atəşi açılıb.

Şəhid dəfn olunduqdan sonra Azərbaycanın bayrağı şəhidin atası Mehman Qasımova təqdim olunub.

Qeyd edək ki, 19 yaşlı Nihat Qasımovun hərbi xidmətini başa vurmağına 17 gün qalmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər