20 İyun 2016 16:38
1 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Feysbuk sosial şəbəkəsində xeyli ictimai-siyasi xadim iyunun 13-də Mehman Cavadoğlunu doğum günü münasibətilə təbrik edib. Peşəkar jurnalisti təbrik edənlər arasında Hikmət Hacızadə, Musa Quliyev, Qubad İbadoğlu və digər şəxslərin adını qeyd etmək olar.

Lakin Mehman Cavadoğlunun doğum tarixi iyunun 13-ü deyil, dekabrın 11-dir. Buna baxmayaraq, yüzlərlə insan Cavadoğlunu iyunun 13-də təbrik edib. Bunun bir təxribat və yaxud yanlışlıq olduğu bəlli deyil.

Teleqraf.com xəbər verir ki, artıq Mehman Cavadoğluda bu maraqlı faktla bağlı açıqlama verib. O, ad günü münasibəti ilə onu təbrik edən insanlara dərin təşəkkürünü bildirib:” Amma yəqin ki, şəbəkədə texniki səhv olub. Mənim ad günüm dekabr ayındadır”.

Cavid


Müəllif:

Oxşar xəbərlər