“Qiraətçi”də “Hz İsanın Quranı” - Tam mətn.
Teleqraf.com Elçin Aslangilin Türkiyədə çapa hazırlanan romanını Hədiyyə Şəfaqətin giriş sözüylə hissə-hissə təqdim edir:
...Tanrı ən mükəmməl şəkildə qadın varlığında rəqs etmiş və özünün müqəddəs ucalığını da kişi tərəfinə onda göstərmişdir. Hətta İbn Ərəbi kimi böyük sufi filosofu Məhəmməd peyğəmbərin qadınlara olan sevgisinin altında bu sirrin dayandığını deyirdi. Çünki Tanrı qadında çox mükəmməl şəkildə müşahidə edilməkdədir. Fərqinə varsaq da, varmasaq da içimizdə Tanrısal - ruhi rəqsin ən coşqun anı ehtiras anıdır. Seks Tanrısallıqla rəqsdir.
Elçin ayələri
“Biz ölmədən o dirilməlidir. Qəlblərimizi açaq cənnət bizə gəlsin...”
- Elə deyil...
- Nə elə deyil?
- Burda çox şey elə deyil...
- Tamam...
Elçin belə qarşılıq verir hər dəfə dediyim hər şeyə. Amma özlüyündə nə düşündüyünü, nəyi necə yerbəyer etdiyi ancaq özünə və Tanrıya məlumdur. Üstəlik Tanrıyla əlləşir və mən bilmirəm “O”-nun münasibəti nədir bütün bu dəliliklərə...
- Tanrı “Elə deyil...” deməzmi, Elçin?..
“Mən “O”nu sevirəm, “O”ndan qorxmuram...”
Qorxmur, mən şahidəm ki, qorxmur. Sevir, mən şahidəm ki, sevir. Sevir və güvənir, İsanı Məhəmmədə, Məkkəni Yerusəlimə aparır, Şərqi Qərbə, keçmişi gələcəyə. Qadini Kişiyə, İnsanı Tanrıya... Ehtirası ibadətə, Şeytanı...
Bəs Şeytan, Şeytan, bəs Şeytan, Elçin?..
...Üç il əvvəldi.
Yenə zaman, uzanan, qısalan, yığılan-açılan zaman. Zamanın nə əhəmiyyəti var ki, elə bu andır, “İSANIN QURANI” gəlib, gözümü zilləmişəm ilk sətirlərə... Elçin orda nəsə deyir, amma...
- Elçin, kənara dur, sus, görmürsən qarşımda mətn var?
Mətn...
Mətn nədir?
- Sən neyləmisən belə?
- ...
Elçinin cavabını unutmuşam. Düzünü deyim ki, mən elə bu mətni də neçə dəfə elə mətnin içində unutmuşam. Hadisələri (hadisəzliyi) unutmuşam... Ayələr gəlib-gedib, surələr silinib yazılıb, dəlilər ağıllanıb, ağıllılar dəlilənib, “O” oradadır...
Elçin səbrdə heç “O”ndan geri qalmırmış... İstəyəndə...
Müəllifi unudub oxumuşam, müəllifi xatırlayıb unutmuşam... Elçini görüb oxumuşam, axtarıb oxumuşam “İSANIN QURANI”-nı...
Elçin edər, Elçin nə desəniz edər, özündən keçər, dünyadan keçər, kitabdan keçər - yazar bunu...
Yazıb da...
Yazıb yazmasına da, kimsə oxumayıb. Oxumayıb, ya oxuyammayıb? Bir gün üzünə çıxmağımı oldu, bir gecə qaranlığında şam kimi uzaqdan görünməyi var elə, ha gedirik, çatammırıq...
Elçin də mətnini şam kimi getdiyi yerə daşıyır... Elçin gedir, zaman gedir, roman gedir...
Deyirlər, indi də yerləşdiyi (itdiyi) uzaq məmləkətdə bir şamdan tapacaq, məbədinin divarında asacaq, oturacaq qarşısında... Kölgəsi arxasındakı qapıya düşəcək, bağlı qapıya... Biz kölgədən o üzdə qalacağıq, kölgəyə qarışmaq varkən. Döyəcəyik, açmayacaq, çağıracağıq hay verməyəcək Elçin. O belədir, gözləyəcək, gələn gəlsin, gedən getsin, ona nə? Sonra bizə qarışmayacaq, kölgəsində də dayana bilərik, yanında da...
- Elçin, şamı götürə bilərəmmi?
- Götür...
- Qaranlıqda qalacaqsan.
- Tamam...
Elçin bilir ki, qaranlıqda qalmayacaq...
Son çağların ən qəliz romanını ən adi sözlərlə təqdim etdi: Hədiyyə Şəfaqət
***
Elçin Aslangil
HZ İSANIN QURANI
MÜHAKİMƏ surəsi
Biz ölmədən o dirilməlidir. Qəlblərimizi açaq (“Qəlblərinizi açın cənnət sizə gəlsin” Hz İsa.) cənnət bizə gəlsin...
Ayə (M). Varlığın sirlərini dərk etməyin ən mühüm yolu yaradıcılıq deyilən fövqəladə anlayışın fəhm edilməsindən keçir. Yaradıcılıq elə ağrılı, elə dəhşətli enerji tələb edən prosesdir ki, bu məqamda, xüsusən yaradıcılığın estatik halında yaradan itirdiyi enerjinin təsirindən ölə bilər. Doğuş zamanı ölən qadınlar kimi.
Məncə, həyat və var olan hər şeyin mövcudluğu ölümə doğru irəliləmək üçün varlıq formasına bürünən psixi obrazlar aləmini görüntüləyir. Karl Yunqun əsil reallıq olan surrealizmi kimi. Görünür bu ölüm nəsə qəribə bir şeydir. Belə olmasaydı bu yola ilk qədəm qoyan müqəddəs və fədakar şəhidimiz Allah olmazdı.
Ayə (H). Onun ölümü ilə varlıq həyat qazandı və həyat da ölümə doğru gedərək əslinə qayıdır, Allahlaşır. “O” niyə öldü?
Allah var olan hər şeyi yaradarkən elə böyük enerji sərf etdi ki, yenidən əvvəlki forması ilə var olmağa bir daha qadir olmadı və Allah öldü.Bu hər dəfə mənə doğuş zamanı ölən qadını xatırladır. Görünür, bütün müqəddəslərin ananı ilahiləşdirməsi hissi burdan gəlir. Hətta Rumi qadını vəsf edərkən “O sanki yaradılan yox, yaradandır”- deyirdi. Allah bu yaradıcılıq anında öldü və ruhu bütün varlığa səpələnərək sonda yaratdığı ən möhtəşəm əsəri, insanda sığınacaq tapdı. O zamandan da özünü dərk edən hər kəs – “Mənəm Allah, Mənəm Allah” – deyib hayqırmağa başladı. Mənsur Həllac, Eynəlqüzzat, Nəimi, Nəsimi kimi. Əslində Nəsimilərin hayqırışı dirilməyə can atan, tanınmaq istəyən Allahın öz səsidir. Bəlkə də elə buna görə bilginlər varlığın əsasında səsin durduğu fikrini irəli sürüblər. Müqəddəs ölümdən (gedişdən) əvvəl Allah demişdi: “Mən bir gizli xəzinə idim, tanınmaq istədim tanındım”. Heç kimin dərindən fikir vermədiyi “xəzinə idim” ifadəsi keçmişə aiddir. O bizə görə öldü. Biz də onu ona görə diriltməliyik.
Ayə (V). İndi daha yaxşı başa düşürəm, qədim misirlilərin “Allahlar insanlarda ölüblər. Onları diriltmək müdriklərin işidir” deyimini. Allahın birinci ölümü bəşər üçün o qədər də böyük problem olmadı. Ən böyük faciə onun içimizdə dirilməyə can atan, cahilliyimizdən yaranan ikinci ölümü oldu. Beləliklə Allahın içimizdəki ölümündən yaranan böyük qüdrətə sahib bir qüvvə, İblis yarandı. Fikrimcə İblis Allahın başqa formasıdır. İçimizdə ölən Allahdan güc alan İblis varlığın bütün nəzarətini əlinə aldı. Bu qaranlıq şahının gücü kainatdakı işığını itirmiş qara dəliklərə bənzəyir. Yanından keçən hər şeyi özünə çəkən cazibədar qara dəliklərə İblis çox oxşayır. Xeyirin bu günə qədər şərə qalib gəlməməsinin səbəbi içimizə ölü olaraq girən Allahdan, canlı olaraq çıxan İblisin üstünlüyüdür.
Ayə (Z). Bəşər tarixində Allahı diriltmək fikrinə düşən ilk əzabkeş şəxs Zərdüşt oldu. Yolu da çox sadə idi. Hamı yaxşı fikir, yaxşı əməl, yaxşı söz tiriadasına əməl etsə Allah diriləcək.
İsanın ölüləri diriltməsi zənnimcə fiziki yox, mənəvi diriltmə kimi başa düşülməlidir. Bu diriltmə sənətinin böyüklüyü və çətinliyi yaradıcılığın çətinliyindən, ağrılı bir proses olmasından irəli gəlir. Fəlsəfənin kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanununda olduğu kimi.
Böyük sufi filosofu Bistami nə üçün Allaha şükr əvəzinə “mənə şükr” deyirdi? Bu həqiqətləri anlatmaq üçün analoq və misal yolu olmadan nəsə demək bəzən mümkünsüz olur. Elə Allah, İblis, İnsan, analoq və misalla ifadəetmənin psixi obrazlarıdır. Varlıq elə bir bütövdür ki, o yalnız şüurda hissələrə bölünür, bunun da əsil gerçəkliklə heç bir əlaqəsi yoxdur. Kvant fiziklərinin dediyi kimi: “Varlıq sadəcə bir enerji titrəşimidir. Hər şey bir şeydir.” Bu bir növ Ruminin gizəminə bənzəyir. Rumi deyirdi: “Musa və Firon, Məhəmmədlə Əbu Cəhl əvvəldə bir varlıq idilər. Elə ki bu görüntü aləminə düşdülər, bir- biri ilə vuruşdular. Öləndən sonra yenə əsillərinə qayıdaraq vahid- vücut oldular.” Fəlsəfənin inkarın inkarı qanunu elə bu deməkdir deyilmi?...
Allahın ölüm tarixini qədim şamanlar hamıdan öncə fəhm ediblər. Belə olmasaydı onların dünya görüşünün əsasını belə bir ideya təşkil etməzdi- “Tanrı dünyanı yaradandan sonra onun işlərinə qarışmaz oldu”. Bu işə qarışmazlıq əslində Tanrının ölümünün kodudur. Fəlsəfədəki deizim təlimində olduğu kimi. Bu işə qarışmazlıq bizim onu öldürməyimizə işarədir. Nitşe sonralarda deyəcəkdi : “Allah öldü, onu biz öldürdük!”
Nə etməliyik?
Mən nə edəcəyimi qəlbimdəki Allahın səsinə qulaq verməklə lap çoxdan bilirəm. Qəlbimdəki Allah tez- tez deyir: “Məndən qorxmayın. Qorxu ən böyük ölüm zəhəridir. Diriliş, yaşam sevgidədir. Sevin məni, sevin məni...” Elə buna görə də “O”- nu sevirəm, qorxmuram.
Həzrəti Müəllif
LA - HA surəsi
- Bu necə oldu?
- Bilmirəm.
- Burda yazılıb ki, siz şəxsi avtomobilinizlə işıqforun qırmızı işığına məhəl qoymadan, yüksək sürətlə hərəkət edərək dörd yaşlı qızcığazı əzib keçmisiniz.
- Bu doğru deyil!
- Və sonra, avtomobili saxlayaraq, uşağı xəstəxanaya çatdırmısınız. İzahatınızda uşağın anasının da sizinlə birlikdə, xəstəxanaya getdiyini qeyd etmisiniz.
- Xeyir, mən bunu qəsdən etmədim! Bəli, uşağın anası da mənimlə birgə xəstəxanaya getdi. O, çox sakit və təmkinliydi, heç ağlamırdı da...
- Siz nə dediyinizin fərqindəsinizmi?
- Necə bəyəm?
- Uşağın yanında heç bir qadın olmayıb. Ümumiyyətlə uşaq anasını hələ doğulduğu zaman itirib.
- Bu necə ola bilər?
- Elə mən də bunu aydınlaşdırmaq istəyirəm.
- Mən o qadını gördüm.
- Əlbəttə, siz avtomobili sərxoş vəziyyətdə idarə etmisiniz.
- Mən elə də çox içməmişdim.
- Bəs siz, o qadınla, yəni sizin dilinizlə desək, uşağın anası ilə nəsə danışdınız? O, sizə nəsə deyib? Və yaxud da siz ona?
- Hə, o mənə bir neçə kəlimə dedi.
- O sizə nə dedi?
- “Həqiqəti açıqca görməyəcək qədər koruq. Bir şey olduğu və durduğu yerdə deyil. Bir şey olmadığı və heç bir zaman da olmayacağı yerdə yalnız görüntüdür. İnsanlar bu sehrlə yuxunun içində yuxu görürlər...”
157- 158 surəsi
1943- cü il.
Alman zabiti A.C- nin gündəliyindəki qeydlərdən.
- 1-ci ay, 5-ci gün, səhər saat 7 tamamdan etibarən əsir düşmüş yəhudi əsilli rus zabiti susqunluğunu pozdu.
- Mənim bildiyim yalnız və yalnız İsanın Allah olmamasıdır.
- Sən, biz dəliyik?
- And olsun bir olan Allaha ki, İsa çarmıxa çəkilməyib, Yahuda günahsızdır.
- Əzizim A.C, görünür qonağımıza bu bir neçə gündə göstərdiyimiz qayğı öz nəticəsini verməkdədir. - Onun kinayəsi aydınca sezilirdi. Eyni intonasiya ilə də əlavə etdi:
- Əclaf, mən səni öldürsəm arvadın kişisiz qalıb, özünü... Bəlkə danışasan?! Danış!
Əsirin gözləri partlamış qaşından süzülən qanın altında taqətdən düşüb dərinliyə çökmüşdü. Soyuq, alaqaranlıq otağın küncünə qısılaraq dizlərini qucaqlayıb oturmuş qırmızı donlu, qırmızı çəkməli saçında kəpənəkli rəngarəng sancaqlar olan qızcığaz kədərli bir şəkildə ona baxırdı. Yahudi əsilli rus zabiti gözlərini qıyaraq qızcığaza baxıb azacıq gülümsündü. Sonra o, sevgi dolu baxışlarla ətrafa nəzər saldı.
- Sən gülürsən?! Sən gülürsən alçaq? Əclaf, murdar ... Küçük, sən mənə gülürsən?! Sən bizi ələ salırsan?!
E.M. dəliyə dönmüşdü. Mən onu sakitləşdirmək istəyirdim. O isə mənə əhəmiyyət vermədən sol əli ilə əsirin hulqumundan yapışmışdı. Gözünü qan örtmüş öküz kimi fınxıra- fınxıra onu boğurdu. Heç bir müqavimət göstərməyən əsir isə xırıltılı səslə deyirdi :
- O zaman Allah belə buyuracaq, “Ey Məryəm oğlu İsa! Sənmi insanlara demişdin - Allahla yanaşı, məni və anamı da özünüzə Tanrı bilin!”
- Burax onu, E. M. eşidirsən?! O nəsə deyir, ondan əl çək, özünü ələ al!
E.M mənə əhəmiyyət vermədən təkrar edirdi:
- Bu əclaf ölməlidir! O, bizi gic hesab edir?!
Sanki sayıqlayırdı...
- A..a..a.a..a! Həkim, mən ölmək istəyirəm. Xahiş edirəm, mənə yardım edin... İstəyirəm doğacağım uşaq da ölsün.
- Xanım, mən bunu edə bilmərəm, sakitləşməyə çalışın, özü¬nüzü yormayın, dərindən nəfəs alın.
Həkim üzünü geri çevirib tibb bacısına baxdı. Tibb bacısı əlindəki dolu şpirisi həkimə verərək xəstənin baş tərəfinə keçdi:
- Bir az sonra sənin gözəl bir qızın olacaq.
Tibb bacısının sakitləşdirməyə çalışdığı Qadın elə nəfəs alırdı, sanki, az sonra ürəyi qanadlanıb sinəsindən çıxacaq. Boğulurdu. Gözlərinin içi qan çanağına dönmüşdü. Əlini ağzına salıb dişlərini möhkəmcə sıxdı. Və özündən gedincəyə qədər gücəndi. Birdən, üzünün təbəssümü ətrafa işıq saçan və təbəssümünün işığında doğum otağındakı hər kəsin surətini buxarlandıran bir kişi, azacıq ona tərəf əyilərək dedi:
- Lamia, Tanrı sənin səsini bəyəndi.
Saqqalının ağ dənlərini sağ əlinin barmaqları ilə eşən kişi həzin bir pıçıltıyla davam edi:
- Qadın, bu ağ dənlərin arasına yaxşı bax, diqqətlə bax, əmin ol və de: Başınıza and içməyin. Çünki saçınızın tək telini belə nə ağ, nə də qara etmək iqtidarında deyilsiniz. "Hə"-niz hə, "Yox"-unuz yox olsun. Bundan artığı şeytanındır...
- Tibb bacısı Q. Ova, qadın koma vəziyyətindədir, əməliyyat etmək lazımdır. Yoxsa uşağı da itirəcəyik, tələsin! - Həkim təşviş içində tibb bacılarına deyirdi.
259-cu surə
Ruhi xəstəliklər dispanserinin baş həkimi İ. Eva yeni gələn xəstə ilə seansdan sonra öz kabinetində dərin dü-şüncələrə dalmışdı. Bu gün, təxminən gecənin əvvə-lindən təcili şəkildə dispanserdə qapalı otağa yerləşdirilən xəstə ilə bir neçə dəfə görüşməli olmuşdu. Belə ki, xəstə əsəblərinə sahib ola bilmir, və yalnız keyidici iynəərin təsiri altında sakitləşirdi. Gördüyü halsunasiyaların təsirindən, divarla üz-üzə dayanaraq tez-tez təkrarlayırdı:
- Və ya uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin hekayətini bilmirsənmi? O demişdi: “Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra da dirildib dedi: “Nə qədər qaldın?” O dedi: “Bir gün yaxud bir gündən də az qaldım!”. Allah dedi: “Əksinə, sən yüz il qaldın. Öz yeməyinə və içdiyin suya bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük”. Həqiqət bəlli olduqda o-“Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!”, dedi.
