16 Fevral 2017 08:05
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Facebook”un mobil versiyasında videoların izlənməsi ilə bağlı yeniliklər ediləcək.

Teleqraf.com xəbər verir ki, “Facebook”un mobil versiyasında videolar artıq avtomatik olaraq səsli açılacaq. Hazırda isə videoları səsli izləmək üçün üzərinə basmaq lazım gəlir.

iOS və Android bazasında çalışan cihazlarda istifadəçi lentində şaquli videolar ekranın böyük hissəsini, üzərinə basdıqda isə bütün ekranı tutacaq.

İstifadəçilər videoları kiçik pəncərə şəklində ekranın küncünə qoya biləcək. Bu, həm videonu izləməyə, həm də paralel olaraq xəbər lentinə baxışı davam etdirməyə imkan verəcək.

“Facebook” yaxın vaxtlarda “Apple TV”, “Amazon Firre TV” və “Samsung Smart TV” üçün də öz versiyasını hazırlayacaq. Bunun nəticəsində “Facebook” videolarını böyük TV ekranında izləmək olacaq.


Müəllif: