23 Aprel 2023 23:12
3 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Laçın yolunda, Ermənistanla sərhəddə sərhəd-buraxılış məntəqəsinin qurulması ərazimizə silah-sursatın, fitnə-fəsadın gətirilməsinin qarşısının alınması, bütün ərazimiz üzərində suveren hüquqlarımızın bərpası istiqamətində cddi addımın atılması deməkdir”.

Teleqraf.com xəbər verir ki, bunu Müsavat partiyasının sədri Arif Hacılı deyib.

“Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması barədə məlumatlar yayılıb. Sərhədlərimizin nəzarətə götürülməsi dövlətimizin beynəlxalq hüquqa tam uyğun olan suveren hüququdur. Elçibəy 31 il əvvəl demişdi ki, Qarabağ münaqişəsinin həlli Laçın-Xankəndi yolunun nəzarə götürülməsindən keçir. Burada Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin qurulması ərazimizə silah-sursatın, fitnə-fəsadın gətirilməsinin qarşısının alınması, bütün ərazimiz üzərində suveren hüquqlarımızın bərpası istiqamətində cddi addımın atılması deməkdir”, - partiya sədri bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər