“Ermənistan və Azərbaycan arasında sülh sazişi ilə bağlı İrəvan və Bakının bir sıra təklifləri üzrə konsensus əldə olunub”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“İndi bunları açıqlaya bilmirəm, çünki bu, prosesə mane ola bilər. Amma deyə bilərəm ki, bunlar beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərdir. Məsələn, bəzi ölkələrlə sülh sazişləri var və həmin prinsiplər orada da qeyd edilir. Bunlar ümumi müddəalardır”, - spiker bildirib.
Eyni zamanda, Simonyan qeyd edib ki, Ermənistan tərəfi birmənalı olaraq sənədin mətninə Ermənistanın dövlətçiliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhlükə yarada biləcək “bombalar”ın daxil edilməsinin əleyhinədir. Onun sözlərinə görə, sülh müqaviləsində Qarabağ problemi ilə bağlı heç bir müddəa olmamalıdır.
Simonyan Ermənistan tərəfinin təkliflərinə rəsmi Bakının reaksiyası barədə məlumatı olmadığını da söyləyib.