21 Avqust 2023 19:18
1 553
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın müəyyən dairələri Qarabağda yaşayan və hələ də vətəndaşlığı olmayan erməni sakinlərə rus pasportu verməklə öz maraqlarını müdafiə edən bir qrup yaratmağa çalışır. Amma bu gün Azərbaycanın Rusiya ilə olan yaxşı münasibətləri, ölkəmizin suveren hüquqlarını uğurla müdafiə edə bilməsi həmin dairələrin planlarını alt-üst edir”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, Rusiyada müəyyən dairələr Qarabağda yaşayan erməniləri öz oyunlarına alət etmək istəyir: “Ermənilər bu oyunun onlar üçün ağır nəticəsi olacağını yaxşı bilirlər. Rusiya pasportu almaqda onların da öz ayrıca planları var. Baxmayaraq ki, Rusiya pasportu bütün ermənilərə təklif edilmişdi, görünür, onların hamısı bunu qəbul etməyib.

Onların bir qismi gələcəkdə Ermənistana köçmək istəyir, bir qismi də Azərbaycan cəmiyyətinə reinteqrasiya etməyə çalışır. Digərləri də ilk fürsətdə Ermənistana, oradan da Rusiyaya qaçıb 147 milyonluq cəmiyyətin içində gizlənməyə cəhd edir”.

Aydın Mirzəzadə deyir ki, Rusiyadan idarə olunan dairələr Azərbaycanla zor gücünə, hədə-qorxu ilə danışmağın mümkün olmadığının fərqindədirlər: “Azərbaycan xarici qüvvələrin daxili işinə qarışmasına imkan vermir. Ölkəmiz öz suveren hüquqlarını həmişə qoruyub və ərazisində yaşayan hər kəsin hüquq və azadlıqlarını təmin edib. Bir sözlə, Azərbaycan ölkə qanunlarını könüllü qəbul edən hər bir kəsin hüquqlarını qorumağa hazırdır”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər