Amerikalı fermer velosipedi oğurlamağa cəhd edən şəxsi kəmənd ataraq tutmağa nail olub, yerli polis bildirir. Hadisə Walmart mağazası qarşısında avtomobillərin park edildiyi ərazidə baş verib.
28 yaşlı Robert Borba alış-verişini maşına yükləyərkən velosipedi qaçırılan qadının çığırdığını eşidib.
Fermer maşının arxasında olan treylerdəki atı minərək oğrunun arxasınca düşüb. Bir qədər sonra o, kəmənd ataraq velosipedi qaçıran şəxsi tutmağa nail olub.
Yerli KİV-lərə müsahibə verən cənab Borba sürətlə qaça bilmədiyini qeyd edib. O deyib ki, at olmasaydı, çox güman ki, o velosipedi ələ keçirmək istəyən şəxsi yaxalaya bilməyəcəkdi.
Hadisə yerinə gələn polis əməkdaşları kəməndlə yaxalan şəxsə ilk dəfə rast gəldiyini etiraf ediblər.