Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Azərbaycan ordusunun son antiterror tədbirlərinə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, eks-prezident Azərbaycanın öz ərazilərini azad etməsinin Ermənistanın da xeyrinə olduğunu deyib.
“Bu gün nə baş verir? Azərbaycan nəhayət öz ərazilərini azad edir, Ermənistan yüzillik rus əsarətindən xilas olur, Ukrayna hərbi-diplomatik cəbhədə uğurla irəliləyir, Gürcüstan isə nəhayət beynəlxalq subyekt olmamaqla öz dövlət müstəqilliyini itirir. Hərəkət etmək vaxtıdır”, - Saakaşvili vurğulayıb.