...Əvvəl sərxoş vəziyyətdə balaca qız uşağını avto-mobillə öldürür, sonra isə dindirmədə “Mən heç kimi öldürməmişəm” deyə təkid edir. Və üstəlik fürsət tapıb cəfəngiyyat da uydurur, guya uşağın anası yanındaymış. Daha sonra ömürlük həbs cəzasından canını qurtarmaq üçün özünü dəliliyə vurur. Belə ola da bilər, olmaya da bilər... Bəs yaxşı, bu dırnaqarası dəli tövbə edir? Mən onun dediklərini hardansa xatırlayıram. Divarla üz-üzə durub tövbə etmək nə qədər məntiqə uyğundur? Baş həkim İ. Eva qapını açıb dəhlizdəki tibb bacısını səslədi:
- Siz, xanım Moradi, zəhmət olmazsa bura gəlin.
Tibb bacısı tələskən addimlarla baş həkimə yaxinlaşib, “ Buyurun!” - dedi.
- Səhv etmirəmsə müsəlmansınız. Xatırlayırsınızsa sizdən islam dini ilə bağlı qısa bilgilər almışdım. Qiblə hansı tərəfdədir? - deyə baş həkim tibb bacısından soruşdu.
- Azacıq üzü sağ tərəfə durduğumuzda, üzü Qibləyə dayanmış oluruq.
- Aydındır, çox sağ olun, gedə bilərsiniz.
Baş həkim yenə kabinetinə çəkilib düşünürdü. Deməli, xəstə üzü divara durduğunda Qibləyə tərəf dururmuş... Günahlarına görə tövbə edir? Yox, burda nəsə var...
SUR-TU surəsi
- Mən hardayam, məni hara aparırsan?
- Cəhənnəmə ...
Ağzından laxtalanmış qan qusan Nut, qayığın avarlarını əvəz edən ağ ilanların köməkliyi ilə ilkinliyə aparan sona tələsirdi ...
Gecədir, ulduzsuz, aysız. Üfunət qoxuyan bataqlıqda qayıq dayanmadan şütüyür.
- Bu nədir, mən ki qurşağa qədər qan içindəyəm?! Sən kimsən, məni hara aparırsan? Bu nə qandır? Niyə bu qayıqdayam? Hardayam, hara gedirəm ?
Nut köz kimi qızarmış dilini bayıra çıxartdı. Dilinin ucundakı bir çimdik torpaq qabararaq şişib göbəyi kəsilməmiş körpəyə çevrildi, qırışığını aça-aça zarıyaraq dil-ləndi :
- Bu qayıq bizim taleyimizdir. Qan bizim qanımızdır. Biz yaranışdan işığı yox, zülməti seçdik... Biz buludların ayrıldığı, İsanın taxtdan endiyi, İsrafilin suru çalındığı zamana gedirik ...
Qəfil, qaranlıqdan nəhəng, gözəl, cazibədar, uzun saçlı qadın peyda olaraq şığıyıb qayığın uc tərəfində oturdu. Əlləriylə çılpaq bədənini tumarlaya-tumarlaya qayıqdakıları qəmzəli baxışlarıyla süzdü. Gözlərindəki ehtiras insanın ruhunu məst edirdi…Hamı dalmışdı bu mənzərəyə. Birdən qadın gözlənilməz bir çevikliklə Nutun dilindəki körpəni qaparaq uça-uça oxumağa başladı:
Lili lili La Lilit
Lili lili La Lilit.
- O... O qadın kim idi? Bütün bunlar nə deməkdir? Yalvarıram, yalvarıram məni rahat buraxın!
- O qadın Adəmin birinci arvadıdır.
Nutun ağzından bayıra çıxardığı dili - Lat bunu deyib, xüsusi bir avazla qaranlığa səsləndi:
- Ya məşərəlcinni vəl insi inistətətum ən tənfuzu min əqtaris səmavati vəl ərzi fənfuzu. La tənfuzunə illa bisultan.
- Müqəddəs İsa!
…Ay işığı pəncərədən süzülürdü… Pəncərələrdən süzülən ay, kazarmadakı qaranlığın üzünü azacıq işıq-landırırdı. Yatanların fısıltısı , sayıqlamaları eşidilirdi.
- Bu yer... Yox, bu yer mənlik deyil... Bu nə yuxuydu, müqəddəs İsa ?!
O, ətrafa bir daha nəzər salaraq ehmalca yatağından qalxdı. Ayaqlarına toxunan daş döşəmənin soyuqluğunun fərqinə varmadan gözləri ilə pəncərələrdən düşən hamarlanmış ay işığına nəzər salanda beyninə gələn ilk fikri dodaqları pıçıldadı:
- İçərinin havası çox boğunuqdur, gedim bir az bayırda təmiz hava qəbul edim .
Ayaqlarını sürüyə-sürüyə qapıya doğru irəliləyəndə kazarma növbətçisi onu görüb qarşısını kəsdi. Dişlərini ağardıb onu məsxərəyə qoyurmuş kimi soruşdu:
- Əsgər, silahının nömrəsi neçədir ?
- 157 – 158.
- Hə, ağıllanmısan. Bir də unutma! De görək, hara gedirsən, gecəquşu, bəlkə bir az əylənək?
- Hava almağa.
Növbətçi əsgərin kölgəsi gecənin alatoranlığında zəif işıqdan süzülmüş kimi görünürdü. O, sağ əli ilə qurşağının altını sığallayaraq bir də təkrar etdi:
- Səni şey eləyim? Hə? Razısan ?
- Yox, istəmirəm, keyfim yoxdur ...
Növbətçi əsgərə əhəmiyyət vermədən çıxışa tərəf gedəndə zəif tıqqıltı səsləri onun baxışlarını qeyri-iradi olaraq səs gələn istiqamətə yönəltdi. Diksindi:
- Bu nə səsdi?
Həyəcanlanaraq duruxdu... Ürkək addımlarla zirzəminin qapısına yaxınlaşdı. Ürəyi üşünə-üşünə soruşdu:
- Orda kim var ?
- ...
- Orda kimsə var ?!
Böyük bir qıfıl asılmış dəmir qapının arxasından səs eşidildi:
- Həqiqətlər qapı arxasındadır. Yaxın gəl, mən sənə həqiqətləri deyəcəm ...
Gözlənilməz vahiməli qışqırıq, hərbi hissənin yuxuda olan və ya olmayan sakinlərinin tüklərini ürpərtdi. Gecənin qaranlığında gözləri mürgü döyən ay qorxaraq qara buludların arxasında qeyblərə qarışdı ...
2. 48 surəsi
- O, dayanacaqda dayanmışdı, səninlə birlikdə. Yadındadır, əlində qırmızı şar da vardı? Mən ona baxırdım, heyranlıqla təpədən dırnağa kimi süzürdüm. Əynində qırmızı don, saçlarında rəngbərəng kəpənəkli sancaq-lar... Saçlarının ucu qıvırcıqdı. Qırmızı çəkmələri də vardı. Axı sən ordaydın? Onun üzündəki təbəssümü xatırlayırsan? Zil qara gözlərinin içi də gülürdü...
- Başqasını mühakimə etməyin ki, sizi də məhkəmə araşdırmasın. Başqasını necə mühakimə etsən, səni də eyni yolla mühakimə edəcəklər. Hansı ölçüylə ölçsən, səni də eyni ölçü ilə ölçəcəklər. Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? Sənin gözündə tir ola-ola qardaşına necə, "İzin ver gözündəki çöpü çıxardım!" - deyirsən? Ey ikiüzlü! Əvvəl öz gözündəki tiri çıxart, onda qardaşının gözündəki çöpü çıxartmaq üçün daha yaxşı görəcəksən.
Bu sözləri, qara pərişan saçları çiynlərinə tökülmüş, qollarını qoynunda çarpazlamış bir kişi deyirdi. Qaşlarını çataraq gözlərini barmaqlarına zilləyib onları sayırdı. Deyirdi:
- Əbdül, kiminlə danışırsan?
- Mən... Mən özümlə danışıram. Sən kimsən?
- Mən Eynullayam, Allahın gözü...
QIRMIZI surə
Qadının gözlərindən Həvvanın ovuclarındakı buğda dənləri boyda yaşlar süzülürdü. Həkimlər uşağı qurtarmağa çalışırdılar.
- Qadın, saqqalımın ağ dənləri arasında nə gördün? - Özünü Allahın gözü adlandıran dedi.
- Cənnət.
- İndi gözlərimin içinə bax, bax nələr var...
Qadının gözlərinin nuru ən dərin dəryaların dalğaları kimi kükrədi və sanki ildırımlar çaxan qara buludların arasına dalıb getdi. Zil qara dərinliyin içində günah-karları ildırımlar sarmışdı. Onlar, dişləri ilə öz əllərinin ətini yeyirdilər. Öz qanlarını üzlərinə çəkib qışqıraraq:
- Nə xoşbəxt o insana ki, pislərin öyüdü ilə getməz, gnahkarların yolunu tutmaz, ələ salanların arasında oturmaz. Ancaq həzzi Rəbbin Qanunlarından alar və gecə-gündüz onun üzərində dərin-dərin düşünər. Beləsi axar su sahillərinə əkilmiş ağaca bənzəyir, meyvəsini mövsümündə verər, yarpağı heç solmaz. Etdiyi hər işi bacarar. Pislər belə deyil, küləyin sovurduğu saman zibilinə bənzərlər. Buna görə mühakimə ilə ağıllanmazlar, doğrular birliyində yer tapa bilməz günahkarlar. Çünki Rəbb doğruların yolunu güdər, pislərin yolu isə ölümə və əzaba doğrudur! – deyirdilər.
GÜNAHSIZLAR surəsi
- Əgər sən Allahın gözüsənsə, mənim günahkar olmadığımı görmüsən. Mən günahsızam. Mən heç kimi öldürməmişəm.
Əbdül bunu deyib başıyla divarı döyəclədi.
- Allahın gördüyü sənin gördüyün və görəcəklərindir Əbdül. Yeri və göyləri yaradan “O”dur. Hər şeyi görən də “O”-dur. Günahsızam deməyin günahkar olmadığına dəlalət eləmir. O, hər şeyi bilir. Yadına sal Əbdül, üzünü Qibləyə tutub hansı hekayəti nəql edirdin? Və nə üçün nəql edirdin? De, Əbdül, de ki, - Başınıza and içməyin. Çünki, saçınızın tək telini belə nə ağ, nə də qara etmək iqtidarında deyilsiniz. "Hə"niz hə, "Yox"unuz yox olsun. Bundan artığı şeytanındır...
116 – 117 surəsi
- Mən silahı təmizləyib güllələri darağa yerləşdirdim... Sonra darağı silaha qoydum. Sonra bütün əsgər yoldaşlarımı qışqıran gördüm. Onların gözləri bərəlmişdi. Əllərindəki silahlar ağ ilanlara çevrilmişdi. Mənimkindən başqa. Birdən ilanlar qanadlanıb uçmağa başladılar. İlanlar uçuşurdular... Qəfil tükdən də nəzik bir səs qulaqlarımı batırdı, göydə uçuşan ağ ilanlar öldü. Əsgər yoldaşlarım yerin dibinə batdılar... Başımı qaldırıb göyə baxanda günəşi qan-qırmızı rəngdə gördüm... Buludlar qaralıb lopa-lopa torpağa tökülürdü, adam boyu boyda qara yağış yağırdı... Mənsə eləcə dayanmışdım... Əlimdə silahım... Məndə hər şey qaydasındaydı. Bilirsiniz, qorxurdum, ürəyim əsirdi. Amma nədənsə mənə elə gəlirdi ki, sanki bütün bu olanlar olmalıymış . Elə bil mən baş verən bütün bu hadisələri lap çoxdan gözləyirdim.
- Siz, dörd əsgər yoldaşınızı öldürmüsünüz, yeddisini isə yaralamısınız.
- Mən heç kimi öldürməmişəm, cənab təhqiqatçı…
- Yaxşı... Siz, Klaudyo Şimidlinin əsgər yoldaşlarınızı gülləbaran etməyinizdən bir neçə gün əvvəl baş verən müəmmalı ölümünü xatırlayırsınız mı?
- Hə... O ölməmişdi, yanında da biri vardı... Onları zirzəmidə gördüm. Əsgər yoldaşım Klaudyo Şimidlin tanımadığım biri ilə yanaşı dayanmışdı. Naməlum adam lütüryan idi. O, şəhadət barmağından axan qanla divara nəsə yazırdı. Nə yazdığını başa düşmədim, qəribə bir yazıydı. Klaudiyo Şimidlin onun yazdıqlarını oxuyurdu. Sonra o, yazıların altından rəqəmlər yazdı. Hə, mən o yazıları gördüm, mən o rəqəmləri xatırlayıram ... 1 , 5 , 7 , 1 , 5 , 8 ...
- O nə yazırdı, bu necə bir yazı idi? Hansı hərflərlə yazırdı? Xatırlamağa çalışın!
- O hərfləri ilk dəfə idi ki, görürdüm. Hansı dildə olduğunu bilmədim. Amma rəqəmlər elə bizim istifadə etdiyimiz rəqəmlər kimiydi. Şimidlin “Qalx!” komandasından əvvəl oyanmışdı. Mən kazarma növbət-çisiydim. Hava almaq üçün bayıra çıxanda zarafatca silahının nömrəsini soruşdum. O da mürgülü-mürgülü silahının nömrəsini dedi: 157–158. Sonra mən ona təmiz hava qəbul etmək üçün bayıra çıxmağa izn verdim. Ayaqlarını sürüyə- sürüyə çıxıb getdi. Ancaq çox keçmədən dəhşətli bir qışqırtı eşitdim. Qorxdum... Sonra anladım ki, bu səs Şimidlinin səsidir. Kazarmanın çölə açılan qapısına tərəf qaçanda, zirzəmiyə düşən dar pil-lələrin nura boyandığını gördüm. Sonra... Sonra zirzəmiyə endim. Orda dəmir qapı olmalıydı... Üstündə böyük qıfılı olan dəmir qapı... Mən o qapını dəfələrlə görmüşdüm. Üstündəki köhnə böyük qıfılı da... Amma indi nə qıfıl var idi, nə də dəmir qapı. Zirzəmidən göz qamaşdıran işıq süzülürdü bayıra. İçəri boylananda naməlum adam şəhadət barmağından axan qanla divara oxuya bilmədiyim yazılar yazırdı. Sonra növbətçi rəisə gördüklərimi məruzə etmək üçün geri dönüb getmək istəyəndə ayağım ilişdi və yıxıldım... Bu dəhşətli idi... Şimidlin zirzəminin girişində yerə uzanmışdı, gözləri bərəlmişdi, ağzından köpük axırdı ... Qorxudan qışqırıb hamını oyatmaq, hamını səsləmək istədim, səsim boğazımda düyünləndi. Sonra ... Sonra bütün gücümü toplayıb var quvvəmlə qışqırdım... Göz qamaşdıran işıq yox oldu. Qapı da, qapının üstündəki köhnə qıfıl da yerindəydi...
Danışdıqca gözləri, üzü, daha da məsumlaşırdı. Titrəyən barmaqları gömgöydü. Hərdənbir dərinliyə dalıb yox olan gözləri göz qapaqlarının altından təhqiqatçı xanımın boynundan asdığı xaçda ilişib qaldı. Xəstənin halı dəyişdi. Sol gözü qıyıldı. Üzünün sol yanağı əsməyə başladı. Ağzını geniş açan xəstə sanki boğulurmuş kimi dərindən nəfəs aldı. Xanım təhqiqatçı cəld ayağa qalxıb həkimləri səsləmək istəyəndə 116 saylı ruhi xəstəxananın 117 nömrəli palatasında bayaqdan onun suallarına təmkinlə cavab verən B. S. qəfildən təhqiqatçının qolundan tutaraq xahiş etdi:
- Lütfən, həkimləri çağırmayın, mənə diqqətlə qulaq asın.
Təhqiqatçı miss Jasmin Qrandval qorxduğunu biruzə verməyərək dilləndi:
- Buyurun, mən sizi dinləyirəm, amma bir az sakitləşməyə çalışın. Zəhmət olmazsa, qolumu buraxın, yerinizə əyləşib sakitcə danışın.
B.S. titrəyən dodaqlarını miss Jasmin Qrandvalın sağ qulağına yaxınlaşdırıb pıçıltıyla dedi:
- Ey Məryəm oğlu İsa! Sənmi insanlara demişdin - Allahla yanaşı, məni və anamı da özünüzə Tanrı bilin? İsa cavabında deyəcək, sən pak və müqəddəssən, haqqım çatmayan sözü söyləmək mənə yaraşmaz! Əgər mən bunu demiş olsaydım, mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən. Mən isə sənin zatında olanları bilmirəm. Şübhəsiz, qeybləri bilən ancaq Sənsən! Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: - Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!
İ.EVA surəsi
- Mən gedirəm. Yeni gələn xəstəni bir an belə nə-zərinizdən yayındırmayın.
Baş həkim bunu deyə-deyə kabinetinin qapısını kilidləyib, iri addımlarla dəhlizin sonundakı liftə doğru getdi. Aşağıda, çıxışdakı pilləkənlərə çatanda dayanmaq qərarına gəldi. Dayandı və üzünü göylərə tutub baxdı. Düşünürdü... Fikirləri dağınıqdı..
Şəxsi avtomobili ilə döngədən çıxan baş həkim, işıqforun qırmızı işığını görüb qəfil əyləcə basdı. Qarşı-dakı dayanacaqda qırmızı donlu, saçlarında rəngbərəng kəpənəkli sancaqları olan qırmızı çəkməli qızcığaz sağ əli ilə anasının sol əlini tutub sol əlindəki qırmızı şarı yelləyirdi. Onun üzündə gözəl bir təbəssüm vardı. Zil qara gözlərinin içi də gülürdü...
Baş həkim İ. Eva üzündə xəfif bir təbəssümlə qızcığazı seyr edirdi. Onu bu gözəl mənzərədən arxadan eşidilən siqnal səsləri ayırdı.
Dayanacağın qarşısından keçənə kimi nəzərlərini sevimli qızcığazdan yayındıra bilmədi. Birdən, eşitdiyi küt zərbə səsi və qorxunc qışqırıq, onu dəhşətə gətirdi. Bütün diqqətini sərf edərək nələrin baş verdiyini anlamağa çalışırdı. Gözlərinin gördüyünə hissləri aciz idi. Avtomobilinin çat-çat olmuş ön şüşəsi və havada uçan qırmızı şar...
Qorxudan saçlarının ucu belə tir-tir əsən baş həkim qışqırmaq istəyirdi, ancaq qışqıra bilmirdi. Dili kələkötür bir şəkildə qəribə sözlər deyirdi:
- Və ya uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin hekayətini bilmirsənmi? O demişdi:
“Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra da dirildib dedi:
“Nə qədər qaldın?” O dedi: “Bir gün yaxud bir gündən də az qaldım!” Allah dedi: “Əksinə, sən yüz il qaldın.
Yeməyinə və içdiyin suya bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük”. Ona həqiqət bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!”.
Bu sözlər ona tanış olsa da, baş həkim İ. Evanın beyni qulaqlarını dinləmək istəmirdi. Nəhayət qəribə sözləri bitirən dil, bağlandığı yerdən açılıb sahi¬binə qaytarılan kimi əzablı bir şəkildə dedi:
- Mən qızcığazı öldürdüm...
Sonra boğulmamaq üçün dərindən nəfəs alan baş həkim bütün gücünü toplayaraq var qüvvəsi ilə yenidən qışqırıb yenə dedi:
- Mən qızcığazı öldürdüm!
- Xanım! Xanım! Xanım, məni eşidirsiniz?
Bu sözləri kənardan avtomobilə boylanan ortayaşlı bir kişi deyirdi.
- Xanım, siz yaxşısınız? Sizə necə kömək edə bilərəm?
- Hə... Yox, yaxşı deyiləm, mən qızcığazı...
Baş həkim qızcığazı öldürdüyünü demək istəyirdi ki, birdən gözləri avtomobilinin zərər görməmiş ön şüşəsinə sataşdı. Çaşdı. Üzünü ona yardım etmək istəyən kişiyə tutdu:
- Siz mənim avtomobilimi idarə edə bilərsinizmi? Ruhi Dispanserə getmək istəyirəm.
Bu sözlərdən sonra əl-ayağı əsən həkim İ. Evanın üzünü qəribə bir təbəssüm bürüdü və bu təbəs¬sümün ardından o, göz¬yaşlarını saxlaya bilməyərək, içini çəkə-çəkə ağladı.
Qarşılaşdığı hadisəni beynində vurub-çıxan, özü üçün aydınlaşdırmağa çalışan kişi, əndişəli görünürdü.
Avtomobilin qapısını nəzakətlə açaraq həkimə yol verdi. Baş həkim əsə-əsə avtomobildən enəndə, kişi soruşdu:
- Bəlkə mən birbaşa evinizə sürüm?
- Yox, yaxınlıqdakı ruhi xəstəliklər dispanserinə... Ora daha yaxşıdı ...
BATAQLIQ ÇİÇƏYİ surəsi
- Yəni bütün hadisələr, artıq ruhi xəstə olduğu həkimlər tərəfindən də təsdiqlənən B.S-nin söylədiyi kimi, zirzəmiylə bağlıdır?
- Bu gəncin keçmişi təmizdir.
Ömründə bir dəfə də olsun məhkum həyatı yaşamayıb. Narkotik aludəçisi də deyil...
Hərbi hissədə baş verənlər bir çox vəzifəlilərin həyatını zəhərlədi. Hərbi hissə komandiri və digər vəzifəlilər vaxtından əvvəl istefa verməli oldular. Yuxarı dairələr və hərbi tribunal bütün bu olanlara görə əsgər B. S-ni günahlandırırdılar. Bəs zirzəmi? Axı, nədən uzun illər bu zirzəminin qapısı bağlı qalıb? Sanki belə bir yerin mövcudluğundan hamı xəbərsizmiş...
Ən maraqlısı isə əsgər B. S-nin müqəddəs İsayla bağlı söylədikləridir. Bəs onun cəfəng uydurmaları? Ağ ilanlar, Şimidlinin silahının nömrəsini şəhadət barmağından axan qanla divara yazan zirzəmidəki lüt kişi ...
Bütün bunlar nə deməkdir? Mən zirzəmini ən azından 20 dəfə araşdırmışam, amma orda quru torpaqdan, soyuq divarlardan başqa heç nə yoxdur ...
Miss Jasmin Qrandval öz-özünə verdiyi sualların içində boğulurdu. O, hərbi hissənin həyətində gəzişirdi.
Dərin düşüncələrə qapıldığından gecənin düşdüyünü hiss etməmişdi. Və yalnız indi nəzərlərini yerdən çəkib başını qaldırdı. Sinəsində çarpazladığı qollarını yorğun halda yanına salıb, ətrafa göz gəzdirdi.
Gördüyünüz göyləri dirəksiz olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan, müəyyən vaxta qədər dolanan Günəşi və Ayı ram edən, bütün işləri yoluna qoyan, işarələri müfəssəl izah edən Allahdır. Rəbbinizlə qarşılaşacağınıza, bəlkə, inanasınız?!
ADƏM surəsi
Ruhi dispanserin qarşısında avtomobildən endi, onu gətirən kişiyə əhəmiyyət vermədən dispanserin pilləkənlərini cəldliklə qalxıb, qapını açdı və içəriyə daxil oldu. Onu görən mühafizəçi ayağa qalxdı:
- Salam İ. Eva xanım.
Eva, mühafizəçinin salamına fikir vermədən:
- Mühafizəçi, ardımca gəlin! – dedi.
- Alçaq, əclaf, murdar! Sən mənim əsəblərimlə oynayırsan, sən məni dəli etmək istəyirsən? Yox, sən bunu bacarmayacaqsan! Sən adi psixsən, sən özünü dəliliyə vuran gicin birisən!
Baş həkim İ. Eva əsəblərini cilovlaya bilmirdi. Xəstə isə, üzünü divara çevirib dodaqlarının altında nə isə pıçıldayırdı. Birdən ucadan:
- O hər şeyi görür və bilir! –dedi.
- Kim! Kim nəyi görür, nəyi bilir, gic, axmaq? Sənin cəfəng uydurmaların və ağzına gələni danışmağın məni lap təngə gətirib. Mən səni it kimi gəbərdəcəm. Cəhən-nəm ol get həbsxanada çürü!
- Siz bilmirsiniz, amma o hər şeyi bilir
- Xəstə bu sözləri sakit bir tərzdə pıçıldadı.
- Kim?
- Allahın gözü...
Ortalığa dərin sükut çökdü. Mühafizəçi çaşqınlıq içərisində həkimə baxaraq, sanki demək istəyirdi: “Mən nə etməliyəm?”.
Baş həkim İ. Eva gözlərini döşəməyə dikib düşünürdü və bu cəmi iki dəqiqə belə davam etdi. Sonra öz-özüylə danışırmış kimi dodaqlarının altında bu sözləri deməyə başladı:
- Yox, mən izn vermərəm ki, sən məni öz təsirin altına alasan. Mən izn vermərəm ki, sən məni də öz oyunlarına alət edəsən. Yox!
Birdən o üzünü xəstəyə çevirib baxışlarını gözlərinin içinə dikdi:
- Yox!
Xəstə isə dodaqlarına hardansa məlahətli bir təbəssüm qondurmuşdu:
- Xanım, Allah böyükdür! Allahın gözü hər şeyi görür və Allah bilir. Siz ona inanmalısınız. Mən sizin üçün bir dəliləm. Mən tövbə etdim siz də tövbə edin! Deyin, deyin ki, başınıza and içməyin. Çün ki saçınızın tək telini belə nə ağ, nə də qara etmək iqtidarında deyilsiniz. "Hə"-niz hə, "Yox" -unuz yox olsun. Bundan artığı şeytanındır.
Həkim İ. Eva əsəblərini cilovlaya bilməyib dəli kimi qışqırdı:
- Rədd ol! Sən də, sənin Allahın da! Mən başıma yox, Hippokrata and içmişəm. Mən sənin Allahına yox, Hippokrata inanıram!
60-cı surə
Qaranlıqda yaşayan xalq böyük bir işıq gördü. Ölümün kölgələndirdiyi diyarda yaşayanların üzərinə ışıq doğdu...
Təhqiqatçı xanım bu gün ruhi xəstəxanadan birbaşa hərbi hissəyə yollanmışdı. Bir neçə əsgər və zabiti yenidən dindirmiş, zirzəminin altını üstünə çevirmişdisə də heç bir nəticə əldə etməmişdi . Jasmin Qrandval ətrafa göz gəzdirəndə özünü kazarmanın girişi önündə gördü. Qəti addımlarla kazarmaya daxil olub ayaq üstə mürgüləyən növbətçi əsgərin yanından keçdi, zirzəmiyə enən pillələrin önündə dayandı. Gözlərindəki yenilməzlik ifadəsiylə köhnə dəmir qapıya meydan oxuyurdu. Sol əlinin barmaqlarıyla boynundan asdığı xaçı bərk-bərk dodaqlarına sıxıb öpdü:
- And olsun bu müqəddəs xaça! And içirəm ki, mən bu işi sona çatdıracam! Bütün bağlı düyünləri açacam!
Bir dəqiqə sonra gözlərində qəzəb zirzəminin ortasında dayanıb sağa-sola baxırdı. Ucadan dediklərinin divara dəyib qayıdan sədasını aydınca eşidirdi:
- Axı burda nə var? Hanı divardakı qanlı yazı?! Hanı o naməlum adam, hanı?! Hardasan, çıx ortaya?! Eşidirsən? Mən həqiqətləri bilmək istəyirəm !
Eşitdiyi səsdən diksindi:
- Mən sizə həqiqətləri deyəcəm, miss Jasmin Qrandval! Şübhəsiz ki, bunlar sənin Rəbbin tərəfindən olan həqiqətdir. Ona görə də şübhə edənlərdən olma!
İLĞIM surəsi
Xəstənin yanından ayrılan baş həkim İ. Eva, öz kabinetinə keçib sakitləşdirici həb atdı. Oturub kresloya yaslandı, dərindən nəfəs alıb gözlərini yumdu. Tamamilə sakitəşdikdən sonra masanın üstündəki telefonun dəstəyini qaldırıb 25-15-i yığdı, “Mühafizəçilərdən birini yanıma göndərin!” - dedi.
Xəstənin ruhsal durumunun qənaətbəxş olmasıyla bağlı yazdığı sağlamlıq haqqında arayışı mühafizəçiyə verib, şəhər prokurorluğuna çatdırmasını xahiş etdi.
Baş Həkim İ. Eva evinə çatdıb qapını açmaq istəyirdi ki, içəridən musiqi səslərinin gəldiyini eşidib bir anlıq durdu. Ehmalca dəstəyi çevirdikdə, qapının açıq olduğunu gördü. Əlini telefonuna atıb, polisə zəng etmək istədi. Ancaq fikirindən daşınıb xəstəxananı yığdı:
- Mən baş həkim İ. Evayam, dört nömrəli palatadakı xəstə Əbdülün vəziyyəti necədir? Təcili şəkildə məni məlumatlandırın, dəstəyi asamayın, nəzarət kamerasından xəstəni ötəri yoxlayın. Bir az tez olun!
İ.Eva təşviş içərisində idi. Düşünürdü, bəlkə xəstə dispanserdən qaçıb, necəsə qapını açıb, evə daxil olub? Əgər belədirsə, necə olacaq? Birdən, sonra həbsxanadan da qaçdı? Lənətə gəlmiş dispanser!
Həkim İ. Eva çox qorxurdu. Öz-özünə:
- Deməli, belə, - deyirdi. - Mən yavaşca qapını açıram və sonra içəri daxil oluram. Ayaq barmaqlarımın ucunda astaca, lap astaca mətbəxə girib bıçağı götürürəm. Daha sonra isə bu axmağın payını verirəm. Vəssalam! Yox, təcili polisə zəng etmək lazımdır. Həkim İ.Evanı bütün bu qara fikirlərdən telefonundan eşidilən səs ayırdı.
- Xanım İ. Eva. 4 nömrəli palatadakı xəstə yerindədir və hər şey qaydasındadır. O...
Həkim İ. Eva mühafizəçinin sözünü yarımçıq qoyub polis bölməsinə zəng vurdu.
- Alo, 2 saylı şəhər polis idarəsidir?
- Bəli.
- Zəhmət olmasa, şəhər T.B. küçəsi, mənzil 259-a polis göndərəsiniz. Evimə şübhəli şəxs daxil olub.
İ. Eva yaşadığı evdən təxminən 200 metr aralıdakı parkda gərgin bir şəkildə sağa-sola gəzişirdi. Tez-tez saata baxıb dəqiqələri sayirdi. 8 dəqiqə tamam oldu. Görəsən polislər mənzilə çatdımı? Bu da 9 dəqiqə. Hələ çatmayıblar, çatsaydılar, mənə zəng vurardılar. Ancaq mənə zəng vurmazdan əvvəl gərək evimə girən əclafı tutmaq üçün xüsusi əməliyyat keçirsinlər. Çox güman ki, bundan sonra mənə zəng edərlər. Görəsən evimə girib belə arxayınlıqla musiqi dinləyən hansı axmaqdır?
Birdən telefonunun zəngi eşidildi:
- Eşidirəm, buyurun.
- Siz, bir az əvvəl evinizdə şübhəli şəxsin olmasıyla bağlı polis bölməsinə müraciət etmişdiniz. İndi hardasınız?
- Mən... mən parkdayam. Mənzilin yaxınlığında dayanıb sizi gözləməyə qorxdum.
- Zəhmət olmazsa, evinizə gedin, polislər mənzilinizin qapısı önündə sizi gözləyirlər.
- Mən elə indicə gedərəm. Ancaq siz deyin görüm nə baş verir?
Polis astadan gülərək:
- Heç nə, elə qorxulu bir şey yoxdur. Siz evinizə gedin, - deyə cavab verdi.
- Oldu.
İ. Eva 200 metrlik yol boyu azı 20 dəfə dayanıb öz-özünə deyindi: “Nəsə olub? Axı nə baş verir? Bəlkə o dispanserdən qaçıb gəlib mənim evimdə intihar edib? Yox, yox, bu ola bilməz, axı mənə dedilər ki, dispanserdə öz palatasındadı?! Bəlkə ona çöldən kimsə kömək edir? Polis nə üçün telefonda elə şübhəli gülürdü?”
Baş həkim İ. Eva bloka daxil olub tələsik addımlarla ikinci mərtəbəyə qalxdı. Biri zabit olmaqla, 5 polis mənzilinin qapısı önündə dayanmışdı. Hamısının üzündə təbəssüm vardı. Polis zabiti həkimi salamladı:
- Xanım İ. Eva necəsiniz? Ümid edirəm ki, işlərinizin çoxluğundan yorğunsunuz və buna görə belə bir anlaşılmazlıq baş verib.
- Necə anlaşılmazlıq? – həkim İ. Eva çaşqınlıq içində soruşdu.
- Bizi həyətdə bir qızcığaz qarşıladı.
- Hansı qızcığaz?
- Qırmızı donlu, qırmızı çəkməli və saçında rəngbərəng kəpənəkli sancaqları olan balaca qızcığaz, - polis gülümsəyə-gülümsəyə əlavə etdi. - Dedi ki, siz yarım saat əvvəl evə gəlmisiniz və sonra qəfildən evdən çıxaraq, açarları qapının üstündə qoyub getmisiniz.
Baş həkim əsəbiləşdi:
- Siz elə bilirsiniz ki, mən dəlixanada işlədiyimə görə dəli olmuşam?
- Xeyr, biz düşündük ki, siz yəqin yorğunsunuz... Açığı, biz anlamırıq nə baş verdiyini. Amma o uşaq bizə elə dedi.
Polis zabiti özünü itirdi və azacıq qızardı. Sonra özünü ələ alıb, vəziyyətə aydınlıq gətirdı:
- Biz mənzili yoxladıq, evdə şübhəli heç nə yoxdur. Nə ayaq izləri var, nə də başa bir şey. Televizoru isə açıq qoymusunuz.
Baş həkim İ. Eva qaşlarını çatdı, amma yenə də polislərə təşəkkür edib onları yola saldı.
YƏHUDA surəsi
- Mən sizə həqiqətləri deyəcəm, miss Jasmin Qrandval.
Təhqiqatçı nəfəsini udub eşitmə regeneratorunu səs gələn istiqamətə yönləndirdi. Naməlum adam təxminən dörd addımlıq məsafədə onun arxa tərəfində dayanmışdı. Jasmin başını yavaş-yavaş sağ çiyninə tərəf döndərib geri çevrildi. Onunla üzbəüz uzun boylu, lüt-üryan naməlum kişi dayanmışdı. Zəncirini sağ əlinin şəhadət barmağına keçirib salladığı xaça baxırdı .
- Bu əşya sizə məxsusdur, miss Qrandval.
Jasmin Qrandval sol əlini üşünə-üşünə sinəsinə çəkəndə başa düşdü ki, yad adamın şəhadət barmağından sallanan ona həyat yoldaşından yadigar qalan müqəddəs gümüş xaçlı boyunbağıdır. Özünü birtəhər ələ alan Jasmin Qrandval udquna-udquna dilləndi:
- Siz kimsiniz?
- Mən İsanı 30 axçaya satan günahsız Yəhudayam. Cismi Allahın izni ilə İsaya bənzədilən cahil insanların çarmıxa çəkdikləri Yəhuda İskaryot.
Özünü Yəhuda İskaryot adlandıran şəxs bu sözləri dedikdən sonra sağ əlinin şəhadət barmağına zəncirini keçirib salladığı xaçı kinayəli bir şəkildə gülümsünərək yerə atdı. Jasmin Qrandvalın şiddətlə döyünən ürəyi dilini lal etmişdi. Onun qorxu dolu baxışları Yəhudanın müqəddəs xaçlı boyunbağını sürüşdürərək yerə atan sağ əlinin şəhadət barmağına zillənmişdi. Barmağın ucundan qan süzülürdü. Yəhuda divara yaxınlaşaraq barmağından axan qanla yazmağa başladı. Sonra üzünü Jasminə tutub dedi:
- Sənə hikmət verildi. Oxu!
Jasmin Qrandval ömründə birinci dəfə gördüyü hərflərlə yazılmış yazını xüsusi bir avazla oxumağa başladı:
- Onlar, “Məryəm oğlu İsa Məsihi öldürdük”, dedilər. Halbuki, onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Bu, onlara belə göründü. Bu barədə fikir ayrılığına düşənlər şəkk-şübhə içindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə, onlar İsanı öldürməmişlər. Allah onu öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah qüvvət və hikmət sahibidir.
II hissə
RƏQS surəsi
AYƏT (S)
Deyirlər mistiklər zamanda seyr edən, zaman-məkan hududlarını aşan, varlığın gerçək təbiətinə nüfuz edən tanrısal ruhlardır. Məncə, zamanda seyr yox, zamanda rəqs edən,"mən"ini unudan elə Tanrının özü olan sirr sahibləridir mistiklər, aydınlaşmışlar. Ümumiyyətlə, varlığın əsasında duran hərəkət məfhumu elə anlayışdır ki, var olmaq yalnız onunla mümkündür. Tanrı deyilən ideya varlığın özünü təşkil edən, daimi hərəkətdə olan, rəqs edən enerji bütünüdür.
