21 Sentyabr 2014 02:54
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Symantec şirkəti avqustda spam göndərilməsinin 1.1%-lik azalmasını qeydə alıb; şirkətin məlumatına görə, bu ay poçt məktublarının 62.6%-i spam olub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, fişinq tərkibli məktubların sayı yenidən nəzərəçarpacaq dərəcədə azalıb: 1587 elektron məktubdan 1-də qeydə alınıb. İyunda bu göstərici 1290 elektron məktubdan 1 təşkil edib. Zərərli bərkitməyə malik məktubların sayı, əksinə, artıb. Avqustda bu göstərici 270 elektron məktubdan 1 təşkil edib, halbuki ötən ay 351 elektron məktubdan 1-də qeydə alınıb. Hesabat dövründə poçt trafikinin yalnız 3.2%-i zərərli URL spamın payına düşüb; bu göstərici iyulla müqayisədə (7,9%) azalıb.

.exe formatında zərərli bərkitmələrin sayı 2 dəfədən çox, .doc formatında isə cüzi artıb.


Müəllif: