“Qarabağdakı mədənlərin istismarı ilə bağlı fikir ayrılıqlarını da həll etmək lazımdır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Bölgədəki mədənlərin istismarı ilə bağlı fikir ayrılıqlarını da həll etmək lazımdır. Rusiya Müdafiə Nazirliyi və sülhməramlı qoşunların komandanlığı vəziyyətin deeskalasiyası istiqamətində işi davam etdirir və onların səyləri sayəsində dekabrın 16-dan etibarən qaz təchizatı bərpa edilib, humanitar yardım və təcili yardım nəqliyyatının hərəkəti bərpa edilib. Yaxın vaxtlarda vəziyyətin həll olunacağını gözləyirik.
Rusiya sülhməramlılarının nəzarəti altında olan Laçın dəhlizi vasitəsilə Qarabağ və Ermənistan arasında kommunikasiyanın təmin edilməsini də nəzərdə tutan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bəyanatlarına əsasən, tərəfləri öz öhdəliklərinə ciddi əməl etməyə çağırırıq”, - XİN sözçüsü vurğulayıb.