AYƏT (Z)
Dünyanı və özünüdərkin metodlarından birinin də rəqs olması fikrimcə buradan qaynaqlanır. Sufi dərvişlər onunçün rəqs edirlər ki, rəqs zehni dayandırıb ruhu dövrəyə qoşur və insan bu zaman əslinə - Tanrılığına, Özünə qayıdır. Bununla da gerçək halına qayıdan insanlar yaşadıqları cəmiyyətin qanunlarına tərs düşən atmosferdə yaşayır və cəmiyyət üçün qəribə, hətta dəli kimi görünürlər - Həllac, Şibli, Şəms və s kimi. Fiziklər də təsdiq edərlər ki, əyrixətli hərəkət kainatda əsas hərəkət növüdür və bu da məncə, varlığın rəqs edərək mövcudluğu deməkdir, Tanrının elə rəqs olması deməkdir. Bu o rəqsdir ki, onun musiqisi insan varlığının qəlbində köklənmişdir. Məhz o musiqini duyanlar, o rəqsi edənlər kamillik zirvəsinə yetişmiş ariflərdir. Tanrı rəqs edir və bu rəqs dalğalanaraq görüntülər ortaya çıxarır. Təsəvvüfdə buna "Elmi surətlər" deyilir ki, deməli, var olan hər şey ruhi rəqsin təcəllisidir - vahid olanın müxtəliflikdə ortaya çıxan təkliyidir.
AYƏT (O)
Bu səbəbdən torpaq da, su da, od da, hər cür bütün özü belə ibadət ediləcək müqəddəslik anlamı daşıyır. Bu təsəvvüfdə "Zahir də Odur, Batin də" deyimi ilə səsləndirirlər.
AYƏT (X)
Görüntüləri olan və ya olmayan bu rəqsin ən böyük sirri odur ki, onun musiqisi qeyri-müəyyən qanunlara, qeyri-müəyyən ahəng sisteminə malikdir. Varlığın hər atomu, elementar zərrəciyi və antimaddəsi belə bu tanrısal ruhun qeyri-müəyyən rəqsinin müəyyən kimi görünən təcəllisidir. Əbəs yerə Kvant fizikasının ən mühüm qanunlarında biri "Qeyri-müəyyənlik prinsipi"adlanmır. Yəni, artıq "zərrə küllün aynasıdır" ideyası mistikadan elmə gəlir. Böyük sufi Əbdülkərim Cilli bu barədə: "Tanrı aləmin zərrələrində açığa çıxmışdır, buna görə haqqın açığa çıxdığı hər varlığa tapınmaq gərəkdir", - kimi deyimi bizə qədim sivilizasiyaların tanrını hər cür formada - heyvan, daş, su, ağac və s. təsvir etmələrinin açarını verir.
AYƏT (◊)
Əslində varlıqda bu açığaçıxmanın, bu ruhi rəqsin insanda özünü göstərməsi bütün zamalarda gizli saxlanılmışdır. Məhz buna görə də gizli öyrətilərdə Tanrı hər zaman dişi-qadın kimi təsvir və təfsir edilmişdir. Qadınlar Tanrının ən müdhiş və kefli şəkildə rəqs etdiyi ruhi sahədir. Çünki yaranışı təkrarda, seksual həzzdə, dərketmənin intiusiya növünə üstünlükdə məhz qadın varlığında özünü daha çox biruzə verir ki, əslində burada seksual həzz alan da, yaranışı təkraralayan da məhz - Rəqqasə Tanrıdır. İslamda bir deyim var: "Tanrı qısqancdır" Doğrudur, çünki “O” özündən başqa heç kəsdən həzz alınmasına razı olmur və qadınların timsalında özü həzz alan kimi daim mövcuddur.
AYƏT (Z)
Hindlilərin Tanrıya KRİŞNA- yəni, ən böyük həzz alan demələrinin də mənası heç şübhəsiz bununla bağlıdır. Çünki bütövlük bir-birindən heç bir notunun ayrılması mümkün olmayan Tanrı Rəqsidir. Məhz buna görədir ki, dahi sufi mürşidi İbn Ərəbi "Qadın-kişi münasibətlərindən, yəni qucaqlaşmasından, böyük qovuşma yoxdur" deyirdi. Bəli, Tanrı insanın ondan başqa bir şeylə ləzzət almasını çox qısqanır və onun üçün də qadın surətində təkrar özünü həzz mənbəyi edir. Əslində Krişnaçıların dediyi kimi, ən böyük həzz alan Odur. Və buradan da bizə seksual enerjinin dönüşdürülməsi ilə Aydınlanmaya gedilən yolun kodu açılır. Tanrı ən mükəmməl şəkildə qadın varlığında rəqs etmiş və özünün müqəddəs ucalığını da kişi tərəfinə onda göstərmişdir. Hətta İbn Ərəbi kimi böyük sufi filosofu Məhəmməd peyğəmbərin qadınlara olan sevgisinin altında bu sirrin dayandığını deyirdi. Çünki Tanrı qadında çox mükəmməl şəkildə müşahidə edilməkdədir. Fərqinə varsaq da, varmasaq da içimizdə Tanrısal - ruhi rəqsin ən coşqun anı ehtiras anıdır. Seks Tanrısallıqla rəqsdir.
AYƏT (L)
Əslində Tanrı dərk olunmaqçün yox, o sirrin, o ehtirasın içində məst olmaqçün vardır ki, sufilərin sərxoş adlananları da, məhz bu zirvədədirlər. Hər kəs bu həqiqəti yaşamış, amma fərqinə varmamışdır ki, ehtirasın ən yüksək anında insan şüuru dayanır və yalnız təmiz ruhi bir hal içində, şüursuzca ruhun qeyri-müəyyən rəqsi başlayır və bu rəqs vasitəsi ilə hər an özünün dərkedilməz varlığını nümayiş etdirir. Nə üçün sufilər Leyli və Məcnun dastanından belə çox bəhs edirlər? - Əsərdəki Leyli heç şübhəsiz qadın simvolu ilə verilmiş Tanrı ideyasıdır. Yaxud Şəms Təbrizinin "Uca Tanrım məni o qədər sevir ki, istədiyim şəkildə yanıma gəlir və bu an da Kimya xatun (Şəmsin qadını) şəklində gəldi" deməsi də eyni sirrə işarə edir. Bütün bunlar Tanrının qadın olması anlamına gəlmir, əksinə, var olan bölünməz bir tam olduğundan, dərketmə üçün bir şey o birinə sadəcə körpü və ya qapı rolunu oynayır. Bir qadınla sevişərkən əslində Varoluşun özü ilə sevişirsən. Yəni bunlar Bütövlüyün bizə oynadığı ilahi rəqsdir, Tanrının Rəqsi...
Həzrəti Müəllif
YUXU surəsi
- Deməli, deyirsiniz ki, qadın sizə, “Həqiqəti açıqca görməyəcək qədər koruq. Bir şey olduğu və durduğu yerdə deyil. Bir şey olmadığı və heç bir zaman da olmayacağı yerdə yalnız görüntüdür. İnsanlar bu sehrlə yuxunun içində yuxu görürlər” - dedi.
- Hə, eyni ilə belə dedi.
- Siz, 4 yaşlı qızı əzib keçmisiniz. Və bu hadisəni törədəndə bilməmisiniz ki, həmin qızcığaz, 5 il əvvəl sizinlə ünsiyyətdə olan Lamianın qızıdır. Siz, 5 il əvvəl Afinada tanış olduğunuz Lamia ilə yaxın münasi¬bətdə olmusunuz. Sonra isə işləmək üçün bura, Almaniyaya gəlmisiniz. Lamia isə, siz bura gələndən təxminən 7 ay sonra uşaq dünyaya gətirib. O uşağın atası sizsiniz. Həmin uşağı Münhen sakini “Qırmızı Xaç” xeyriyyə cəmiyyətinin üzvü həkim Rudolf iki il əvvəl Afinadakı uşaq evlərinin birindən övladlığa götürüb özüylə bura gətirib. Lamianın hamilə olmasından xəbəriniz vardı?
- Xeyr...
Əbdül, eşitdiklərinə inanmaq istəmirdi. Axı bu necə ola bilər?! O, bir vaxtlar dəli kimi sevdiyi Lamianı çox axtarsa da, barəsində heç bir məlumat əldə edə bilməmişdi. İndi Əbdülü öz vicdanı mühakimə etməyə başlamışdı. Əvvəl onun dişləri bir-birinə dəyməyə başladı. Sonra isə, bədəninin od içində tutuşduğunu hiss elədi. O hələ məsələnin nə yerdə olduğunu tam anlamasa da, xatırlayırdı.
ŞAMAEL surəsi
Yaxşı yadımdadır. O deyirdi, “Əbdül, bu əla əhvalatdır, bunu yaz”.
Mən o vaxt dəhşətli yuxular görürdüm...
O, lüt-üryan gecənin qaranlığında ətrafına şəhvət işığını saça-saça nazla yeriyirdi... Hamı ona baxırdı... Ay, gecə, zülmət, ulduzlar, küçə və mən. Onun gözlərinin ucunda göylər, dodaqlarının od təbəssümündə baş döndürən ehtiraslı bir nəğmə var idi. O, həzin bir musiqini dodaqlarının altında zümzümə edərək, zülmətin ənginliyində gözdən itdi...
Bədəninin bütün əzalarını, onu sonuncu dəfə görən hər kəs barmaqlarının ucu ilə tək-tək incələmişdi...
Gecənin qaranlığında, sakit küçədə bəzən adam öz ayaq səslərindən də qorxur, bu çox vaxt belə olur. Soyuq pivə və ayaqqabılarımın asfalt yola çırpılaraq çıxardığı səslər. Düşünürəm ki, lap indicə qarşıdakı döngədən qoca Xaron çıxacaq və arxamca sürünən kölgəmi özü ilə yeraltı dünyaya aparacaq. Yox! Bu mümkün deyil, axı mən ölməmişəm?! Bəlkə bu yol elə birbaşa Tartara gedir və mən yüz odsaçan pəncələrə sahib Titi ilə qarşılaşacam. Yox, bu da mümkün deyil. Lənətə gəlmiş yol, mənim lənətə gəlmiş uçuq-sökük balaca komama gedib çıxır ki, mən həmin koma üçün sifəti əxlaqsız qadınların qırmızı dodaq boyasına bənzəyən altmış yaşlı qocaya kirayə haqqı ödəyirəm. Necə ödəyirəm? Hansı pulla ödəyirəm? Və ya pulu hardan qazanıram?
Ədəbiyyat portallarının özündənrazı redaktorlarına min bir minnətlə, qədim miflərdən, əsatirlərdən uydurduğum hekayələri elektron poçtla göndərirəm və bunun nəticəsində qolu qanadı qırılmış qonorarlar alıram.
Yaxşı ki bu gün bu səfeh şairlə qarşılaşdım, əla bir ziyafət oldu. Adam biznesmendir, həyatın dadını çıxarmağı bacarır. Varlı təbəqədə vüsət alan şeir yazmaq, mahnı bəstələmək kimi ədabazlıqları heç cür anlaya bilmirəm. Yazmaq əzab istər, iç narahatlığı istər. Görəsən bu ədabazların içində hansı narahatlıqlar var? Nədən narahatdırlar? Hamıdan yaxşı yeyirlər, hamıdan yaxşı geyinirlər, bahalı avtomobillər, restoranlarda ziyafətlər, zəhmətin nə olduğunu bilmirlər, bunlar dədə-babadan belədirlər. Ah!!! İstanbul və onun milyarderləri! Nəysə, cəhənnəm olsunlar...
Qəzetlərin birində adamın şeirini çap elətdirdim, o da mənə restoranda yaxşı bir ziyafət verdi. Bol içki, dadlı yeməklər və adamın şeirləri haqda söylədiyim uzun-uzadı uydurma fikirlərim.
Mən tənhayam, mən avarayam, mən sərxoşam, mən pulsuzam, mən... yox, kasıb deyiləm, mənim zəngin təxəyyülüm və bir də özümə də həzz verən istedadım var. Ancaq mən yazığam, mən öz daxili aləmimin yazıq quluyam. Mən...
- Oğraşlar, siz kişi deyilsiniz! Siz, namussuz, qeyrətsiz murdarlarsınız!
Qüdrətli Tanrılar, Şair eşqinə, bu nədir? Yəqin hansısa yazıq qızcığaz arvadbaz Zevu¬sun təcavüzünə uğrayıb..., dedi. Yaxşı, gicləmə, Tanrı Xoas xatirinə, get, bax gör orda, bu boşluğu dolduran o səsin sahibəsi nəyə görə haray-həşir salıb? İnsanlıq ölsə də, mənim kimilər hələ sağdır. Zibilə qalmış küçədə göz-gözü görmür, kor bələdiyyə hara baxır, bura bir işıq çəkə bilməzlər? Bax bu qaranlıqdan istifadə edən neçə-neçə gənc, gözgörməzdən istifadə edərək hər gecə buralarda ot çəkirlər, mən dəfələrlə bunun şahidi olmuşam. Bəyəm bütün bunların günahı bələdiyyədədir? - deyə, səsgələn yerə yaxınlaşaraq özü-özünə sual edən Əbdül, indi qadının səsini lap qulağının dibində eşidirdi:
- Ay camaat, bunlar kişi deyil oğraşdırlar!
- Xanım, siz hardasınız, mən sizi görə bilmirəm?
- Zibilqabının içinə bax.
- Zibilqabının?
- Hə.
- Siz orda nə edirsiniz?
- Zibil qutusunun içində kef edirəm! Ay Allah, sən gicsən? - qadın zarıya-zarıya əsəbi halda dedi.
- Yox, Allah deyiləm, həm gicəm, həm də gic deyiləm. Adım Əbdüldür. Amma hamı mənə şair deyir, deyəsən düz deyirlər..
- Ay kişi, ay uşaq, kömək elə çıxım burdan, zibilə düşmədik?!
- Mən yox, siz həqiqətən zibilə düşmüsünüz. Əlinizi verin zəhmət olmazsa. Hə, bax belə. İndi ayağınızı qaldırın.
- Əə, mən elə ayağımı çox qaldırdığıma görə zibil qutusuna düşmüşəm .
Qadın gülə-gülə ayağının birini qaldırıb zibilqabının ağzına dayayaraq Əbdülün köməkliyi ilə ordan çıxdı. Əbdülün boynuna sarılan qadın sərxoşluqdan ayaq üstə dura bilmirdi. O, zülmət qaranlıqda üst-başından gələn iyrənc qoxuya fikir vermədən Əbdülə sarılaraq:
- Şair, məni al qucağına, apar məni buralardan öz dün-yana, şeirləşək, yüngülləşək. Ayyyyyy!...M...mən də şair oldum, şair!
Əbdül, qollarının arasındakı məxluq haqda hələ zülmətdəykən düşünürdü:
- Bəlkə bu əxlaqsız qadın cildinə girmiş məhəbbət Allahı Kupidondur? Onsuz da bütün qədim Tanrılar əxlaqsız və hoqqabazdırlar. Rəzil Dionis, gör sənin başdöndürən şərabın insanları nə hallara salır?!
Qadın Əbdülün qucağında əvvəl əynindəki köynəyi ilə məşğul idi, sonra yavaş-yavaş dodağının altında gülə-gülə mızıldadığı söyüşləri də kəsildi. Əbdül, addımlarını bərkidərək, tezliklə qaranlıq küçədən çıxmağı və qollarının arasındakı yükdən qurtulmağı da düşündü bir ara. Addımlarını tezləşdirdi, fəqət yenə öz aləminə qapıldı.
- Müqəddəs tale ilahəsi Fortuna, heç olmazsa bu xanım, Dəniz Allahı Nereyin qızlarından biri olaydı və onu özümə aşiq edəydim. Əgər belə olsa, məmuniyyətlə səhər açılan kimi ev sahibinin üzünü tüpürcəyimlə yuyub, Tanrı Nereyin qızını qoltuğuma vuraram, gedib, dəniz altında yaşayaram.
Əbdül qaranlıq küçədən çıxa-çıxa gözlərini qollarının arasındakı qadına dikmişdi ki, gördüklərindən dəhşətə gəldi... Nəfəsi sinəsinin lap baş tərəfinə doğru irəliləyərək ürəyini sanki boğazında atıb-tutmağa başladı. Sonra, başının arxa tərəfindən soyuq bir sızıltı, bir anlıq onurğa sütunu ilə aşağılara enərək belinin ətəklərini üşütdü...Nə qədər çalışdısa da, sərxoş qadını üzünü gizlətməməsi üçün razı sala bilmədi. Qadın, koftası ilə üzünü gizlətmişdi. Onun çılpaq sinəsi və göbəyi bütün çılpaqlığı ilə bayırda idi.
Şair Əbdül, taqətsiz ayaqlarını sürüyərək özünü komanın qapısı önünə zorla çatdıra bildi. O qorxurdu, istə¬mirdi ki, kimlərsə onun qucağındakı qadını görsün. Qapını təpiklə itləyib açdı, içəri girdi. Qadını dağınıq yataq otağındakı çarpayısına qoydu. Sonra heydən düşmüş, yorulmuş Əbdül, özünü o biri otaqdakı divana ataraq elə o dəqiqə də dərin yuxuya getdi...
(ע)
Qara bir təpənin üstündə dayanıb yeraltı səltənətin qulaqbatırıcı səslərini dinləyən hakim Tanrı Hades, onu ehtiramla salamladı.
Lamia, üzünü yeraltı səltənətin sakinlərinə tutaraq bu sözləri pıçıldadı :
- Epéstrepse Lamía...
Sonra cəhənnəmin ən dərin, qorxunc vadisində yavaş-yavaş uçmağa başladı. Nəhayətsiz, dibsiz qaranlığın kölgələri onu görür-görməz diz çökür, həyasızca yalvarırdılar. O, qan gölməçəsinin üstündə uçmağa başlayınca zərif barmaqları ilə döşlərinin arasında bir dairə çizdi. Sonra dairənin tam ortasına şəhadət barmağının dırnağını sancdı. Bədənindən çıxan qanın bir damcısını dırnağının ucunda gölməçəyə axıtdı. Gözəl döşlərini qabağa verərək və təpədən dırnağa gözəl bədənini tarıma çəkib var qüvvəsi ilə bağırdı:
- Füri, qorxunc intiqam varlığı, ruhuma daxil ol, nifrətimi artır və məni daha da güclü et!
Birdən, gölməçədən çıxan qorxunc bir varlıq, od saçaraq ətrafındakı hər şeyi külə çevirdi. Onun iri ağzı, ən böyük mağaraların girişindən də böyük idi. Ağzından bayıra çıxan dişləri, cəhənnəmdəki ən zəhərli ilanlardan da zəhərli idi. Quyruğu od puskürən qorxunc əjdahalara bənzəyirdi.
