1992-ci ilin 26 yanvarında Şuşada, Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olmuş Mikayılov Baba Balakişi oğlu Şamaxı rayonunun Göylər kəndində torpağa tapşırılıb.
Teleqraf.com xəbər verir ki, 31 il əvvəl itkin düşən Baba Mikayılovun cəsədi Şuşa yaxınlığında kütləvi məzarlıqda aşkarlanıb və şəxsiyyəti müəyyənləşdirilib.
Bu gün Göylər kəndində şəhidin dəfn mərasimi keçirilib. Öncə cənazə namazı qılınıb, daha sonra izdiham kənd qəbiristanlığına yollanıb.
Mərasimdə kənd sakinləri, ictimaiyyət nümayəndələri iştirak edib. Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov mərasimdə çıxış edib.
Şamaxı Cümə Məscidinin imamı Mərhəmət Mustafayev cəmi şəhidlərimizin ruhuna dualar oxuyub.
Baba Mikayılov Göylər kəndinin Sarıtəpə qəbiristanlığında dəfn olunub.
Allah rəhmət eləsin!