Snapchat mesajlaşma tətbiqi ilk cihazını - kameralı eynək təqdim edib.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, qiyməti 130 dollar olan bu cihaz Spectacles adlanır və ilin sonunda satışa buraxılacaq.
Eynək 30 saniyəyədək video çəkmək qabiliyyətinə malikdir.
Eyni zamanda, Snapchat yeni brend adının Snap, İnc olduğunu açıqlayıb.
Snapın 26 yaşlı rəhbəri Evan Spiegel deyib ki, o ilk dəfə Kaliforniya dövlət parkına istirahətə getdiyi zaman bu eynəkdən istifadə edib.
"Gözünlə gördüklərinin fotolarına baxmaq bir yana, görüb yaşadıqlarını yaşamaq bir yana", deyən əlavə edib ki, bu keçmiş hisləri real yaşamaq imkanı verir.
Yeni eynək bir çoxlarına Google Glass eynəklərini xatırladıb.
Google şirkətinin 1500 dollara satılan eynəklərinin əsas müştəriləri proqramçılar olub. Google Glass adi istifadəçilər üçün o qədər də maraqlı cihaza çevrilə bilmədi.
Creative Strategies-dən texnologiya istismarı təhlilçisi Carolina Milanesi deyir ki, Snap-ın eynəklərinin dizaynı fərqli olduğundan onun populyarlıq qazanma ehtimalı var.
"Eynəklərdə kamera yaxşı gizlədilib, lakin onun da məhdudiyyəti vardır- gərək bütün gün küçədə olasan"
"Wall Street Journal" ehtimal edib ki, Snap eynəyi məhdud sayda istehsal edəcək.