Bu gün "Don Marleone" filminin qala gecəsi keçirilib. Teleqraf.com xəbər verir ki, gecədə tanınmış simalar iştirak edib.
"Don Marleone" ilə ilk filmini çəkən rejissor Elmar Bayramov çox çətinlik çəkmədiyini deyib: "Bizim tələb etdiyimizi komanda, komandanın tələb etdiyini də biz yerinə yetirdik. Beləcə bir-birimizi başa düşdüyümüzə görə qış, soyuq olmasına baxmayaraq hər şey çox yaxşı keçdi. Mən filmdən çox razı qaldım. Çünki ilk filmim idi, bununla fərqli yanaşma, fərqli baxış təqdim etmək istəyirdim. Buna nail olduğuma görə sevinirəm. Amma insanların filmi necə qəbul edəcəyini zaman göstərəcək".
Rejissora "Niyə məhz Don Marleoni" sualını verincə o "Əslində Don Karleonidir, sadəcə hadisələr onu Don Marleoni edir" deyə bildirib.
Filmin çəkilişləri Azərbaycanda müxtəlif məkanlarda, eləcə də İtaliyada çəkilib. Rollarda Rüstəm Cəbrayılov, Natavan Əfəndiyeva, Murad Abdullayev, Rövşən Məmmədli, Sain Fərhad, Nofəl Şahlaroğlu və başqaları çəkilib.
Nərmin
Foto Nurlan