Tiflis şəhərinin mərkəzində üç gündür qəfildən peyda olan ayı axtarılır.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ötən axşam Tiflis sakini İzolda Kevlişvili heyvanların monitorinqi agentliyinə İkalto küçəsində ayı gördüyü barədə məlumat verib. İ.Kevlişvili əvvəlcə itə oxşatdığı heyvana yaxınlaşıb və ayı olduğunu müəyyən edib. Daha sonra dərhal agentliklə əlaqə saxlayıb.
Heyvanların monitorinqi agentliyinin nümayəndələri İkalto küçəsində qurulmuş müşahidə kameralarına baxış keçirməyi planlaşdırır. Xilasedicilər bu gündən etibarən həmin küçəyə yaxın park və uşaq bağçalarını nəzarətə götürüb. Axtarış işində xilasedicilərin dörd ekipajı iştirak edir.
Qeyd edək ki, bir müddət öncə vətəndaşlar tərəfindən Sinsadze küçəsində ayı göründüyü barədə agentliyə məlumat daxil olsa da, araşdırmalar nəticəsində informasiya təsdiqini tapmamışdı.
Kəmalə