7 Sentyabr 2017 00:44
2 696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor Cavanşir Hadıyevin layihə rəhbərliyi, Faiq Kərimoğlunun quruluşçu rejissorluğu ilə “Şirin xəyallar” adlı yeni teleserial yayıma hazırlaşır.

Bu barədə məlumatı Teleqraf.com-a həmin serialda rol alan aktyor-rejissor Elvin Əhmədov deyib. O, filmin 1-ci bölümünün artıq hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, filmin ssenari müəllifi Rəmziyyə Cılqamlı, quruluşçu operator Rauf Qurbanəliyev, quruluşçu rəssam Şahin Həsənli, bəstəkar Natiq Qəzənfəroğludur.

“Şirin xəyallar” teleserialında həmçinin Zemfira Abdulsəmədova, Abdulqəni Əliyev, Xalidə Quliyeva, Şamil Süleymanov, Səidə Quliyeva, Abbas Qəhrəmanov, Cavanşir Hadıyev, Mələk Abbaszadə, Nicat Əli və başqa tanınmış aktyor və aktrisalar rol alıb.

Xatırladaq ki, Elvin Əhmədov daha əvvəl “Sara” filminin rejissoru və baş rol ifaçısı kimi tanınıb. O, “Şirin xəyallar” serialı ilə paralel, daha iki serialda da çəkilir. Belə ki, ATV-də yayımlanacaq “Yarpaqlar” və ARB-də efirə gedəcək “Fərid və Leyla” seriallarının baş qəhrəmanlarındandır.


Müəllif: Könül

Oxşar xəbərlər