27 Mart 2018 17:10
3 285
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Damla konsert proqramı ilə çıxış edib.

“Elektra Event Hall”da baş tutan gecə milli rəqs qrupunun möhtəşəm çıxışı ilə başlayıb. Damla DJ Roshka ilə səhnəyə çıxaraq “Qürur” və “Vur ürəyimdən” mahnılarını səsləndirib. Konsertdə iranlı qonaqlar üstünlük təşkil edib. Onlar mahnıları ifaçı ilə birlikdə ifa ediblər. Əcnəbi kişilərin göz yaşı axıtması isə diqqətdən yayınmayıb.

Gecədə diqqət çəkən məqamlardan biri də sənət dostlarının Damlanın yanında olmaması olub. İfaçı ayrı-seçkilik salıb heç kimin xətrinə dəymək istəmədiyini, bunun üçün onları dəvət etmədiyini deyib.

Bir müddət öncə atasını itirən Damla konsertini təxirə salmağın mümkünsüz olduğunu da dilə gətirib: “Xarici ölkələrdə konsertlər təşkil olunmuşdu, təxirə sala bilmədim. Çünki bunun üçün uzun zaman lazım idi. Həm də insanları yarıda qoymuş olacaqdım. Son konsertim isə məkana görə təxirə salına bilmədi. Burada hər günün öz proqramı var. Ona görə vaxtı dəyişə bilmədik. Mən ailə saxlayan qadınam. İşləməsəm, yaşaya bilmərəm”./Musavat.com/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər