Bu ilin ilk yeddi ayında dəmir yolu nəqliyyatı ilə 8,3 milyon ton yük və 1058,4 min sərnişin daşınıb.
Hesabat dövründə 2015-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 18,6 faiz, sərnişin daşınmasında isə 8,1 faiz azalma müşahidə olunub.
Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, ötən dövrdə orta hesabla sutkada 430 vaqon yüklənib, 395 vaqon isə boşaldılıb.
Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,5 min ton, Qərb istiqaməti üzrə 4,7 min ton, Cənub istiqaməti üzrə isə 1,7 min ton yüklənmə işi yerinə yetirilib.
Cavad