Lamia, gözlərini geniş açaraq dodaqlarının altında qədim bir ovsunu mızıldayınca, qorxunc varlıq qırmızı tüstüyə çevrildi. Ağzını geniş açan Lamia nəfəsini içinə çəkən kimi qırmızı tüstü yox oldu. Sevincini qəhqəhələri ilə hər kəsə bildirən Lamia, qanadlarını çırpa-çırpa uçub zülmət qaranlıqda gözdən itdi...
- Eyyy, oyan, bəsdir yatdın.
- Lamia, rəddol öz cəhənnəminə!
- Necə, sən mənim adımı hardan bilirsən?
- Axxx, bu sənsən? – Şair gözlərini ovuşdura-ovuşdura onu yuxudan oyadan qadına baxaraq soruşdu.
- Hə, mənəm. De görüm biz hardan tanışıq ki, sən mənim adımı bilirsən?
- Necə bəyəm, sənin adın Lamiadır?
- Hə.
- Qüdrətli Tanrılar, şair eşqinə, mən yuxuda Zevusun məşuqəsi Lamianı görmüşəm. Zevusun arvadı, Heranın lənətlədiyi qaniçən Lamianı deyirəm.
Lamia ucadan gülərək:
- Birincisi, mən qadınlarla yatmıram, bu mənim xoşuma gəlmir. Yəni mən sənin qaniçən Lamianla tanış deyiləm, mən heç ona işlədiyim barda da rast gəlməmişəm. İkincisi isə sənin Lamian çox fərasətsizdir. Bilirsən nəyə görə belə deyirəm? Ona görə belə deyirəm ki, şəxsən mənim yuxuya verdiyim kişiləri heç bir qadın o yuxudan oyatmaq iqtidarında deyil. Yaxşı, sən qalx ayağa hamamı hazırla, mən girim yuyunum, it iyi verirəm - dedi.
Əbdül dirsəklənib əsnəyə-əsnəyə divandan qalxdı. Əl-üzünü yumaq üçün hamama keçən Əbdül oradan Lamiyaya səslənərək dedi:
- Hamamı hazır edərəm, sən girib yuyunarsan. Mən indi əl-üzümü yuyub dükana gedəcəm, çörək və qaymaq alacam. Sən soyuducudan yumurta çıxarıb yaxşıca bişir. Yağını bir az bol etsən yaxşı olar. Mümkündürmü, Lamia xanım?
- Əlbəttə, mümkündür, amma xanımsız. Mənə nə deyirsən de, bir xanım demə, bir də Lami demə. Müm-kündürmü, Şair?
- Hmmm...
(ע)
Yeraltı dünyada ölülərin Kosit çayından axan göz yaşları, kədərli nəğmələrlə qəlbsiz ruhlardan mərhəmət diləyirdi. Səmum küləkləri Zəban ağaclarını bir sağa, bir sola yellədikcə, yerə tökülən zəqqum meyvələri düşdüyü yerdə böyük yanğınlara səbəb olurdu. Həmin yanğınlardan Zəban ağacları qovrulub kül olur və sonra yenidən öz külündən yaranırdı.
Tanrılara lənət üzərinə tikilmiş cəhənnəm ən az Tanrılar qədər qəddar və qorxuncdur. Bədxah Tanrılar və bədbəxt insanlar...
Şamael bütün bunları Kosit sahilində durub düşünürdü. Onun bir olan Allaha asi olduğu vaxtdan neçə-neçə qərinələr keçmişdi. Vaxt vardı Şamael, Allahın ən sədaqətli, itaətkar dostu idi.Heç bir varlıq Allaha onun qədər məhəbbətlə ibadət edə bilməmişdi. Yer üzündən göylərə ilk dəfə səslənən o olmuşdu. İbadəti mələkləri təəccübə gətirən o olmuşdu. Cənnətdə ilk dəfə Allahın adından xütbə oxuyan o olmuşdu.
Şamael, Adəmi və Adəmdən olanları heç sevməz. Çünki, Allahın Adəmə olan sevgisi onun Allaha olan sevgisindən əskik deyildi. Bəs Allah bu sonsuz məhəbbəti nə üçün qiymətləndirmədi? O, Allahı Adəmdən azmı sevmişdi? Bütün bu sualların cavabını səbr etməyi sevən, əməli ilə dəlillər gətirən Allah bilir yalnız. Bilir və susur...
Şamael Adəmə olan sonsuz nifrətindən, Adəm kimi torpaqdan yaradılmış və Allah tərəfindən Adəmə qadın olaraq buyrulmuş Liliti yoldan çıxararaq öz qadını etmişdi. Gecə ikən gizlincə Ədin bağlarına soxulub, əri Adəmlə sevişən Lilitin qulağına pıçıldamışdı:
- Nə üçün sən Adəmlə sevişərkən daim altda olursan? Sənin Adəmin üstündə olmağa haqqın yoxdurmu? Məgər sən də Adəm kimi torpaqdan yaradılmadınmı? Lilit, Adəm səndən üstün deyildir.
Bunu eşidən Lilit, elə o andaca haqqları barədə cəfəng fikirlər səsləndirməyə başlamış, Adəmsə, Lilitlə heç cür razılaşmamışdı. Cütlük arasındakı bu anlaşılmazlıq Lilitin, Allahın qadağan edilmiş adını çəkməsi ilə sonlanmışdı. Lilit Adəmdən üz çevirərək göylərin dərinliklərinə qalxıb Şamaellə evlənmişdi. İndi, Lilitin və Şamaelin soyundan gələn Lamia, ehtiraslı ölümlülərin çağırışı ilə cəhənnəmdən azad olmağa hazırlaşır.
- Cinlərin kralı müqəddəs atam, Həzrəti Şamael, itaətkarınızam.
Kral Şamael, qaranlıqdan varid olan, dodaqları tünd-qırmızı şərablar kimi ətirli Lamianı görüncə, şəhvətlənərək və heyrətdən özünü itirərək ona təzim etdi:
- Lamia, ən az Lilit qədər sehrlisən, gözəlliyin başımı döndürdü. Bu gün, miskin ölülərin göz yaşları çayının sahilində, sən mənim qadınım olacaqsan. Sənin kisənə məndən düşən toxumlardan yaranacaq olan qız övladlarımızın hər biri, ölümlülər kimi doğulacaq. O qızlardan neçə-neçə günahkarlar doğulduqca, yer üzündə əxlaqsızlıq artacaq. Beləcə, sən zamanı gəlincə səltənətimizi qurmaq üçün cəhənnəmdən azad ediləcəksən. Yad kişilərdən dünyaya qız uşaqları gətirən, ərini aldadan günahkar qadınların hamisi və Kraliçası olacaqsan.
Şamael danışdıqca, Lamia ona daha da yaxınlaşaraq, dırnaqları ilə onun bədənində bu sözləri yazırdı - “ridisəəbət nileamaş aimal” ...
- Mən nəsə yaxşı deyiləm. Beynimdə bir hekayə var-gəl edir. Deyəsən dəli oluram. Eyyy, az iç, yoxsa yenə keflənəcəksən.
- Şair, mən də elə bunu istəyirəm.
- Sən, başqa nə istəyirsən, əzizim Lamia?
- Mən, mən on iki yaşından bakirəliyini itirən məşhur fahişənin qızı fahişə Lamiyayam. Mən çox şey istəyirəm, ayaq barmaqlarımı yalayan kişilər istəyirəm. Sən ehtirasın nə olduğunu bilmirsən, Şair – Lamia gülərək əlindəki qədəhi başına çəkdi.
Şair cavabında:
- Necə bəyəm bilmirəm, mən kişi deyiləm?- dedi.
- Sən elə kişi olduğuna görə ehtirasın əslini və alt qatını anlaya bilməzsən Şair. Kişilər bunu qadınlar kimi anlaya bilməzlər. Ehtiras, yenidən doğuluşdur, ehtiras, ölüm mələyi üzərində qələbədir. Şair, bilirsən ehtiras nədir?
- Hmmm, maraqlıdır, davam elə. Ancaq deməliyəm ki...
Lamia Şairin sözünü kəsdi:
- Ehtiras qadının kişini rəzil etməsidir, gücdən salmasıdır. Siz, kişilər, adi anlarda ölüm mələyi kimisiniz, nə yalvarışlara fikir verirsiniz, nə də yarımçıq qalmış arzulara. Ancaq biz qadınlar sizi yatağa çəkəndə, sizdən hər vaxt eşitmədiklərimizi eşidirik, sizə etdirə bilmədiklərimizi etdiririk, yarımçıq arzularımızı gerçəkləşdirməyə sizi adi bir sığalımızla səfərbər edirik. Şair, gözlərimin içinə bax, elə bax ki, gözlərimin içini yox, gözlərimin arxasını gör. Baxışlarını bulanıqlaşdır, hə, bax, bax...
Əbdül, gözlərini Lamianın qara gözlərinin içinə dikib, sonra baxışlarını bir az bulanıqlaşdırdı- Nə görürsən, Şair?
- Sənin gözlərinə bənzəyən bir neçə göz.
- Hə, doğrudur. Mənim gözlərimə bənzəyən bir neçə göz. Sən çox ağıllı adamsan, Şair. Bax, mənim içimdən bir neçə mən boylanır həyata. Onlardan biri fahişə, digəri yaxşı yumurta bişirməyi bacaran qadın, bir başqası isə, cəhənnəm odu kimi ehtiraslı bir məxluqdur ki, onu mən bax burda, bax düz burda gizlədirəm- Lamia baş barmağı ilə sinəsini göstərdi.
Əbdül özünün də, Lamianın da qədəhinə qırmızı şərab süzdü:
- Lamia, sən düz deyirsən. Hərdən mən də olduğum kimi görünməkdən qorxuram. Zənnimcə insanların azad olmamasının səbəbi içimizdəki Tanrının azad olmama-sından irəli gəlir. Biz, şərdən qorxmamalıyıq, şəri sevərək, sevməyi öyrətməliyik. Biz Tanrıya kilsədə yox, öz içimizdə şam yandırmalıyıq.
- Xeyir, mən bunu demirəm şair, mən bütün buxovlardan azad biriyəm. Tanrı və ya cənnət vecimə deyil. Mənimçün cənnət çox mənasız bir yerdir. Mənimçün cənnət rəsmi ziyafətlərdə yüksək səviyyəli göstərməçi mədəniyyətə sahib insanların bir araya gəldikləri girdirmə bir yerdir. Özü də elə bir yer ki, orda hamı özü-nü aristokrat kimi göstərməli, hamı yüksək mənəviyyata sahib olmalı, hamı üstün olmalıdır. Bəs fərq? Bəs çılğınlığın həzzi? Bəs kədər, qəm, daxili narahatlıq? Tutalım ki, o bağlarda yüksək dozalı şərablar da var, amma mən o şərabı qədərincə içməyə məcburam. Bax, söhbət məcburiyyətdən gedir. Mən nə üçün o şərabı içib-içib ən sonda əgər istəyirəmsə başıma tökməməliyəm? Lap tutalım ki, bu istək də əlimdən alındı və mən bu kimi istəklərdən, ümumiyyətlə, hisslərdən məhrum olan bir varlıq olacam. Bəs əgər bunlar məndə sonralar olmayacaqdırsa, mən hansı günahın sahibəsiyəm ki, məni istəklərə, hisslərə məhkum ediblər? Məgər bir insan bir başqasının günahının əzablarını çəkmək üçün yaradılıb? Yox Şair, mənə cənnət lazım deyil. Axı nəyimə lazımdır? İstədiyini ye, istədiyin vaxt gül-çiçəkli bir yerdə yat, şırıl-şırıl göz yaşı kimi təmiz bulaqlar, bülbüllər filanlar, nəyimə lazımdır?! - Lamia gülərək, - Özüdə bu əbədi davam edəcək, - dedi və qədəhindəki şərabı öz başına tökə-tökə sözünə davam etdi:
- Heyif deyil cəhənnəm! Biri gəlib sənə mız qoyacaq və ya bu həyatda aldığın həzzlərdən ağrı-acılı işgəncələrə məruz qalacaqsan. Hər gün bir yenilik, od, alov və sairə.
Əbdül siqaretdən dalbadal, həyəcanlı bir şəkildə bir neçə tüstünü sinəsinə çəkərək düşünürdü ki, bu qadın yəqin ki, sevgi oyadan Tanrı Erotun özüdür.
Birdən, Lamia yerindən sıçrayaraq ikiəlli Əbdülün yaxasından tutub onun dodaqlarını böyük ehtirasla öpə-öpə, “Şair, sənə indi elə bir şey göstərəcəm ki, ölüb diriləcəksən” dedi.
Lamia otağın tən ortasına keçərək dodağının altındakı mızıltının ahəngində rəqs edə-edə əynindəki paltarlarları soyunmağa başladı. Əbdül yerindəcə donub qalmışdı, nə edəcəyini bilmirdi. O, bədəninin büsbütün çılpaqlığının əsrarəngiz qadın gözəlliyi ilə Əbdülü haldan-hala saldı. Sonra yavaş-yavaş arxasını ona tamaşa edən keyləşmiş Əbdülə çevirərək pıçıltı ilə:
- Arxamca gəl, Şair – deyib, evin birbaşa küçəyə açılan qapısından bayıra çıxdı.
Çaşqınlıqdan donub qalmış Əbdül tez ayağa qalxıb özünü Lamianın arxasınca qaranlıq küçəyə atarkən eşitdiyi sözlərdən dəhşətə gəldi. Yaxınlıqda dayanıb siqaret çəkə-çəkə söhbət edən iki kişiyə Lamia deyirdi:
- Eyyyy, kişilər, məni istəyirsiniz? Əgər istəyirsinizsə mən burda oluram, bax bu evdə, Şair qalan evdə. Hə, mən lütəm, məni istəyirsinizsə biriniz məni qucağına alıb aparsın Şairin evinə. Mən hər ikinizlə sevişməyə hazıram.
Kişilərdən biri gülə-gülə Lamianı qucağına alıb Əbdülün evinə apardı. Əbdülsə ləngər vura-vura o biri kişinin qarşısını kəsmək istəyirdi, bacarmadı.
Dəhşətlidir, o, kişiləri dəliyə döndərmişdi. Kişilər vəhşi şirlər kimi ləzzətli ovu, Lamianı parçalayırdılar...
Qəfil gözlərini geniş açan Lamia, dodağında kinayəli bir təbəssümlə baxışlarını otağın girişində dayanmış Əbdülün gözlərinin içinə zillədi. Onun inanılmaz bir çevikliklə kişilərin ağuşundan sıyrılması və masanın üstündəki bıçağı qapması an məsələsi oldu. O, əlindəki bıçaqla özünü itirmiş kişilərə dalbadal bir neçə zərbə vuraraq onlardan birini yerə sərdi. O biri kişi isə qolunda və bədənində bir neçə bıçaq zərbəsi özünü evdən bayıra ata bildi. Lamia, qanlar içində yerə sərilən və artıq canını tapşırmağa hazırlaşan kişiyə fikir vermədən qorxudan gömgöy göyərmiş Əbdülə üzünü tutub dedi:
- Şair, bu əla əhvalatdır, bunu yaz!
Qadın gecənin qaranlığında lüt-üryan, ətrafına şəhvət işığı saça-saça nazla yeriyirdi... Hamı ona baxırdı - ay, gecə, zülmət, ulduzlar, küçə və mən...Onun gözlərinin ucunda göylər, dodaqlarının od təbəssümündə başdöndürən ehtiraslı bir nəğmə var idi. Lamia həzin bir musiqini dodaqlarının altında zümzümə edərək, zülmətin ənginliyində gözdən itdi...
HAQQ surəsi
1944-cü il.
Alman zabiti A. C-nin gündəliyindəki qeydlərdən.
- 1-ci ay, 5-ci gün, səhər saat 8 tamamdan etibarən əsir düşmüş yəhudi əsilli rus zabitinin həqiqətinə inandım...
- Mən İsanın kim olduğunu artıq bilirəm.
- Hə... Yəhyanın şəhadəti belə oldu, danışdı, inkar etmədi. “Mən Məsih deyiləm”, -deyə açıq bildirdi. Onlar da “Bəs sən kimsən? Sən İlyasmısan?” deyə soruşdular. O da, “ Deyiləm”, dedi.
- Sən O Peyğəmbərmisən? - dedilər.
Yahya, “Xeyr!” deyə cavab verdi ...
- “O”, kimdir? Göylərin elçisimi? “O”, həm də Hz. Məhəmməddir. “O”, həm də, Hz. Musadır. “O” -Hz. Davutdur. “O”-Hz. Süleymandır. “O”-sənin mənə verdiyin bir içimlik sudur. O sənin mərhəmətindir. O sənin bağışlanmağındır... Mən onu görürəm. - Yəhudi əsilli rus zabiti bunu deyib, içini çəkə-çəkə ağladı.
QUL surəsi
Baş həkim İ.Eva, 4 nömrəli palatanın qapısının qarşısında fikrə getmişdi. İçəri girməyə tərəddüd edirdi. Sonunda dərindən nəfəs aldı, dəstəyi çevirib içəri girdi. Əbdül, üzünü divara tutub dayanmışdı.
- Necəsən, Əbdül?
- Ulduzlar kimi. Çoxdan məhv olmuş, fəqət işığı yol gedən ulduzlar kimiyəm.
Baş həkim İ. Eva qollarını sinəsində çarpazlayıb gülümsədi:
- İndi hansı evrəndəsən?
- Mən günahlar evrənindən çoxdan keçmişəm. İndi pak bir aləmdəyəm. İnsanaların günahlarına ağlayan mə-ləklərin ovcundayam.
- Sən kimsən Əbdül? Və ya nəsən?
- Biz, bizdən əvvəlkilərin günahlarıyıq. Biz, bizdən sonrakıların səbəbləriyik.
Xanım İ. Eva Əbdülün çarpayısında əyləşərək, ona diqqətlə baxıb soruşdu:
- Bəs yaxşı, məndən nə istəyirsən? Bütün bu anlamadığım hadisələr nə deməkdir Əbdül? Mən əvvəlki qayğısız həyatıma qayıtmaq istəyirəm.
- Buna özünüz qərar verə bilməzsiniz. Siz, tezliklə həqiqəti analayacaqsınız, inananlardan olacaqsınız.
- Hansı həqiqəti?
- İsanı, Musanı, Davudu, Məhəmmədi. Siz, sizdən əvvəlkilərin aqibətini yaşayırsınız. Mən sizin üçün bir dəliləm. Xanım İ. Eva, səbrli olun, başınıza and içməyin. Çünki, saçınızın tək telini belə nə ağ, nə də qara etmək iqtidarında deyilsiniz. "Hə"-niz hə, "Yox"-unuz yox olsun. Bundan artığı şeytanındır.
- Bu, Allahın oğlu İsanın kəlamlarıdır. Mən bunu İncildən oxumuşam.
