ABŞ-ın Los-Anceles şəhərində 75-ci "Qızıl qlobus" mükafatçıları arasında türk rejissor da var.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Fateh Akının "In the Fade” (“Parça-parça”) filmi "Ən yaxşı xarici film" nominasiyası üzrə qalib olub.
Akın “Qızıl qlobus”un 75 illik tarixində mükafat alan ilk türkdür. O, mərasimdən sonra verdiyi açıqlamada mükafat alacağını gözləmədiyini deyib:
“Ən yaxşıların arasında olmaq kifayətdir. Mükafat alacağımı gözləmirdim. Gözləmədiyin bir şey baş verincə daha xoşbəxt olursan. Diana olmasaydı, burda olmazdım. İnşallah, “Oskar” da alarıq”.