Tarix boyu insanlarlın ən yaxn dostu olan heyvanlar onları heç bir halda yalnız buraxmayıblar. Əfsuslar olsun ki, bütün dəyərlərin unudulduğu müharibələrdə zəfər qazanmaq adına heyvanlardan da istifadə edilib. Teleqraf.com müharibələrdə istifadə olunan heyvanlar və onların təyinatı barədə məlumatları təqdim edir.
Arılar
Qədim Yunan dövlətlərində müharibələr zamanı arılar önəmli yerə sahib idilər. Döyüşdən öncə arı pətəkləri toplanırdı. Sonra xüsusi mancanaqlarla düşmən ordusunun üzərinə atılırdı. Dağılan pətəkdən çıxan arılar da əsgərləri sanacaraq ordu sıralarını dağıdırdı.
Dəvələr
Antik Yunan tarixçisi Heredotun yazdıqlarına görə müharibədə ilk dəfə dəvələrdən VI əsrdə istifadə edilib.
Farslar və Lidyalılar müharibələrdə atların dəvələrin iri cüssələrindən qorxduğunun fərqinə varınca eynən süvari ordusuna qarşılıq dəvələrdən ibarət ordu cərgələri yaratdılar. Beləlikklə də yüz illər boyunca dəvələr müharibələrdə istifadə edilməyə başlanıldı.
Xüsusilə I dünya Müharibəsində Orta Asiyada olan hərbi birləşmələr çöllərdə sususz qalma bacarığına görə at yerinə dəvələrdən istiadə edirdilər.
Siçovullar
II Dünya Müharibəsində siçovullar İngilislər tərəfindən silah olaraq istifadə edildi. Onlar siçovulların qarnın yararaq ora xüsusi partlayıcılar yerləşdirib, təkrararən tikirdilər. Ölü siçovulları cəsusların köməyilə Almanların kömür ehtiyatlarının içinə atılırdı. Düşüncəyə görə kömür istifadə edilincə oda atılan bu ölü bombalar partlayacaq və ətrafdakıları da öldürəcəkdi. Lakin bu özünü təcrübədə doğrultmadı. Bir neçə partlayışdan sonra Almanlar mələsni aydınlaşdırdı və kömür ehtiyatları siçovullardan təmizləndi.
Fillər
Fillər keçmiş çağların tankları hesab edilə bilər. O dövrün müharibələrində fillər həmişə öndə gedərək piyadalara və digər qoşun növlərinə yol açırdılar. Onların üstünlüyü iri cüssələri, qalın dəriləri və idarə edilməz güçləri idi. Onlar düşmən ordu sıralarına girərək qarşılarına keçəni əzirdilər. Xüsusilə Hindistan qoşunlarında fillərin üzərində oxçular olurdu ki, bu da onları daha güclü edirdi. Bunu müasir tankların prototipi hesab etmək olar.
Donuzlar
Fillərə qarşı süvari və piyadalarla qarşılıq verə bilməyən ordular son çarə olaraq donuzlardan yararlandılar. Fillər nəhəng və əzəmətli olmaqla yanaşıhəm də çox ürkək canlılardı. Bunun fərqinə varan ordular fillərə qarşı üzərinə yanıcı maddələr tökülərək od vurulan donuz sürülərindən istifadə etdilər. Döyüş meydanında canlı-canlı yanan donuzların dayanmadan qaçmaları filləri hürküdərək geri çəkilməyə məcbur edirdi. Nəticədə təlaşa düşən nəhənglər geriyə qaçaraq öz orularını əzib keçirdilər.
Yarasalar
ABŞ-ın II Dünya Müharibəsində həyata keçirdiyi bir layihədə yarasalar canlı momba olaraq istifadə eddildi. Üzərlərinə uzaqdan idarə edilən partlayıcılar yerləşdirilmiş yarasa sürüsü Yaponyaya göndərildi. Gecə uçmağa başlayan yarasalar partladılaraq Yaponyada hər küçədə partlayış törətmiş oldular. Birinci sınaq uğurlu olsa da ABŞ daha təsirli bir vasitədən istifadə etdi. Atom bombasıyla Yaponiyaya həlledici zərbə endirərək müharibənin nəticəsini öz xeyrinə dəyişmiş oldu.
