Bağça tərbiyəçisi çəkdirdiyi fotoya görə işdən qovulub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Rusiyanın Naberejnıye Çelnı şəhərinin uşaq bağçasında baş verib.
Fotoda tərbiyəçisinin qısa ətəkdə uşaqlar üçün qidaların gətirildiyi qabın üzərində oturması əks olunub. Sosial şəbəkədə paylaşılan görüntü kəskin etirazla qarşılanıb.
Gülnaz S. adlı tərbiyəçi isə olanları belə anladıb: "Əslində, sosial şəbəkə istifadəçiləri fotonu düzgün başa düşməyiblər. Bu görüntü bir neçə il əvvəl "Əmək təhlükəsizliyinin pozulması" müsabiqəsi üçün çəkilib".
Elvin