Teleqraf.com xəbər verir ki, bu barədə filmin sosial şəbəkə hesablarında məlumat yayımlanıb.
Bildirilir ki, ekran əsəri ABŞ-da keçirilən 50-ci “Vördfest Hyusyon” (Worldfest Houston) beynəlxalq film festivalında elmi-fantastika kateqoriyası üzrə REMİ mükafatına layiq görülüb.
Filmdəki hadisələr xəyali gələcəkdə baş verir – orada dövlət hər bir insanın əcdadlarının peşəsinə baxaraq onun seçməli olduğu peşəni təyin edir. Hər bir sistemdə olduğu kimi bu sistemdə də “qüsurlu ünsürlər” var və onları aradan qaldırmaq lazım gəlir.
Filmin rejissoru “Qiymət Cədvəli” (2011) və “Feromon” (2016) filmlərinin müəllifi Murad Əliyevdir. Filmdə Məhəmməd Verdizadə, həmçinin Cavid Verdiyev və Leyla Qurbanova, Oktay Namazov çəkilib.
Pərvin