Şimali Koreyanın paytaxtı Pxenyanda açılan zooparkda Azalea adlı meymun ziyarətçilərin ulduzuna çevrilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu meymunu digərlərindən fərqləndirən cəhət gündə 1 qutu siqaret çəkməsidir. Azalea siqaretini yandırmağı da öyrənib. Meymunun təlimatçısı faktı təsdiqləyib. O, Azaleaya gündə bir qutu siqaret tədarük etdiklərini deyib.
Ağıllı və sevimli meymun çaxmağı qurtaranda bir siqaret bitməmiş onun közü ilə digərinə od vurur. İyul ayında açılan zooparka Azaleaya görə rekord həddə ziyarətçi axını var.
Kəmalə