13 Mart 2023 13:45
1 643
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Erməni icmasının nümayənədələriylə Qarabağda - Laçının ətrafında və Xocalıda təmas olub, indi növbət paytaxt Bakınındır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Qarabağın erməni icmasının müzakirələr üçün Bakıya dəvət edilməsinə diqqət çəkib:

“İllər uzunu bizdən tələb edirdilər ki, Qarabağ separatçılarıyla birbaşa dialoqa başlayaq. Mövqeyimiz beləydi ki, torpaqlarımızı Ermənistan işğal edib, danışıqlar ancaq İrəvanla aparıla bilər və Minsk qrupu formatında bu proses aparılırdı.

İkinci Qarabağ Müharibəsindən sonra Ermənistanla Qarabağ mövzusunun müzakirəsi dayandırıldı. Çünki Qarabağ daxili məsələmizdir, bunu bir başqasyıla müzakirə etmək doğru deyil. Müharibədən sonra Qarabağın erməni icmasının nümayəndələriylə bir neçə dəfə görüş olub. İndi erməni icmasının nümayəndələri danışıqların davamı üçün Bakıya dəvət edilib. Nə qərar verəcəkləri maraqlıdır.

İllər boyu deyirdilər ki, rəsmi Bakı bizimlə birbaşa dialoq aparsın. Bu da dialoq, daha bəhanələri qalmayıb. Erməni icmasının nümayənədələriylə Qarabağda - Laçının ətrafında və Xocalıda təmas olub, indi növbə paytaxt Bakınındır”.

Elxan Şahinoğlunun fikrincə, erməni ismasının nümayəndələriylə görüşün Bakıda təklif olunmasının bir başqa əhəmiyyəti də ondadır ki, təmas vasitəçisiz olmalıdır:

"Qarabağdakı təmaslarda Rusiya hərbi kontingentinin rəhbərliyi iştirak edib. Kreml bununla həm də tərəflərə mesaj verir ki, “mənsiz dil tapa bilməyəcəksiniz, hər zaman burada olmalıyam”.

Qarabağ ermənilərinə sərf edən bu formul bizim maraqlara ziddir. Çünki iki ildən sonra Rusiya hərbi kontingentini yola salmaq istəyirik. Ona görə də indidən Rusiya hərbi kontingentinin vasitəçiliyi olmadan ermənilərlə görüşməliyik".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər