25 Sentyabr 2023 19:12
3 752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva ümid edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü regionda təhlükəsizliyin təmin olunmasına və həyatın normallaşmasına kömək edəcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bunlar suveren ölkələrdir və əməkdaşlığın inkişafı üzrə öz suveren hüquqlarını həyata keçirirlər, Bakı ilə Ankara arasında münasibətlərin necə sıx olduğunu bilirik", - deyən Peskov Moskvanın da həm Bakı, həm də Ankara ilə sıx münasibətlərə malik olduğunu əlavə edib.

Bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər