Milyonlarla Android cihazlarında istifadə edilən proqramda tapılmış ciddi təhlükəsizlik xətası hakerlərin telefondakı məlumatlara çıxışını asanlaşdırır.
Checkpoint araşdırmaçıları müəyyən edib ki, Qualcomm şirkətinin istehsal etdikləri məlumat daşıyıcılarındakı (çip) proqramda xətalar var.
ABŞ istehsalı olan Qualcomm mühərrikləri 900 milyon Android telefonunda mövcuddur. Hərçənd ki, hazırda bu yolla məlumatlara hücum edərək törədilən kibercinayətlərə dair dəlillər yoxdur.
"Çox əminəm ki, qarşıdakı 3-4 ay ərzində bu boşluqlardan istifadə ediləcək", Checkpoint şirkətinin mobil məhsul şöbəsinin rəhbəri Michael Shaulov qeyd edib.
Boşluğun olduğu cihazlar bunlardır:
BlackBerry Priv və Dtek50
Blackphone 1 və Blackphone 2
Google Nexus 5X, Nexus 6 və Nexus 6P
HTC One, HTC M9 və HTC 10
LG G4, LG G5, və LG V10
New Moto X Motorola
OnePlus One, OnePlus 2 və OnePlus 3
Samsung Galaxy S7 və Samsung S7 Edge-in ABŞ variantları
Sony Xperia Z Ultra
Cənab Shaulov bildirib ki, mühəndislərin 6 aylıq əziyyəti nəticəsində bu problem aşkarlanıb.
Xətalı proqram qrafikləri və telefonun daxilində müxtəlif proseslər arasında münasibətləri müəyyənləşdirən kodları idarə edir.
Bu hakerə imkan verir ki, telefona və onun məlumatlarına günbəgün daha çox sahib olsun.
Checkpoint bu ilin əvvəlində Qualcomm-a bu barədə xəbərdarlıq etmişdi.
Qualcomm isə cavabənda demişdi ki, xətaları aradan qaldırmaq üçün yeni versiyanı tətbiq edir.
Cənab Shaulov istifadəcilərə məsləhət görür ki, tətbiqləri yalnız rəsmi Google Play bazarından yükləsinlər.
Qualcomm yeni iddialar barədə şərh verməyib.