Əbdül, bir anlıq udqunub, gözlərini palatanın tavanına dikdi, sağ əlini astaca baş həkimə tərəf uzatdı. Onun barmaqlarının ucu titrəyirdi. Həkim İ. Eva qorxdu, yerindən qalxıb otaqdan çıxmaq istədi, amma bacar-madı. Onun bədəni sanki ağır yük altında qalaraq əzilirdi. Səslənmək istədi, səsinin batdığını hiss etdi. Boğulurdu. Sonra dilinin ağzında böyüdüyünü və ağzından çıxmağa başladığını öz gözləri ilə gördü. Baş həkimin gözləri hədəqəsindən fırlayıb bayıra çıxıncaya qədər iriləşdi. O, gözlərinin ucu ilə əvvəl sağına baxdı, heç nə görmədi. Sonra soluna baxdı, dəhşətə gəldi...
DİRİLİŞ surəsi
Miss Jasmin Qrandval, divardakı yazıları oxuyub bitirdikdən sonra, Yahudanın zirzəmidə olmadığını anladı. Əvəzində, küncdə şəhadət barmağını alnına dayayıb başını önünə dikmiş, saqqalında ağ dənləri olan ortayaşlı bir kişi gördü. Onun qara saçları çiyinlərinə çox yaraşırdı.
Kişi başını qaldırıb, Jasmin Qrandvaldan soruşdu:
- Və ya uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin hekayətini bilmirsənmi? O demişdi: “Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra da dirildib dedi: “Nə qədər qaldın?” O dedi: “Bir gün yaxud bir gündən də az qaldım!” Allah dedi: “Əksinə, sən yüz il qaldın. Öz yeməyinə və içdiyin suya bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük”. Ona həqiqət bəlli olduqda, “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!” dedi.
Sonra, azacıq gülümsəyən kişi, sağ əlini Jasminə tərəf uzadaraq, üzünü zirzəminin tavanına tutub, bu sözləri aramla şairanə bir şəkildə deməyə başladı:
- Siz, tezliklə vücudunuzu tərk edəcəksiniz. Siz inananlardan olacaqsınız. Vücudunuz əzablara məhkumdur. Qorxmayın, ruhunuz rahatlığa qovuşacaq.
Jasmin Qrandval həyəcanlı bir şəkildə soruşdu:
- Siz, kimsiniz?
- Mən Allahın gözü Eynullayam...
QIRMIZI DONLU surəsi
Baş həkim İ. Evanın solunda, cəmi bir qarış kənarda, qırmızı donlu, saçlarında kəpənəkli rəngbərəng sancaqlar olan qırmızı çəkməli bir qız əyləşmişdi. Həkim qızcığazı xatırladı, bu o idi. Sonra necəsə özünü tamam başqa bir yerdə gördü. Çiçəklər vardı, qırmızı çiçəklər. Ağacların gövdələri də qırmızı idi. Budaqlardan salxım-salxım qıpqırmızı insan dilləri sallanırdı. Göylərin üzünü qan kimi qırmızı buludlar örtmüşdü. Günbatana uzun bir yol uzanıb gedirdi. O yolun ortasında gördü özünü. Dodaqları susuzluqdan od tutub yanırdı. Su istədi. Su, su, suuuu!
Göylərin üzündəki qara buludların arasında qırmızı dilləri olan alovlar bircə dəfə qışqırdı. Bu səs tanış gəldi ona, öz səsi idi. Qulaqlarında əks-səda verdi həmin səs. Qorxdu, üşəndi, susuzluqdan para-para olmuş dodaqları titrədi. Sonra hiss etdi ki, o səs öz içindən gəlir. Bir az acı çəkirmiş kimi, bir az kədərli, bir az nigaran... Öz səsində qorxduğu, istəmədiyi, sevmədiyi hər şey vardı. Dodaqları yenə, “Su...u...” , dedi.
Elə o andaca ucundan tutub göylərə qalxa biləcəyi yağış yağdı. Üzünü göylərə tutdu. Tutdu ki, yağan yağış dodaqlarını islatsın, susuzluğu ötüşsün, amma olmadı. Dodaqlarına bir çimdik su dəymədi. Tez dizlərini yerə atıb, yolun palçıqlaşan qırmızı torpağına dirədi dodaqlarını. Tamsındı.... və:
- Bu nədir İlahi! Bu ki qandır?! - deyib, var qüvvəsi ilə bağırdı.
- Baş həkim İ. Eva, özünüzü ələ alın!
...Həkimlərdən biri ağlayaraq İ. Evanı ayıltmaq istəyən tibb bacısını kənara çəkdi. Sonra bir neçə həkim Evanın qollarından və ayaqlarından möhkəmcə yapışdı. Ona sakitləşdirici iynə vuruldu. Baş həkim İ. Eva taqətdən düşərək gözlərini yavaş-yavaş yumdu...
116 saylı ruhi dispanserin 117 nömrəli palatasında baş həkim İ. Evanın nəzarətində olan ruhi xəstə B. S bu gün səhər özünü asaraq intihar etdi...
Bütün qarabasmalar geridə qalmışdı. Baş həkim İ. Eva, bir həftəlik müalicədən sonra, evə buraxılmışdı. Özünü çox yaxşı hiss edirdi. Pəncərənin önündə dayanaraq, pərdəni azacıq aralayıb narın-narın yağan yağışa baxırdı. Qapının zəngini eşitdi:
- Kimdir?
- Mənəm əzizim, Rudolf.
İ. Eva, sevincək qapını açdı. Bu, onun keçmiş həyat yoldaşı idi. Ağarmış saçlarını səliqəli bir şəkildə geriyə daramışdı. Baş həkim onu görcək sağ əlini ağzına tutub, içini çəkə-çəkə ağladı. Rudolf, qadının saçlarını oxşayaraq, başını sinəsinə sıxdı. Qadını sakitləşdirməyə çalışırdı.
- Başına gələnləri eşitdim, səni tək qoymaq haqsızlıq olardı.
- Nə yaxşı ki, gəldin, Rudolf.
- İşdən çıxarılmağına üzülmə, sən yaxşı həkimsən, üstəlik elmi dərəcən də var. Dincəlməlisən, çox işləyirdin. Bəlkə də bu səbəbdən elə....
İ. Eva, Rudolfun sözünü yarımçıq qoyaraq:
- Xahiş edirəm, bu haqda danışmayaq. Mən yadıma salmaq istəmirəm - dedi
Divanda üz-üzə əyləşmişdilər. İ. Eva ayağa qalxıb Rudolfdan nə içəcəyini soruşdu. Rudolf, azacıq qırmızı şərab istədi.
- Əzizim İ. Eva, mən təklif edirəm ki, bayırda birgə şam edək. Darıxmışam lüks yaşam üçün. Bilirsən, Afrikada çadırlarda qalırdıq. Aclıqdan ağır xəstəliklərə düçar olan insanlar və susuzluq. Oralarda həyat elə acınacaqlıdır ki, görməsən fərqində olmazsan. İnsanlar çox asanlıqla ölürlər. Gözümüzün önündə hər dəqiqə bir insan ölürdü. Milyonlarla dollarlıq dərmanların və iynələrin heç bir xeyri yoxdur. Onları yalnız yemək və təmiz su qurtara bilər. Ancaq sənə bir söz deyim, orda insanlar o qədər qəlbitəmiz, duyğusal, anlayışlıdırlar ki, adam lap heyrətə gəlir. Səfalət içərisində yaşamaqlarına baxmayaraq, mənəviyyatları çox zəngindir.
İ. Eva , ayaq üstə dayanıb, Rudolfu dinləyirdi. Rudolfun gərginliyi və narahatçılığı üzündən bəlli idi. O danışdıqca, qadın bütün olub bitənləri, ordakı həyatı gözlərinin önündə canlandırırdı. O, əlindəki qırmızı şərab dolu qədəhi Rudolfa uzatdı. Rudolfsa danışırdı:
- Bir ay bundan əvvəl, bir hamilə qadını qurtardım. Çox, ağır şəraitdə, çətinliklə övladını dünyaya gətirdi. On beş gündən sonra uşaq öldü. Qadın yas tutmadı, ağlamadı. Bir dəfə soruşdum ki, necə dözdün uşağının ölmünə? Bilirsən mənə nə dedi? Dedi ki, sən mənim doğum anımda, üzümdəki əzablara necə dözdün? Gözlərimdəki ağrılara necə dözdün? Sadəcə susdum...
Rudolf, danışa-danışa əllərini ovuşdururdu. Birdən yadına nəsə düşdü:
- Həmin qadın mənə bir kitab hədiyyə edib, dayan, o balaca çantada olmalıdır.
Həkim İ. Eva sevincək bir halda gülümsədi:
- Bu aralar kitab oxusam daha yaxşı olar, romantik bir əsərə ehtiyacım var. İçində bir az macəra da olsa pis olmaz.
Rudolf kitabı çantasından çıxarıb, İ. Evaya doğru uzatdı:
- Təəssüf ki, bu bildiyin kitablardan deyil, bu müqəddəs kitab- Qurandır.
İ. Evanın baxışları tutqunlaşdı:
- Yox, bu kitab mənə lazım deyil!
III HISSƏ
İBLİS surəsi
AYƏT (ɨ) Enişteyin görəsən nə üçün F. Dostoyeviskini böyük ehtirasla sevir və "Dostoyevski mənə hər kəsdən, hətta Qausdan da çox şey verir"- deyirdi? Çünki Dostoyevski dərketmənin ən kamil yollarından birini - insan üzərində qəddarcasına təcrübə aparmaq metodunu tapmışdı.
AYƏT (‡) Bu təcrübə Raskolnikov adlanan labaratoriyada aparılmışdır. A.Enişteyin də, Dostoyevski sayaq düşünərək, bu metodu fiziki sahəyə tədbiq etdi. Belə ki, o da, qəddarcasına təcrübə apararaq, maddəyə işıq sürəti verdi və Nyton fizikasına tərs düşən, tamamilə yeni bir dünya kəşf etdi- Məkanın, zamanın, uzunluğun nisbi olduğu, maddənin enerjidən yarandığı misstik dünya...
AYƏT (₪)
Mənim yalnız H. Hessenin yalquzaq dəlilərinə xas olan dərketməm, inkar etmək gücünün və onun beynimdə yaratdığı inqilabın nəticəsidir. İnkar, dərketmənin özülüdür, müdhiş yoldur. İnkar edənə İblis damğası vurulur. Hərdən İblisin "yaradılış" səbəbini Tanrının özü üzərində apardığı qəddar təcrübə kimi düşünürəm. “Yaradılış" öz başlanğıcını bu təcrübədən götürür. Tanrı, özünü dərk etmək üçün İblisi yaratdı. Çünki özünü inkar edəndə İblisə, İblisi inkar edəndə isə özünə qayıdır və həzz alır bu müqəddəs çevrilmədən. Amma İblisin çox kamil bir təbiəti vardır - sadiqlik adında. İnsana təzim etməməsi də bu üzdən - Tanrıya sadiqliyindən irəli gəlirdi. Tanrı bunu qəbul edə bilmədi. Əslində İblisin bu hərəkəti Tanrının özünü tam şəkildə anlaya bilməməsi demək deyildimi? Çünki o da, ta əzəldən İblisi yaratmaqla "şəxsiyyətin parçalanması" adlanan xəstəliyə düçar olmuşdu. Əslində Tanrının ən kamil rəsmi yarıtanrı, yarı İblis olan bir portiretdir ki, məhz bu səbəbdən din onu çəkməyi qadağan edib. Əsas məsələ Tanrıdakı İblisliyi gizlətmək üçündür. Mənim Tanrı və İblis anlayışım öz üzərimdə apardığım qəddarcasına təcrübədir. Tanrı xoş, İblis isə şər əməllərin simvoludur. Bəlkə mənim qəhrəmanım "şəxsiyyətin parçalanması" xəstəliyindən əzab çəkir? Faust hayqıranda ki, "Mənim köksümdə iki qəlb var" - elə bunu demirdimi? Karl Marksın "Öz əvvəlki mövcudluq formasını inkar etməyən inkişaf baş verə bilməz" Məhz bu inkişaf üçün Tanrı da özünü inkar- İblis etməyə məcbur olur. Hegelin fəlsəfəsindəki mütləq ideyanın özgələşərək təbiətə çevrilməsi və yenidən insan şüurunda özünə qayıtması kimi.
AYƏT (∏)
Həqiqətən də, İblis olmasaydı mövcudluq olmazdı, inkişaf olmazdı. Ən əsası, varlığı özündə saxlayan əksiliklərin vəhdəti və mübarizəsi qanununun mövcudluğunda İblisin rolu danılmazdır. Bəlkə də bu səbəbdən Təsəvvüfdə İblisə böyük maraq və gizli sevgi vardır - Mənsur Həllacın, İbn Ərəbinin timsalında, yaxud Musa və Fironun, Məhəmməd və Əbucəhlin əsillərinin eyniliyindən danışan Ruminin timsalında. İnsanın bu əqli burulğanlardan çıxış yolu nədir? Bu yol bütün mistik təlimlərin kökündə duran "özünü öldürmək" anlayışından keçir. Ölüm tək olmaqdır- təkləşmək Allahlaşmaqdır. Ölməsən Hessenin yalquzağı kimi yarıinsan, yarıcanavar kimi yaşayacaqsan, əzab və işgəncələrlə.
Sufilər ölümün ən möhətəşəm yolunu - Sevgi yolunu tapdılar və hələ də əsl sevginin "ölüm" olduğunu anlayan çox az adam var... Sevgi özünü başqasının mənliyində unudub və birdən öz həqiqətini taparaq, özünə qayıdan ölüm hadisəsidir. Əslində xoşbəxtlik tək olmaqdır və bu heç də varlığındakı İblisi öldürüb Allahlaşmaq yox, həm də, tam tərsi- Allahı öldürüb İblis olmaqla da, mümkündür.
Məhz buna görə də anlamalıyıq ki, həqiqətə çatmaq üçün İblisə nifrət yox, onu çevrilməyə uğratmaq lazımdır. Bu yoqa elminin seksual enerjinin aydınlanma yoluna qədəm qoyulması texnikası - Kundalini enerjisinə bənzəyir. Yəni yeganə yol İblisə sevgi öyrətmək və onu bu yolla Allaha çevirməkdir. Çünki sevgiyə qapılaraq o özünü məhv edib, insanın ali xislətinə qovuşaraq yeknəsəkləşərək əslində yox olacaq. Bu zaman insanın daxilində əbədi bir hal, məqam yaranır ki, bunu da biz Buddanın, Mahaviranın, Sokratın, İsanın və Məhəmmədin həyatından oxumuşuq. Bu fenomenlərin həqiqəti dərk etmək yolundakı İblis sevgisindənsə heç yerdə yazılmadı...Nəyə görə İlahi nəyə görə?
AYƏT (●)
İblis bütün həqiqət axtaranların ilk müəllimi, Tanrınınsa özünü anlamasına yardım edən ən fenomen yaradılış oldu. Çünki qaranlıq işığın olmadığı yer olduğu üçün işıq - Tanrı, qaranlığı İblis vasitəsi ilə kəşf etdi. Bütün bunları bilən və yaşayan M. Həllac dahiyanə əsəri olan "Təvasin"də İblisin adından deyirdi: "Mənim (İblisin) və Allahın ən böyük ortaq cəhəti, hər ikimizin zikr olunmasıdır". Bax budur təsəvvüfün görünməyən gizli tərəfi. Və ya Şamanizmin "Qara inam" adlanmasının səbəbi.
Həzrəti Müəllif
33-cü surə
- Bu necə oldu?
- Bilmirəm.
- Burda yazılıb ki, siz avtomobilinizlə yeraltı qarajdan çıxanda Rudolfu əzib keçmisiniz.
- Bu doğru deyil!
- Və sonra, Rudolfu xəstəxanaya çatdırmısınız. Amma onun həyatını xilas etmək mümkün olmayıb.
- Mən bu haqda heç nə bilmirəm və heç nə xatırlamıram.
- Necə yəni?
- Bilmirəm.
- Heç nə xatırlamırsınız?
- Yox.
- Siz bayaq dediniz ki, keçmiş həyat yoldaşınız Rudolfla birlikdə şam etdikdən sonra evinizə yollanmısınız. Sonra onunla sevişmisiniz hə?
- Bəli. Biz ikimiz də sərxoş idik. Restorandan çıxıb bara getdik. Orda da içdik. Sonra səhərüzü evə yollandıq. O, yataq otağında mənə yaxınlaşdı, öpdü. Sonra biz dəli kimi sevişdik.
- Bəs sonra nə oldu? - Tədqiqatçı Mis Jasmin Qrandval, İ. Evadan soyuqqanlıqla soruşdu.
- Mən... mən bu haqda danışmaq istəmirəm. O, yəni Rudolf, mən səhər tezdən yuxudan oyananda yanımda üzü üstə yatmışdı. Onun üzü divara tərəf idi. Mən onun üzünü görmürdüm. Ayağa qalxdım, paltarlarımın hərəsini otağın bir tərəfindən tapıb geyindim. Başım çox ağrıyırdı. Sonra Rudolfa yaxınlaşdım. Onu öpərək yuxudan oyatmağımı xoşlayırdı. Çarpayının üstüylə sakitcə iməkləyərək ona yaxınlaşdım. Boynunun dalından öpdüm. Sonra bir də öpdüm. Baxdım ki oyanmır, yenə öpdüm. Bu sadəcə dəhşətdir... Mən onun üzünə baxdım. Gözləri bərəlmişdi, ağzındansa köpük axırdı. Qışqırdım.
İ. Eva danışdıqca, üzü qəribə bir görkəm alırdı.
- Xanım İ. Eva, siz sonra nə etdiniz? Davam edin.
- Mən, dəli kimi qaçdım. Yeraltı avtomobil dayanacağında, avtomobilimə minib, ordan uzaqlaşmağa çalışırdım. Avtomobili sürətlə idarə edirdim. Sonra polislər məni həbs etdilər. Sən demə yeraltı dayanacaqda Rudolfu əzərək öldürmüşəm.
İ. Eva Rudolfu öldürdüyünü deyərək, bir vaxtlar baş həkimi olduğu dispanserin 259 nömrəli palatasında ucadan qəh-qəhə çəkib gülürdü. Sonra ağlayaraq tez-tez, titrəyə-titrəyə elə hey bu sözləri təkrar edirdi:
- Ya məş-ərəlcinni vəl insi inistətə-tum ən tənfuzu min əqtaris səmavati vəl ərzi fənfuzu. La tənfuzunə illa bisultan .
