30 Dekabr 2019 21:30
1 764
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşgüzar xanım Ruhi Əliyevanın təşəbbüsü ilə “Liatris Yapım” şirkətinin Türkiyədə ərsəyə gətirdiyi “Ağır Romantik” filminin yayım tarixləri bəlli olub.

Teleqraf.com xəbər verir ki, baş rollarını aktyor Onur Tuna və aktrisa Tuvana Türkayın canlandırdığı “Ağır Romantik” Türkiyə də daxil olmaqla Avropa ölkələrində fevralın 13-də, Azərbaycanda isə martın 5-də “CinemaPlus” kinoteatrlar şəbəkəsində yayımlanacaq.

Filmin qala gecəsinin tarixi də məlum olub. Belə ki, ekran işinin təqdimatı fevralın 14-ü İstanbulda, martın 7-si isə Bakıda aktyorların iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, “Ağır Romantik”də Altan Erkekli, Gazanfer Gündüz, Semra Dinçer, Servet Pandur, Durul Bazan və Sermiyan Midyat kimi məşhur simalar da rol alıb.


Müəllif: Rəqsanə Həsənova