1 Aprel 2023 09:50
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gündən başlayaraq Şuşa şəhərinə yağan qar davam edir və hazırda havanın temperaturu -2 dərəcədir.

Teleqraf.com xəbər verir ki, şəhər ərazisində nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə yolların qardan təmizlənməsi işləri aparılır.

Belə ki, küçə və prospektlərdə yollar texnika vasitəsilə qardan təmizlənir.

Hazırda yollarda avtomobillərin hərəkəti üçün heç bir problem və çətinlik müşahidə olunmur.

Avtomobillərin hərəkəti normal şəkildə davam edir.//Report.az


Müəllif: Teleqraf.com