Atlar
Atlar əhəlləşdirilmələrilə birlikdə müharibələrdə insanlara üstünlük qazandırdılar. Belə ki, keçmiş zamanlarda olan müharibələrdə atlılar (süvarilər) orduların önündə yer alırdılar. Onlar Orta Asiyadan Anadoluya türkləri daşımış, Romalıların arabalarını çəkmiş, Amerkada Qızıldərililər (aborigenlər) ilə birlikdə gəlmələrə qarşı mübarizə aparmışlar. Lakin müasir dövrdə texnologiyanın sürətli inkişafı ilə birlikdə onlar da ordu sıralarındakı yerlərini tərk etdilər.
Göyərçinlər
II Dünya müharibəsində xəbərləşmə və kəşviyyat çox önəmli idi. Bu iki vəzifəni göyərçinlər həyata keçirirdilər. Göyərçinlərin üzərinə quraşdırılmış kiçik kameralar quraşdılırdı. Onlar düşmən ordusunun üzərindən keçərkən görüntülər əldə edilirdi. Bununlada düşmənin hərbi potensialı və mövqeləri öyrənilirdi. Bundan başqa teleqraf ismarıclarının düşmən tərəfindən asanlıqla əldə edilməsi göyərçinləri bu sahədə də önə çəkmiş oldu. Onların ayaqlarına bağlanan yazılı məlumatlar ordu daxilində təhlükəsiz informasiya mübadiləsinə təminat verirdi. Lakin Alman ordusu xəbərləşmə şəklinə qarşılıq olaraq başqa bir canlıdan istifadə etdi – Şahinlər. Bu yırtıcı quşlara təlim keçərək həmin xəbər göyərçinlərini ovlamaq əmri verildi.
İtlər
İtlər antiq çağlardan bəri hər zaman insanların yanında oldular. Buna müharibələr də daxildi. Xüsusilə Hun İmperatoru Atilla müharibələrdə xüsusi təlimli itlərdən istifadə edən liderlərin önündə gəlir.
Avropada döyüş itlərinin yer aldığı xüsusi ordu birləşmələri müharibələrdə xüsusi önəm kəsb etdib. O dövrlədə əsasən itlərin gücündən və hücum qabiliyyətlərindən istifadə edilirdisə, texnologiyanın inkişafı ilə onların zəkasından da yararlanmağa başlanıldı.
Xüsusilə II Dünya Müharibəsində ordu sıralarında olan itlər əlehqazlarla axtarış-xilasetməqrupu olaraq xidmət edirdilər. Sovet Rusiyası II Dünya Müharibəsindəitləri canlı bomba olaraq hazırlayırdı. Onlardan Alman tanklarını məhv etmək üçün yararlanırdılar.
Delfinlər
1959-cu ildə ABŞ-da hazırlanan proqrama əsasən delfinlərin yüksək zəkasından hərbi məqsədlərlə istifadə edildi. Delfinlər proqrama əsasən su altındakı minaları təmizləmək, üzərlərindəki kamera ilə düşməni izləmək, gəmiyə və hərbi bazaya daxil olmaq istəyən düşmən kəşviyyatçısını təyin edib öldürmək kimi bir çox bacarıqlara sahib olurdular. Hazırda ABŞ ordusunda 100-ə yaxın hərbi təlim keçmiş delfin var. ABŞ-dan başqa delfinləri hərbi məqsədlərlə istifadə edən tək ölkə Rusiyadır. Rusiyanın da Qaradənizdə müharibələrdə istifadə etmək üçün özəl təlimli delfinləri olduğu məlumdur.
Elçin MURAD