Burada qorxunc adətlər davam etdirilir - qadınlar diri-diri yandırılır.
Söhbət Papua-Yeni Qvineyadan gedir. Cadügar ovlamağın 15-ci əsrdə qaldığını zənn edə bilərsiniz, amma bu gün Papua-Yeni Qvineyada eyni dəhşətlər yaşanır. Cadügar olduğu iddia edilən qadınlara işgəncələr verilir, daha sonra onlar diri-diri yandırılır.
Görənləri dəhşətə gətirən cəzalandırma mərasimi qadının çılpaq soyundurularaq bir ağacın üstünə oturdulması ilə başlayır. Daha sonra “cadügəri” qaynar dəmirlə dağlayırlar. Bundan sonra isə o, yandırılır.
Möcüzə nəticəsində yandırılmaqdan canını qurtarıb qaça bilən qadınlardan biri Dini Korul deyir ki,
onu yandırmaq istəmələrinin səbəbi oğlunun ölməsidir. Qadının oğlu mədə infeksiyasından dünyasını dəyışıb. Anasını isə cadügərliklə oğlunu öldürməkdə günahlandıraraq ölümə məhkum ediblər. Qadın 10 ay xəstəxanada müalicə olunduqdan sonra ayağa qalxa bilib. O, bir daha kəndə qayıtmaq istəmədiyini deyir.
Rasta Tuva adlı başqa qadını da caduyla məşğul olduğunu görə cəzalandırıblar. Onun bir əlini tam, digər əlinin isə barmaqlarını kəsərək cəzalandırıblar. O da kənddən qaçıb canını qurtara bilib.
Ülkər