59-cu surə
Miss Jasmin Qrandval, 116 saylı ruhi dispanserin karidorunda ağır düşüncələr içərisində addımlayırdı. Birdən dayandı, sağa çevrildi. Bu, bir az əvvəl sorğu-sual etdiyi ruhi dispanserin keçmiş baş həkimi İ. Evanın palatasıdır. 259 nömrəli palata. İçəridən gələn səs
“Və ya damları uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin hekayətini bilmirsənmi? O demişdi: “Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra da dirildib dedi: “Nə qədər qaldın?” O dedi: “Bir gün yaxud bir gündən də az qaldım!” Allah dedi: “Əksinə, sən yüz il qaldın. Öz yeməyinə və içdiyin suya bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük”. Ona həqiqət bəlli olduqda, “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!”, dedi”, - deyirdi
Bu an bir neçə addımlıqdakı palatanın qapısının yavaşca açılması Jasmin Qrandvalın diqqətini çəkdi. Tədqiqatçı xanım əmin idi ki, orda heç kim yoxdur. Əbdül cəmi səkkiz gün əvvəl ambulator müalicəyə buraxılmışdı.
Jasmin Qrandval yaxınlaşıb içəri boylandı. Palatanın yarısını görə bildi. İçəriyə addım atacaqdı ki, bu sözləri eşitdi:
- Jasmin Qrandval, üzünə taybatay açılan həqiqət qapılarından içəri girdikdə necə ölüb dirildiyinin şahidi olacaqsan. Bir az əvvəl İ. Evanın dediklərini eşitdin. O öz başına deyil, bu, əlbəttə sənə açıq aydın göndərilən işarədir.
Tədqiqatçı xanım geri çevrildikdə, Yəhudanı qarşısında gördü. Üstündə qan ləkələri olan köhnəlib saralmış kəfənə sağ əli ilə sığal çəkən Yəhudanın dodaqlarında yenə xəfif təbəssüm var idi.
- Bu əlimdəki kəfən, Hz. İsanındırmı? Sizlər bu kəfəni Turin kəfəni adlandırırsınız. Müqəddəs dəlil zənn etdiyiniz bu kəfəni taptığınız gündən bəri əzizləyirsiniz. Bir çoxları gördüyün bu ağ parçaya sığal çəkdikcə Hz İsaya daha da yaxın olduqlarını düşünür. Ancaq bu kəfənə, yəni öz kəfənimə toxunduqca necə ölüb dirildiyimi xatırlayıram. Məni zəlilliyə düçar edən şübhələrim oldu. Hz. İsaya iman edənlərin ən kamili zənn edirdim özümü. Bir anlıq şübhə və tərəddütlər İlkinliyə inanmayanlar üçündür. O İlkinlik ki, həmin gün dəvələr incəlib iynədən keçəcəklər sap kimi. Həmin gün Satrullahda Hz. İsa taxtına əyləşərkən məndə onun qarşısına keçib əməl dəftərimin hansı əlimə veriləcəyini gözləyəcəm. Doğrusunu Allah bilər...
Hər kəsə görünən mənə daha açıq-aydın göstərilmişdi. Zəlillik etməməliydim. Hz İsanın ölümsüz olduğuna inandığım halda, İblisin küfrünə inandım, ağlım başımda oynadı, Onun öldüyünü zənn etdim. Əslindəsə hər kəsə görünən mənə açıq-aydın göstərilməklə müjdələnmişdim. Vay mənim halıma! O məni çox se-virdi. Elə indi də çox sevir.
Miss Jasmin Qrandval, artıq vaxtdır. Geriyə çevril, qarşında dayanan həqiqətə öz gözlərin və qulaqlarınla şahid ol!
Tətqiqatçı xanım Jasmin Qrandval, nə edəcəyini bilmirdi. Geriyə çevrilib, çevrilməmək haqda bir neçə saniyə ərzində azı yüz il düşündüyünü zənn etdi. Qorxurdu. Dizləri əsə-əsə geriyə çevrilən Jasmin, gördüklərindən təəccüblənərək çiyinlərini çəkib öz-özünə sual verdi:
- Nə?
O, nə baş verdiyini anlamırdı.
Qüdsün dar, dolanbac küçələrində peyğəmbərlər gəzər, meydanlarında öyüd verərlər, məbədlərində möcüzələr göstərərlər. Qurtuluş üçün döyüləcək ilk qapı, günahdan təmizlənmək üçün gediləcək tikanlı yol, kəffarə ödənəcəyi və ruhun göyə yüksələcəyi tək yer bu şəhərdir. Hz. Davuddan Hz. Süleymana, Hz. İsadan Hz. Məhəmmədə qədər insanlığı yenidən inşa edənlər, bu şəhərdə müqəddəs sözün ümumbəşəri məkanını qurmuşlar. Mülk Allahındır.
Bütün ibadətlər “O”-na məxsus, “O”-na layiqdir.
Miss Jasmin Qrandval daş döşəməli dar küçəyə açılan üstü əlvan rənglərlə bəzədilmiş, böyük bir qapı önündə dayanmışdı. Nə edəcəyini bilmirdi. Əlləri onun hökmü olmadan, ağır qapıları itələyib açdı. Gözlərinin önündə açılan qapının arxasındakı mənzərə qarşısında ürək döyüntülərinin sürətləndiyini hiss etdi. Onu məst edən bir gizilti, belinin ətəklərindən kürəyinə, saçlarının dibinə, daha sonra isə hər tərəfinə yayıldı.
Möhtəşəm sütünları ilə tavanı çiyinlərində saxlayan, döşəməsi rəngarəng xalılarla bəzədilmiş bu yerdə Jasmini sərxoş edən lüt-üryan kişilərin və qadınların birlikdəliyi idi. Daş sütunlar dayaz hovuzların içindən ucaldılmışdı. Hovuzların kənarında eyş-işrətlə məşğul olan kişilər və qadınlar, hərdənbir əllərindəki gümüş camları hovuza batırıb çıxarır, başlarına çəkirdilər. Jasmin burnuna toxunan qoxudan anladı ki, hovuzlar qırmızı üzümdən hazırlanmış şərabla doludur. Çaşqınlıq və bədənini bürüyən ehtiras hissi ilə, yavaş-yavaş irəliyə doğru addımlamağa başladı. Budur, ehtirasdan od tutub yanan dəli kimi sevişən iki qadının yanından keçir. Budur, bir birini sığallayan gözləri sürməli iki kişi. Nəfəsini sinəsində saxlayaraq alt dodağını dişləri arasında ehmalca sıxdı.
Ağ əbalara bürünmüş keçəl qoca kişilər, dizləri üstə yerə çökmüş on üç, on dörd yaşlı bir-birindən gözəl qızların məmələrini şirin qoxulu çiçək yağı ilə ovuşdururdular. Ağ gül ləçəkləri və qırmızı şərabla dolu olan hovuzlar da var idi ki, bunların içində qara ipək tülü başı üzərində tarıma çəkən dik məməli qızlar rəqs edərək oxuyurdular :
...Bir içki evinin qapısında dayanan,
Mən ki tanrıça İştaram.
Fahişəyəm, anayam, qadınam, tanrıçayam.
Hayat mənəm,
Siz mənə ölüm desəniz belə.
Qanun mənəm,
Siz məni qanundankənar hesab etsənizdə.
Axtardığınız və tapdığınız da mənəm.
Dörd bir yana saçtınız məni,
İndi bərəkətimi toplayırsınız.”
Jasmin Qırandvalın bütün bədəni ehtirasdan tarıma çəkilmişdi. O, sağ əlini yaxasına ataraq, köynəyinin düymələrini əli əsə-əsə bir-bir açmağa başladı.
Gördüklərindən sərxoş olan Jasmin dərindən nəfəs almaq üçün üzünü tavana doğru tutub ağzını açanda, qızıl pulların havada necə oynadığını gördü. Bir anlıq pullardan birinin sifətinə çırpılacağını zənn etdi. Gözlərini qırparaq pulun, üzünün harasına dəyəcəyini gözləməkdən başqa çıxış yolunun olmadığını düşündü. Başını azacıq sol çiyninə doğru əyərək, sağ yanağını qızıl pulun ixtiyarına verdi. Jasmin bir anlıq gözlərinə inanmadı. Qızıl pulun dəydiyini hiss etmədən yanağından keçib sol ayağının bir qarış yaxınlığına necə düşdüyünü öz gözləri ilə gördü. O, baş verənlərin nə olduğunu anladı. Öz-özünə, bu, ya yuxudur, ya da ki sehrdir, dedi.
- Xeyr! Bu nə yuxudur, nə də ki sehrdir. Bu sənə açıq aydın göstərilən rəzillikdir. Gördüyün bu məkan, bütlərə tapınan bədbəxt kahinlərin məbədidir. Burda məskən salan fahişələrsə, özlərini tanrıça hesab edirlər. Onlar elə bilirlər ki, müqəddəs və pakdırlar. Öz çirkin əməllərindən utanmayan bu məlunlar zənn edirlər ki, bədənlərini yad kişilərin ixtiyarına verməklə, taxıl biçimi və üzüm yığımı zamanı bol məhsul götürəcəklər. And olsun haqqa ki, bunlar azmış Lut qövmündən də pisdirlər. Allahdan gizlənmək məqsədilə ikiqat olarlar. Onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqları və aşkar etdikləri hər şeyi bilir. Allah ürəklərdə olanları biləndir. Məgər onlara özlərindən əvvəlki Nuh, Ad, Səmud tayfasının, İbrahim qövmünün, Mədyən əhalisinin və şəhərləri alt-üst olmuş Lut tayfasının xəbəri gəlib çatmadımı? Peyğəmbərləri onlara aşkar möcüzələrlə gəlmişdilər. Allah onlara zülm edən deyildi, lakin onlar özlərinə zülm etdilər.
Bu sözləri əllərini üzünə doğru tutaraq gözlərini ovuclarına dikən, özünü Allahın gözü adlandıran Eynulla deyirdi.
Jasmin Qrandval onu tanıdı, heç nəyə və heç kimə fikir verməyərək ardına baxmadan qaçmağa başladı. Məbədin qapılarına çatıb özünü məbəddən bayıra atdıqda, dar bir dəhlizdə olduğunun fərqinə vardı. Nəzərləri divarları torpaq kərpiclərdən hörülmüş, şam işığı ilə işıqlanan dəhlizin sonunda balaca bir qapıya sancıldı nəzərləri. İçindəki bir səs, həmin qapıya tərəf çəkdi onu. Dizlərinin gözü titrəyən Miss Qrandval qapıya yaxınlaşdıqda, qapı özlüyündən açılmağa başladı. Həsir döşənmiş torpağın üstündə ayaqlarını altına qatlayaraq oturan qadın üz-üzə oturmuş biri ilə danışırdı.
- Kahinlər və şəhərin öndə gələn adamları, sizə iman gətirməyimdən rahatsızdırlar.
Jasmin, qara saçları azacıq kürəyinə doğru tökülən adamın üzünü görə bilmirdi. Və yalnız indi anladı ki, qadınla danışan kişidir. O deyirdi:
- Siz mənə yox, Hz. Süleymanın, Hz. İbrahimin, Hz. Davudun, Hz. Yaqubun, Hz. Musanın bütün bəşərin Allahına iman gətirmisiniz. Bilgin ana Məcdəlli Məryəm, Allah sizdən razıdır.
Zəyif şam işığında qadının üzü necə də işıqlı idi. O gözlərini aşağı dikib sağ əlini sinəsinə basaraq:
- Müqəddəs ata, hamımız Allahın quluyuq - dedi.
- Məcdəlli Məryəm, sənin haqqında yalan və iftiralar uyduracaqlar. Müqəddəs ruh mənə dedi ki, kahinlər və yolunu azmışlar səni əxlaqsız adlandıracaq. Misir məbədlərində rəzil ayinləri yerinə yetirdiyini söyləyəcəklər. And olsun Allaha ki, onlar cəhənnəm əhlidir.
- Ey Allahın sevimlisi Həzrəti İsa, xatırlayırsanmı? Güldən danışmışdın mənə. Ona necə buyrulmuşdu?
Jasmin qadınla söhbət edənin Hz İsa olduğunu bilincə, dişlərinin şaqqıltısından qulaqları tutuldu. Gözlərindən süzülən yaş dənləri gözlərini görməz etdi. İçəri daxil olaraq Hz İsanın üzünü görmək istədi. Elə o andaca ağır bir qaya kimi yerə saplandı. Durduğu yerdən bir addım da kənara qoya bilmədi.
- Xatırlayıram Bilgin ana. Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun oğullarına nazil edilənə, Rəbbi tərəfindən Musa, İsa və peyğəm-bərlərə verilənlərə inandıq və onların heç birini bir-birindən ayırmırıq. Biz yalnız Allaha təslim oluruq!
- Nə gözəl buyrulmuş. Mən, Bilgin qadın Məcdəlli Məryəm, açıq-aşkar sənin şahidliyinlə and içirəm ki, yalnız Allaha məxsusam. Amin!
- Amin!
- Ey Allahın sevimlisi Həzrəti İsa, cahil qadın və qızları aldadaraq özlərinə alət edənlər, qarşılarında hər zaman məni gördü. Əlbətdə ki onlar, haqqımda şər və böhtanlar deyəcəklər. Onlar sənin haqqında az yalan uydurdular? Hətta sənin bəzi tərəfdarların da, onların yalanlarına qulaq verərək Allaha şərik qoşurlar. Sənin, Allahın oğlu olduğunu söyləyirlər.
- Tövbə! Başınıza and içməyin. Çün ki saçınızın tək telini belə nə ağ, nə də qara etmək iqtidarında deyilsiniz. "Hə"-niz hə, "Yox" -unuz yox olsun. Bundan artığı şeyt-anındır. Allah doğmamışdır, doğlulmamışdır! Allah yanında İsa da Adəm kimidir. Allah məni torpaqdan yaratdı. Sonra mənə, “Ol!” - dedi, mən də oldum. Həqi-qətlərin aşikar olduğu gün məndən sorulacaq: “Ey Məryəm oğlu İsa, sənmi insanlara demişdin Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin ?” Mənsə Sən pak və müqəddəssən, haqqım çatmayan sözü söyləmək mənə yaraşmaz! Əgər mən bunu demiş olsaydım, sən mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən. Mən isə sənin zatında olanları bilmirəm. Şübhəsiz, qeybləri bilən ancaq Sənsən! - deyəcəm. Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: -Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!
XAÇ surə
Buludların ətəkləri qırmızı rəngə çalırdı. Göylər qapılarını çəkib örtmüşdü. Qüdsün dar və dolanbac küçəsində heç nə olmayıbmış kimi var-gəl edən insanlar, çox güman ki, göylərin hökmündən xəbərsizdir.
Bir az əvvəl Məcdəlli Məryəmlə Hz. İsanın söhbətinə şahidlik edən Jasmin Qrandvala çox şey aydın olmuşdu. “ Allahın salamı olsun ona.” Bu sözləri, Məcdəlli Məryəmi düşünən Jasmin Qrandval dodaqları arasında pıçıldadı.
Hz. İsa Bilgin anayla sağollaşaraq zirzəmidən çıxdıqda, Jasmin yanından keçən Allahın elçisinin üzünü görməyə çalışmış, fəqət gözlərindən tumurcuqlayan yaşlar buna imkan verməmişdi. O sadəcə, gözlərindəki yaş pərdəsinin arxasından kəskin işığa tamarzı-tamarzı baxmalı olmuşdu. Sonra ayaqları sanki zəncirləndiyi yerdən açılaraq buraxılmış və o da, daş pillələrlə Həz-rətin arxası ilə gedərkən özünü indi dayandığı küçənin ortasında görmüşdü.
Birdən, qulaqlarının və gözlərinin eşidib gördüklərinə şahid oldu.
- Ey Qüds əhli! Ey peyğəmbərləri və Allahı danmaqda mahir olan İsrail övladları. And olsun İbrahimə, and olsun Süleymana, and olsun Musaya, and olsun Yaquba ki, cəhənnəmin səmun küləkləri bizi yerlə-yeksan edəcək! Əhd divarı başımıza uçacaq! Tur dağı boyda daşlar töküləcək üstümüzə! Yediyimiz xurmalar, zəqqum kimi boğazımızda od olub tutuşacaq! Biz zəlilik! Vay bizim halımıza!
Küçənin baş tərəfində dayanaraq əllərini havada yelləyib qış¬qıran kişinin hay-həşiri Mis Jasmin Qrandvalı ona tərəf getməyə sövq etdi. Kişi vay-şüvən edə-edə küçənin başından sağa burularaq gözdən itdi. Jasmin də, küçədəki bir çoxları kimi kişinin ardınca qaçmağa başladı. Nədənsə hiss edirdi ki, dəhşətli bir mənzərəylə qarşılaşacaq. Bir anlıq görüntü aləmində seyrə daldığını unudub yanından keçən kəsdən soruşdu:
- Nə olub?
Ondan bir neçə metr öndə gedən kişilərin təntiyə-təntiyə, “Meydanda Məryəm oğlu İsa çarmıxa çəkilir” – deməklərindən hər şeyi anladı.
- Bu gördüyünüz məlun, Məryəm oğlu İsa, özünü İsrail xalqının kralı elan edib. İddia edirdi ki, guya Allahın oğludur. Guya biz ona və onun anasına səcdə etməliyik.
Miss Jasmin Qrandval izdihamın arasından su kimi sızıb çarmıxın önündə dayandı. Günəş yarım gün göy üzünə yüksəlmişdi. Parlaq günəş ziyası gözlərini qıyaraq çarmıxdan nəzərlərini ayırmayan Jasminin üzünə sancılmışdı. Çarmıxa çəkilmiş adamın kölgəli üzünü görüb diksindi:
- Şeytanın şərindən Allaha sığınıram...
Keçəl başı günəşin şuaları altında par-par parıldayan qoca, çarmıxın dibində sağa-sola var-gəl edərək üzünü kütləyə tutub ucadan danışırdı:
- Bəs əgər bu kişi Allahın oğludursa, çarmıxda niyə belə çarəsiz qalıb? Ölüləri diriltdiyi söylənilirdi. Görəsən bu bədbəxt özünü də dirildə biləcəkmi? Ey məlun, vücudunun hər tərəfi doğram-doğramdır. Hanı sənin yaralardan axan qanı durdurmaq kəramətin? Bəs dilinə nə olub? Qamçılananda da, çarmıxa çəkiləndə də, dil açıb atanı köməyə çağırmadın, susdun. Nə üçün susdu-ğunun sirrini mən indi burda hər kəsə bəyan edəcəm. Ona görə susdun ki, səsinə səs verən olmayacaqdı. Əvvəlcədən işarə edib susma orucu tutduğunu bildirərək hiyləgərlik etmiş oldun. Ey Məryəm oğlu İsa, sən bir çoxlarının qəzəbinə tuş gəldin. Təkcə romalıların tanrı-larını özünə düşmən etmədin, eləcə də ehtiyac içində yaşayan insanların inancı ilə oynayaraq onları kahinlərin və zən¬ginlərin üzərinə qaldırdın. Öz sehr və cadularınla əminəmanlıq içində yaşayan Qüdslülərin arasına nifaq toxumu səpdin. Sən bu çarmıxa və başına keçirilmiş paslı dəmir taca layiqsən.
