Türkiyənin Konya şəhərində avtomobildə başından tapançayla vurulandan sonra cəsədi yandırılan şəxsin kimliyi hər kəsi şoka salıb.
Teleqraf.com xəbər verir ki, evlilik proqramının tanınmış azərbaycanlı siması Esmira ilə evlənmiş 39 yaşlı Ərdal Tursunun vəhşicəsinə qətlə yetirildiyi məlum olub. Onun Mehmet adlı dostu tərəfindən qısqanclıq zəminində öldürüldüyü deyilir.
Mehmet polisə verdiyi ifadəsində cinayəti törətdiyini etiraf edib. O, Ərdal Tursun ilə Danimarkada tanış olduğunu, dostluq əlaqələrinin Türkiyəyə gələndən sonra da davam etdiriyini söyləyib. Müttəhim boşanmaq üzrə olan həyat yoldaşı ilə Ərdal arasında sevgi münasibətlərindən xəbərdar olduğunu və cinayəti bu üzdən törətdiyini bildirib: “Təxminən 7 ay əvvəl Ərdalla Türkiyədə görüşdük. Mən onun telefonundan həyat yoldaşım Elanuraya zəng elədim. Ərdal sonra həyat yoldaşıma zəng edib ondan xoşu gəldiyini söyləyib. Hətta Ərdal “sənin uşaqlarının atası olaram” deyib. Rəsmi surətdə boşanmadığımız üçün dostumun mənə qarşı bu hərəkətini həzm edə bilmədim. Onu iş qurmaq adı ilə Konyaya çağırdım. Serbiyalı sevgilisi ilə qaldığı otelə getdim, onunla birlikdə çölə çıxdıq, xeyli içki içdik, sonra ona həyat yoldaşıma dediyi sözləri xatırlatdım, donub yerində qaldı, başına tapança ilə vurub avtomobilini yandırdım”.
Elanur polisə ifadəsində Ərdal Tursunla əlaqəsinin olduğunu etiraf edib. O, Serbiyaya Ərdalın dalınca getdiyini, aldadılaraq 70 min lirə pulu əlindən alınandan sonra geri qayıtdığını qeyd edib.
Ərdal Tursunun 2013-cü ildə evlilik proqramlarından birində azərbaycanlı Esmira adlı qadınla dini kəbin kəsdirib evləndiyi məlum olub. Onun bir neçə qadını aldatdğı və dini kəbin kəsdirdiyi üzə çıxıb. Sonuncu dəfə Türkiyəyə serbiyalı sevgilisi Covanna ilə gəldiyi bəlli olub. Covanna Ərdal Tursunun onunla evlənəcəyi vədi verdiyini söyləyib.
Kəmalə