3 Noyabr 2014 04:34
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın “Sony” şirkəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyində istehsal etdiyi yeni model qurğular üçün qeyri-adi dükan açmağı qərara alıb.

Teleqraf.com-un "haberturk" saytına istinadən məlumatına görə, dükan dəniz suyunun dörd metr dərinliyində yerləşəcək rəflərində sukeçirməz “Xperia” smartfon və planşet kompüter modelləri satılacaq.

“Sony” şirkətinin vitse-prezidenti Rüdiqer Odenbahın sözlərinə görə, “Xperia Aquatech Store” mağazası alıcılarda unudulmaz təəssürat oyatmaqla yanaşı, “Xperia” qurğuları tərtibatçılarının smartfon bazarında innovasiyalara meyilli olduğunu göstərəcək.

Bildirilir ki, alıcılar sualtı “Xperia Aquatech Store” mağazasına təcrübəli dalğıcların müşayiəti ilə gəlmək və Yaponiya istehsalçısının sukeçirməz qurğuları ilə tanış olmaq imkanı əldə edəcəklər. Qeyd edilir ki, alıcıların akvalanq geyməsinə ehtiyac olmayacaq: onlar dənizin dibində ayaq üstə dayanmaqla adi qaydada nəfəs ala biləcəklər.

“XperiaBlog” saytının məlumatına görə, qeyri-adi mağazanın 2014-cü il dekabrın 3-də fəaliyyətə başlaması gözlənilir.


Müəllif:

Oxşar xəbərlər