“İnsanlar özlərinə niyə belə əzab verirlər?” - Jasmin Qrandval düşünürdü.
Nə bir saatdan az, nə iki saatdan çox. Çarmıxa çəkilən Allahın mükafatlandırılmış qulu, başını sağ çiyninə qısaraq ya huşunu itirdi, ya da öldü. Öldüyündən əmin olmaq üçün, iki əsgərə süngü ilə sinəsini deşdəkləmək əmr oldundu. O, heç qımıldanmadı da. Bir neçə saat sonra, meydana toplaşanların hərəsi öz işinin arxasınca getdi. Dişlərini sıxıb gizlincə ağlayanlar da, “şarlatan Məryəm oğlu İsa” deyib, qışqıranlar da, çox çəkmədi ki, tamaşanı bitmiş sayıb meydandan uzaqlaşdılar. Şübhələrə qapılıb imanlarını tərk edənlər, öz-özlərinə “Bu da bir dövr idi gəldi keçdi” deyərək qəlblərini möhürlədilər.
Jasmin öz gözləri ilə gördü. Meydanda, yalnız iki roma əsgəri və bir də onlardan azacıq kənarda at belində dayanan kök bir kişi qalmışdı. Əsgərlərdən biri çarmıxdan endirdikləri adamla nə edəcəklərini öyrənmək üçün atlıdan soruşdu:
- Eyyy, komandir Jozef Arimeteay, bunu nə edək?
- Sizə verdiyim ağ kətana bükün. Sonra arabaya qoyub aparın şəhər kənarında basdırın. Mən də arxanızca gələcəm.
Jasmin Qrandval tamam taqətdən düşmüşdü. Dodaqları susuzluqdan od tutub yanırdı. Sonra yavaş-yavaş gözləri qaraldı. Daha sonra qulaqları hardansa ağı səsi eşitdi. Yumulmaqda olan göz qapaqlarını qəfil ciddi-cəhdlə açan Jasmin, səs gələn tərəfə boylandıqda, qara örtüyə bürünmüş üç qadın gördü. Bir də baxdı və nəhayət anladı ki, indi tamam başqa yerdədir. Ətrafa göz gəzdirdikdə, yaxınlıqda quru təpələrdən və uzanıb gedən düzənliklərdən başqa heç nə görmədi. Qadınlar ağla-yırdı. Jasmin onlardan birini tanıdı:
- And olsun Allaha və əhdimə ki, sənin öldüyünə zərrə qədər də inanmıran. Sən ölməmisən. Və əgər bu məzar-dasansa, qalx bizə Allahdan danış, hikmətlər söylə.
Məcdəlli Məryəmin yanındakı qadınlarsa, ovunmaq bilmirdilər, elə hey içlərini çəkə-çəkə ağlayırdılar. Birdən, Məcdəlli Məryəm dedi:
- Susun! Mənim eşitdiyimi siz də eşitdinizmi?
Qadınların ikisi də bir ağızdan “Xeyr, eşitmədik” dedi.
- And olsun Allaha ki, torpaqdan səs gəldi. Mənə kömək edin.
Bunu deyib torpağı eşməyə başladı. Yanındakılar da, Məcdəlli Məryəmi köməksiz qoymadılar. Jasmin heyrət içində bu işin nə ilə nəticələnəcəyini gözləyirdi. Yarım saat sonra qışqırıq səsi Jasminin tüklərini ürpərtdi. Qadınlar, ağlaya-ağlaya, haray salıb, məzarın üstünü örtmüş son torpağı kənara atdılar. Məcdəlli Məryəm belinə doladığı kəmərdən su tuluğunu çıxardıb məzarın içinə doğru əyildi. Mis Jasmin Qırandval təəccüb içərisində onlara tərəf bir neçə addım atdıqda, yerindəcə donub qaldı:
- Bu ki Yəhudadır?!
Qadınlar kişini məzardan çıxardıb yerə uzatdılar. Məcdəlli Məryəm onun üzünə öz əlləri ilə su çəkdi. Kişi yavaş-yavaş özünə gəlməyə başladı. O zarıyaraq dodaqlarının altında nəsə deyirdi. Çox çəkmədi ki, kişi tamam özünə gəldikdən sonra, hələ də ağlaşıb dua edən qadınlara bir söz demədən heysiz bir şəkildə ayağa qalxdı. Aramla ağ kətana bürünərək sağ ayağını çəkə-çəkə qadınlardan uzaqlaşmaq istəyirdi ki, Məcdəlli Məryəm üzünü ona tutub soruşdu:
- Ey Allahın sevimlisi, möcüzələri ilə bizə haqqın dəlillərini göstərən Məryəm oğlu İsa, hara gedirsən?
- Mən İsa deyiləm!
Bunu üzünü geri çevirmədən zarıya-zarıya deyən kişi, onlardan uzaqlaşdı. Qadınlar ayağa qalxıb onun ardınca getdilər. O, demək olar ki, hər atdığı addımda İsa olmadığını təkrarlayırdı. Məcdəlli Məryəm qaıb onu saxlmaq istədi, amma bacarmadı. İsa adlandırdıqları, onlardan üz çevirirdi. Az sonra, təkidlə, qışqıra-qışqıra İsa olmadığını deyərək, qaçmağa başladı. Kişi gözüyaşlı qadınların yalvarışlarına məhəl qoymadan daşkəsəkli təpəni keçib get-gedə gözdən itdi. Jasmin onun arxasınca gedib təpəni aşdıqdan sonra, yaşıl bir vahəyə yetişdi. Xortlayan adamla burda rastlaşdı. O, addımlarını arxasınca sürüyə-sürüyə su deyib güclə özünü ağacın gölgəsinə çatdırmağa çalışırdı. Susuzluqdan və çox güman ki, yaralarının ağrısından əzablar içində qıvrılan adam suyun lap yaxınlığındaydı. Bir az nəfəsini dərib sürünə-sürünə suya çatmağa çalışdı. Başını büs-bütün suyun içinə salaraq doyunca içdi. Özünə gəldikdən sonra suyun içinə girib əl-üzünü yumaq istəyəndə, durduğu yerdən dik atılıb qışqıraraq suyun kənarına sıçradı.
- Yoooox! Bu ola bilməz! Mən Yəhudaya...a..a..m, Yəhuda..a..a! Allahın oğlu İsanın öz əmri ilə onu otuz axçaya satan Yahudayam. Ey müqəddəs ruh, vücudumdakı yaralardan xəbərsiz olduğum kimi, and olsun ki, çöhrəmdən də xəbərsizəm. Sənin əmrini yerinə yetirərkən, müjdələnəcəyimi söyləmədinmi? Elə kafirlərin gözü qarşısında dodaqlarımdan öpüb mənə xeyir dua vermədinmi? Ey Allahın oğlu, mənə nə olub? Vay mənim halıma! Öz istəyinlə səni ələ verdikdən sonra içimə əkdiyim şübhə toxumlarına görə vay mənim halıma! Mən bədbəxt və rəziləm. Mən imanı axsayan lənətli qulam.
Jasmin bütün bunları eşitdikdən sonra, dizləri üstə çöküb ağlayan kişinin üzünə diqqət yetirdi və əmin oldu ki, bu, sonuncu dəfə xəstəxanada gördüyü Yəhuda deyil.
Allahı dərk etmək üçün, o qüdrət sahibi haqda düşünmək lazım deyil. Sadəcə, onun bizə verdiklərini və bizdən aldıqlarını, əvvəlimizi, eləcə də axırımızı xatırlamaq bəs edər.
Bu odur, Yəhudadır. Miss Qrandval gözləri ilə görüb şahid oldu. Yəhuda su üzündə öz çöhrəsinin əvəzinə Hz. İsanın çöhrəsini görüb ağlını şeytana öz əlləri ilə verdi. Ağlı başından çıxan Yəhuda vahə yaxınlığındakı mağarada özünü öz kəfənindən asdı.
VƏHY surəsi
(Mən bununla da elmimi tamamladım)
Ayə (amen)
Dünyanın bütün mistik təlimlərinin başlanğıcı bu kəlamla başlayır: "Ey insan özünü dərk et". Dərketmənin sonuncu ifadəsi isə belə səslənir: "Ənəlhəqq - Mənəm Allah"
Ayə (B)
Allah deyilən anlayışın kökü, insanın özünü dərkindən keçən və insanın özü olan sirli bir qavramdır. Makrokosmos olan kainatın mikrokosmos olan insan varlığı ilə valehedici eyniliyi artıq elmin də, qəbul etdiyi sadə həqiqətdir. Amma bu həqiqət elmi cəhətdən əsaslandırılmadan çox-çox əvvəlki zamana aid dao, zen, təsəvvüf adlanan kamil öyrətilərin bilginləri tərəfindən dərk edilmişdir.
Ayə (C)
Dünya təfəkkür tarixinin ən acı taleyi bu öyrətilərin doğru anlaşılmamasıdır. Bu Kvant fizikası haqqında Riçard Feymenin dediyi - "Əslində kvant nəzəriyyəsini heç kim anlamır" fikrinə bənzəyir. Ancaq bu öyrətilərin içində Ənəlhəqqi daha açıq və kamil şəkildə ifadə edən topluluq heç şübhəsiz Təsəvvüf əhlidir. Bildiyimiz kimi təsəvvüfün mərkəzində kamil insan anlayışı durur.Kamil və ya qeyri-kamil biz insanlar kimik? Təsəvvüf niyə insanı böyük zirvələrə qaldırır? Bəli,həqiqətə gedən mistik yolun başlanığıc sualı da məhz "mən kiməm" sualıdır.
Ayə (X)
Dünyanın tanıdığı ən böyük mistiklər məhz özlərinə ilk olaraq bu sualı vermişlər. Dərin, vəcd halına gələnə qədər, içsəl yolçuluğa çıxmış bir insanda bu sual artıq sual olmaqdan çıxaraq axtarışa, arayışa çevrilir və alman psixoloqu Yaspirsin dediyi - beyindəki sərhəd situasiyası halına yaxınlaşır. Sonda insan bu ekstatik halda həqiqəti görür, eşidir və yaşayır. İnsanın daxili dünyasının gizli, sirli sahələririnin açılışı insanı bütün varlıqla vahid-vücud halına gətirir.Yoqada bu gizli sahələrə şakralar, təsəvvüfdə isə lətaiflər deyilir. Bu hala, məqama çatmış, kamilləşmiş insan üçün artıq fərdi "mən" anlayışı məhv olur. Bütövlüyü ifadə edən "mən" anlayışı yaranır.
Ayə (La)
Varlıqla bu həllolmaya təsəvvüfdə Fəna-fillah halı deyilir. Məhz bu səbəbdən sufilər “La ilahə illallah əvəzinə Lə ənə illə ənə yani" məndən başqa mən yoxdur deyirlər. Bistami "Allaha şükr" dediyində məhz bu həqiqəti, bu halı ifadə etmişdir. Bu daxili, içsəl vəziyyət elə mistik, elə dəhşətli andır ki, onu anlamaq yox, yaşamaq lazımdır.
Ayə (8)
Çünki bu zaman rəqs edən dərviş ölür, yalnız rəqsin özü qalır. Daim var olan və olacaq rəqs... Bu əbədiyyət musiqisinin, rəqsinin bir hissəsi olan insan orqanizmi tam olaraq varlığın fiziki qanunları ilə də mükəmməl eynilikdədir. Yəni,"Hər nə var aləmdə, örnəyi var Adəmdə" deyimindəki kimi. Əslində insan varlığındakı bu mistik keçid halı, mənə böyük fizik N.Borunun atom haqqındakı üçüncü postulatını xatırladır. Postulatda deyilir: Atom bir istansionar halda digərinə keçdikdə, bir kvant enerji udur və ya kvant enerji şüalandırır. Bu eyniliyin varlığı, insanın, varlığın ayrılmaz parçasıolması ideyasının tasdiqidir.
Ayə (De!)
Bütün sufi bilginləri hər şeyin, insan da daxil olmaqla, əbədi bir bütünün parçası olduğuna və sonunda hər şeyin bütövə dönəcəyinə inanırlar və bu sırada insanın vəzifəsi də özünü bu dönüşə hazırlamaqdır. Beləliklə bu mistik yolun dərin qatlarına enən sufilər insan varlığını heyrətə düşürəcək fikirlər səsləndirirlər "ƏNƏLHƏQQ, ƏNƏLHƏQQ..."
Ayə (T)
Bu sirr ondan ibarətdir ki, onun özündən, ruhundan Bütövün səslənişi eşidilir və bu Tanrının səsidir, Varlığın səsidir, hansı ad verirsiniz verin bunun həqiqətdə heç bir fərqi yoxdur. Çünki həqiqət sözlə, adla ifadəedilməz bir məfhumdur. Yəni var olan hər şey- çay, dağ, meşə, insan, su, hava, od və sairə Tanrıdır, Bütövlükdür. Onu duymaq,varlığımızda hiss etmək lazımdır. Məhz bunu nəzərə alan R.Oşo deyirdi ki,Tanrı kəşf ediləsi bir şey deyildir, xatırlanası bir şeydir.
Ayə (Eynəlhəqq)
Bəli, yenə də məhşur başlanığıc sualı- Mən kiməm və son cavab- Ənəlhəqq!
Fikrimcə Məhəmməd peyğəmbər bu gün dindarların qəbul etdiyi kimi yox, tamamən mistik yaşama malik təsəvvüf əhli, sufidir. Ən azından onun "HİRA" mağarasında tək qalaraq keçirdiyi zaman və varlıq sirlərini anlamağa çalışaraq mütəmadi - "Rəbbim məni aydınlat, mən kiməm, nə üçün yaradıldım, əşyanın həqiqətini mənə göstər" kimi din alimlərinin xəbərsiz olduğu bir mistik Hira dövrü olmuşdur. Sadalanan sualları varlığının dərinliklərinə hopduran HZ Məhəmmədin qəlbi açılmış, ( o qəlb sahəsi ki, insanın köksündə yerləşir və buna yoqada qəlb çakrası deyilir) bu zaman qəlbindən poetik səslər, sözlər gəlmişdir. Quranda bu - "Biz onun köksünü genişlətdik" şəklində vermişdir. Və yaxud da, "Könül gördüyündə aldanmadı" kimi... Yəni əslində o səslər, sözlər onun daxilindən, özlüyündən gələn Vəhy, ilham idi ki, bu da potensial olaraq hər bir insanda mövcud olan böyük sirrdir.
Böyük sufi C.Rumi bu həqiqəti belə ifadə etmişdi: "Allah görünmədiyi üçün peyğəmbərlərdən özünə vəkil seçər. Yox yalnış dedim, vəkil edənlə, vəkil arasında heç bir fərq yoxdur." Yaxud dahi E.Miyanəçi Tanrını bütövlüyün özü olduğunu nəzərə alaraq dediyi- "Allah saysız atributlara malik olan substansiyadır" deyimi eyni həqiqəti, eyni görüşü ifadə edir. Bu yolun böyük mürşüdü Nəsimi də: "Könlüm təcəlli nurudur, onun üçün Tur olmuşam" deyərkən vəhyə dayanan şeirlər dediyini açıq şakildə bildirmişdi. Deməli Ənəlhəq bütövlüyün daxili səslənişidir və məncə ən böyük həqiqət, vəhy, özünü Ənəlhəqq ifadəsində tapmışdır. Tanrının insandakı özünü təsdiqi kimi, Mütləq ideyanın insan təfəkküründə yenidən özünə qayıtması kimi.
Ayə (Hal)
Təsəvvüf əhlinin ən mistik insanı olan Mənsur Həllacın həyatından kiçik bir fraqment isə bizi əsil həqiqətə götürür. Bu o Həllacdır ki "Tanrıya iki rükət namazla da çatmaq olar, yetər ki, o namazın dəstəmazını insan öz qanı ilə alsın" demişdir. Ustadı Cüneyd Bağdadi Həllaca - "Ənəlhəqq" deməyi kəs, sənin Allah olduğunu, özümün Allah olduğumu hər kəsin Allah olduğunu bilirəm, amma bunu sirr saxla, insanlar çox ağılsızdır, başını bəlaya salma. Mənə bir də bu sirri açıq deməyəcəyinə söz ver” demişdir. Ancaq söz verməyinə baxmayaraq, ekstatik halda Mənsur Həllac yenə də "Ənəlhəq" deyə hayqırmışdır. C.Bağdadi ona "Axı mənə söz vermişdin" - dediyində Mənsur Həllac "Mən sənə söz vermişdim, Tanrı ki söz verməmişdi, mən özümdən keçdiyim zaman bunu “O” deyir, mən yox", - deyə cavab vermişdir.
Ayə (T)
Sufilərin insan ətrafında bu qədər dönmələri məhz Allah anlayışının insan olması ilə bağlıdır. Bu bağlılıq onların Mürşüdə münasibətində özünü açıq şakildə göstərməkdədir. "Mürşüdü anlamayanın Allahı olmaz" tezisi düz hədəfə vurur. Bütün bunları nəzərə alan sufilərdə Allah qorxusu, din qorxusu, cənnət, cəhənnəm qorxusu yoxdur. Yalnız Allah sevgisi vardır. Odur ki, Haqq insandadır, hər şey insanın qəlbində gizlənib, insandan kənarda haqq aramaq mənasızdır. İnsan səcdə ediləcək məqamdır, mehrabdır. Birlik insanın Tanrı olduğunu anladığı nöqtədir. Tanrı deyilən fərdi varlıq yoxdur. Hər gecə göy üzünə və ya güzgüyə baxıb əngin bir ruhsal varlığın fiziki bədənini görürük əslində. Bizlər yaradıcı qaynağın parçasıyıq və o səbəbdən yaradılış elə bizim vasitəmizlə baş verməkdədir, var olmaqdadır.
Ayə (O)
Kosmik güc hər yerdə,çevrəmizdə, içdiyimiz suda, günəşdə, vücudumuzu isindirən işıqda, üzərində gəzdiyimiz yaşıl çəmənlərdə...hər yerdə mövcud olandır. O güclə bütünləşə bilən bir zehin o gücün daxilindəki bütün bilgiyə və kainatın hər nöqtəsinə bir anda çata bilən gücə sahib olur. Bunun üçün öncə daxilimizdəki savaşdan qalib çıxmalıyıq. Özümüzü və maddəni aşmadıqca təsəvvüf əhlinin çatdığı Aydınlanma yoluna əsla qovuşmayacağıq.
Həzrəti Müəllif
SON