Belarus prezidenti Aleksandr Lukaşenkonun "paltarınızı çıxarın, tərləyənə qədər işləyin" deməsi sosial şəbəkə istifadəçiləri arasında istehza doğurub.
1994-cü ildən hakimiyyətdə olan Lukaşenko maliyyə böhranını dəf etmək üçün insanların zəhmətə qatlaşmasını vacib sayıb. Amma o, bunu üçün ifadə seçərkən diqqətsizliyə yol verib. Belarusda lokal çərçivədə işlədilən "soyunub işlə" deyimi prezidentin dilindən çıxınca insanlar arasında birmənalı qarşılanmayıb. Özünü "el atası" adlandıran və insanların həyatına müdaxilə etməyi xoşlayan Lukaşenkonun ifadəsi gənclər arasında ironiya yaradıb.
Ayxan