18 Mart 2017 01:29
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı tədqiqatçılar insanın qan qrupunu 30 saniyə ərzində müəyyənləşdirən xüsusi kağız hazırlayıblar.

Teleqraf.com xəbər verir ki, alimlər baş vermiş ekstremal hadisələr zamanı qan qrupunun müəyyənləşdirilməsi üzrə aparılan laborator analizlərə sərf olunan vaxt itkisinin qarşısını alan yeni metod yaratmağa müvəffəq olublar.

Mütəxəssislərin fikrincə, tədqiqatçıların bu yeni kəşfi xəstənin həyatı üçün dəyərli olan vaxt itkisini əhəmiyyətli dərəcədə azaldacaq.

Yeni metodun əsasını insan qanının reagentlərlə örtülmüş xüsusi vərəqlə təması təşkil edir. Kağız eritrositlərin çökmə sürətindən asılı olaraq müxtəlif rənglərə boyanır və bununla da həkimlər qanın hansı qrupa aid olduğunu müəyyənləşdirirlər.


Müəllif:

Oxşar xəbərlər